Əməkdar artist Röya Ayxan həmkarı Elza Seyidcahanın yeni şeirinə münasibət bildirib.

Yenixeber.org: O, müğənninin "Adamsız evlər" şeirini oxuduğu ilə bağlı video paylaşıb.

Röya "Günüm maraqlı başlayır. Elza Seyidcahan deyir ki, ərsiz arvadlar ağlayır. Elza, Allah səni saxlasın. hamımızın əhvsl-ruhiyyəsi sənə görə yaxşı olur. Özün də dəyərli adamsan" deyə, söyləyib.

Qeyd edək ki, Seyidcahanın şeirində aşağıdakı sözlər yer alıb:

"Evsiz adamlar partdıyır

Adamsız evlər çartdıyır

Ərsiz arvadlar ağrıyır

Arvadsız ərlər sızlayır

Qardaşsız bacılar neyniyir?

Bacısız qardaşlar kef eliyir...

Bəs qardaşsız torpaq?"