Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bəhri təvil

 

 


Bəhri təvil

 

Yenixeber.org: Söz ki, sənin, baxan vurur, axan vurur, əli ələ çaxan vurur, deyirlər ki, qeyrət itib,  nə vaxt ki, bəs qılınc durub qalxan vurur. Daşa dönüb daş olmuşuq, niyə, nədən baş olmuşuq, divar kimi sədd çəkilib, bənd çəkilib, ürəklərə dərd əkilib, kim deyir ki, yatmış olan xoruldamır, hər yerindən qalxan vurur!?...  Qardaş-bacım, a millətim!!!... zarıldama, yazıq olma, zatını danıb fasiq olma, öz eybinə bənd oluban, məşuq olub  aşiq olma, qəm-kədərə sevə-sevə sadiq olma...Bax belədir, düşün bir az, şaxta, sazaq soyuq bilib üşün bir az, onun-beşin az görünür, üçün bir az, az demərəm, nə az, nə çox, yükün bir az, kefin də çağ, əlində saz. Biz beləcə baxmalıyıq, yatmalıyıq, oyansana, dildə bizim, dəvə böyük, fil də bizim, səsimiz var, zildə bizim, ömür gedir üstələyən il də bizim. Nə durmuşuq, biz baxırıq, harda gəldi çuxur tapdıq biz axırıq, hərdən-hərdən guruldayıb buludsuz da biz çaxırıq... Dildə yalan, sözdə yalan, gözdə yalan, hardan olduq az öyrənib çox da qanan, axı bizik zat unudub nəsil danan, deyim ki, var yaxşı yaman... şum edərik, cücərdərik yerindəcə elə haman. Haman-haman baş olmayır, göz var isə yaş olmayır, döyülməyən düyü varsa, yaxşı aşpaz, yağ olsa da, aş olmayır, tapdaq olan torpaq olar, bərkiməsə daş olmayır, gözəl üzün olsa sənin, kirpik yoxsa, qaş olmayır. Anlayana çəkib yayı ox atmışam, hədəf bəlli, yeri məlum  çox atmışam, bilməyin ha.... əldə qələm sizin kimi mürgü vurub şirin-şirin mən yatmışam. Suda gəmim xod işləyir, neft yerinə kömür yanır, od işləyir, mən demədim dalğalara baş vuruban  batmışam. Qələm ki, var o qorxmayır, mən deyirəm, siz də bilin, söz oxumu kimə, nəyə, harda, nə vaxt, bax beləcə çəkinmədən atmışam........

 

Təranə Şəms

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam