Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zəfər bizimdir!

 

 

Gözün aydın olsun, ay elim mənim,

O yatmış pələngin oyanıb artıq.

Aş-daş, dağıt, tök ay selim mənim,

Millətin mənliyi boy alıb artıq...

 

Oyanan xalqıma uğur dilərəm,

Haqqını əzmlə qazanmaq üçün.

Qaranlıq yoluna işıq çilərəm,

Əyridən doğruya yol almaq üçün.

 

Söz verək birliyə, həmrəy olaq biz

Haqqımız taptanıb, namus itibdir.

Xəlbir yox, ələk yox, gərəy olaq biz,

Toxumsuz, toxumdan casus bitibdir

 

Biz kölə deyilik, satalar bizi,

Bir baxın tarixə, görün biz kimik?...

Qoymayaq talayıb-çatalar bizi,

Özünə sual ver, axı biz kimik!?...

 

Millətim var, deyib öndə gedənlər,

Bir olun, birləşin xalqa qatılın!...

Dağ uca zirvədir yerə enənlər,

Bizimdir, bu zəfər önə atılın!...

 

Partiya yaradıb lider olanlar,

Keç xalqın önünə zəfər naminə.

Bir kürsü nədir ki, kinlə dolanlar

Millətin haqqını vermə zalimə...

 

Bir millət olaraq silinsək bir gün,

Bilinməz bu tarix hardan keçəcək.

Düşmənlər lağ edib gülsələr bir gün,

Bilirsən:- boş başın nəyi seçəcək?!...

 

Ayılın, dikəlin daha sabahdır,

Çağlayan bulaqdan su vurun üzə.

Hər addım çirkabdı yollar bataqdır,

Əl tutub dayanaq  gəlin üz-üzə!...

 

Vətən gedir əldən, ayıq olaq biz,

Düşmənin heyini anında kəsək.

Səs salan elimə dayaq olaq biz,

Öndəki öndəri özümüz seçək!...

 

Haydı igidlərim, zəfər bizimdi

Azadlıq nədirsə dadını bilək!

Müjdəli  səhərlər axı  bizimdir,

Calanmış, calağın kökünü silək!....

Təranə Şəms. 14.04. 2019


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam