Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Millətim oyanıb artıq  

 

 

Soran oldumu görən?...

Bu millətin, xalqın istəyi nədir,

Səndən, məndən,

Ondan, bundan, ya qeyri kimsədən.

Millətin, görən gözü,

Nəyi pisləyir, nəyi şişləyir.

Axı, bu millət nəyi istəyir?

Bilin, duyun ay kor olmuşlar,

Bu millət, azadlıq, azadlıq istəyir.

İstəyir olmasın əlində  zəncir, dilində buxov,

Yazsin fikrini azad, müstəqil.

Qorxutmasın onu hansısa bir xof.

Yox...yox..yox, dövran dəyişib.

Artıq zəncirlər çürüyüb,

Mikroblar, viruslar qana keçibdir,

Ac olan millət,

Canına təpər,

İmmnitent, immnitent istəyir.

Şükürlər olsun O, bir ALLAHA

Millətim oyanıb artıq.

Coşubdur damarda qanı,

Dağdan, dərədən sel kimi axır.

Qansovuran biclərin,

Dayanıb qarşısında qəzəblə baxır.

Daha yalvarıb, imdad diləmir,

Tələb qoyur məmurlara, zalımlara.

Yox olun gedin!...

Kürsünüz çürüyüb,

Hər yer üfünət qoxusu.

Canınıza  od salacaq “istefa”nın qorxusu.

Dirəniş göstər mənim xalqım, millətim!...

Kürəyin bu murdarları bir zibil təki.

Təmizləyin ləkəni!...

Unutmayın, Qarabağı,

Ölənləri,  itkinləri,

Düşmən əlindəki əsirləri,

Yerlə yeksan olan nəsilləri.

Azad edin bu milləti, məmləkəti!...

Aslana, pələngə ac şirə dönün!...

Azad edin Qarabağı!...

Yerdə qoymayın qanımızı!...

Ey, Vətən oğulları.

Mənim cəsur millətim,

Budur sizə nəsihətim, ibrətim.

Bu səs, şəhidlərin səsidir,

Od saçan lənətli  nəfəsidir

Dinləyin, eşidin ay elim mənim,

Selə dönün aşın,daşın,

Lazım gələrsə qanda, qana qarışın,

Azad edin bu milləti!...

Azad edin bu milləti!...

Təranə Şəms. 26.02.2019


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam