Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

AYIQ OLUN (bəhri-təvil)

GƏL ZİLƏ BAS...

 

"Xeberinfo.com":   Vətəndaşıq bu ölkəyə vəkil olan məclisimiz ALİ deyil millidir, təməl rəvan, əməl rəvan dili rəvən dillidir, nədən ki, bəs əməlləri əldə cibdə kirlidir? Bu məclisə kimləri ha biz seçirik, kafir olan haqqa dağal ümid qıran ürəkdolu kinləri, ay nə deyim kimləri ay kimləri, qəlbi daşdı cibi dolu cibləri ay cibləri. Unutmayaq, beş il bitib seçki gəlir uzaq deyil qabaqdadır, bitər-bitməz ot qarışıq alaq-ulaq dava, qırğın qabaqdadır. Bilməliyik, utanmaz o tikməyə saray gəlir, səssiz-küysüz öz elinə dayaqı bu aman ALLAH haray gəlir. Seçki gəlir, dərd dağıdıb söz deməyə seçək deyir,torpaqüstü zəmi kimi VARI-YOXU biçək deyir, içək deyir, millət olub kimləri bəs seçək deyir? Doğru-yalan səs verəcək ümmətimiz, millətimiz, zillətimiz kimlərə bəs ? Kim çıxacaq, seçki bitər o sehrli möcüzəli , kəndir atıb it oynadan yaşikdən? Səs çıxarın bəsdi deyin xalq baxmasın öz gününə yazıq-yazıq, məlu-məlul müəmmalı baqlı qalan deşikdən. Yaltaq dilli daş atacaq, bir daş altda, bir daş üstə baş qatacaq arzusuna tez çatacaq soymaq üçün qan sovurub doymaq üçün yazıq olan milləti. Vaxt yetişib tamam olur,kim tanıyır iş başında yollar xarab söyləyən, asafalt salan deptatını,səs almamış möhür vurub, bülletenə tanıdıbdır mandatını peçatını. Dərd böyükdür a millətim,köhnə qurdlar örnək oldu nə etdi ki, gələn təzə bardaq suyu səpiləndə neyləsin? Namizədə imza gərək, sıra gərək, pul xacləyib aldaraq millətin hisslərilə oynayaraq ruhlarını qıra gərək, arzuları yuxu deyil çin olsa, dönəcəklər pula həsrət yalquzağa. Saqqalımız beş il yenə yonulmamış keçsə ələ, gəldi- gedər bizlər olluq, qış gəlməmiş yazda donnuq, beş il bizə olar sonluq. A millətim ayıq olun, yatmayın ha diqqət edin sayıq olun. Bu millətə əkil deyil vəkil seçin, dərd dağıdın dinləsin o, cana yansın için-için, elə edək dərd olmasın, öz xalğını o boğmasın. Bəsdi deyin söyləməsin, hasar tutub XƏZƏR mənim villa tiksəm, xəzəryanı ad-sanımı bəzər mənim, arzularım sonsuz olub əzəl mənim, bir baxın ha, kürsüm olan məmuram, göydən yerə daş da yağsa mən də, deyim xəzər mənim, xəzər mənm. 

 

TƏRANƏ ŞƏMS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam