Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

SEVDALI İNSAN


 

"Xeberinfo.com":

Baş əymədin sən yadlığa,
Sığınmadın hər darlığa,
Mütləq adlı bu varlığa,
Yol olmusan, İnam oğlu.

Qaçdın kirli künc-bucaqdan,
Heç qorxmadın sel-sazaqdan.
İnam adlı bu Ocaqdan,
Od almısan, İnam oğlu.

Ata-bulaqdan su içib,
İnsanlıqdan dərslər keçib.
İşıqlısan, ölçüb-biçib,
Söz salmısan, İnam oğlu.
***
O, yurd sevdalı insandır. Onda özünə inam bütövdür, tamdır. O, cəmiyyətçilik oyununa qatılmır, siyasətbazlıq etmir, Batının demokratiya cəfəngiyyatına uymur. 
O, Zamandan üstün Həqiqətçidir. Özümlü Şərqin İnam yolçusudur. Neçə illərdir onu bu cür tanıyıram. Özünə inamlı, riskli, məzmunlu ömür yaşayır.
***
Könül dünyamda İşıqlı Atalının öz yeri var. Onun obrazı iç dünyamda müqəddəs məbəd kimi özü tərəfindən kərpic-kərpic tikilib. İnam Ata ( Asif Ata) Ocağının Yükümlüsü kimi ona hansı yöndən baxıramsa, pak, məsum, həm də insana mütləq inamlı, döyüşkən işıq kimi görünür. Bu işıq min illiklərdən qopub gələn türk ruhunu oyadır, ona güc verir, hərəkətə gətirir. 
Safruh haqlı olaraq deyir: - İşıqlı Atalı Ocağımızın dayağıdır, Ocağın hərəkətverici qüvvəsidir.
***
Həqiqətdir ki, bu gün İşıqlı Atalı Azərbaycan ictimai fikrində öz sözü olan aydınlarımızdandır. Belə ki, ardıcıl olaraq İnam Evinə ziyarətə gələn çoxsaylı aydınlarımız İşıqlı Atalının ruhani süfrəsindən mənəviyyat dərsi alırlar. Yadlıqdan, ögeylikdən uzaq olan doğma türk ruhuna bələnirlər.
İnam Ata ( Asif Ata) əbəs yerə ona “İşıqlı” adını qoymayıb. İşıq günəş şüasıdır, nur selidir. O, sevdalı insandır. Mütləqə İnam Ocağı onun müqəddəs ünvanıdır. İnsana İnam, İnsana güvən onun həyat yönüdür. O, Ocağın fədaisi – canlı şəhididir. O həm də Ocaq qurucusudur. Onun bu yolu əzəldən, İnamdan, ruhdan, yaranışdan gəlir. 
***
Yolruh Atalının içimi titrədən bir fikri ilə həmrəyəm. O, deyir: “İşıqlını özüm bilirəm”. Necə də doğma, şirin etirafdır! Axı hər adama bunu demirlər. Biz elə bir zamanda yaşayırıq ki, mənəviyyat aşınır, maddiyyat isə önə çıxır. İnsanlar özlərinə hesabat vermirlər, bundan çəkinirlər. Başqa sözlə, biz özümüzdən uzaq düşmüşük. Bəlkə də buna görədir ki, bəzən özümüzü anlamağa çalışmırıq, özümüz olmaqdan qorxuruq. Axı özündən özümlüyə doğru gedən yolun məsafəsi çox uzaqdır. Yalnız Ruhani insan özünə çatıb, amaldaşına, məsləkdaşına doğmalıq göstərib “səni özüm bilirəm” deyə bilər. Bəli, İşıqlı ilə boy atmaq, İşıqlı sevgisiylə öyünmək, İşıqlı duyğularıyla duyğulanmaq, canlı bir fədai ömrü yaşamaq deməkdir. Mən bunu başqa Ocaqçıların da ömründə görürəm.
***
Ocaq Evladları İnamyurd Atalı, Uluruh Atalı, Yolnur Atalı, Sadiq Atalı İşıqlı Atalı haqda ruhani fikirlər söylədikcə sevinirdim. Çünki onların dedikləri hər bir söz həqiqətin ifadəsidir.
Gözəl ziyalılarımız Baba Əhmədli, Nizami Tağısoy, Əlisahib Əroğul da İşıqlı haqda ürək sözlərini inamla, vüqarla söylədiklərinin şahidiyəm. Bax, buna deyərlər qədirbilənlər. Qədirşünaslar. İnsan insanlığın öyücüsü olanda dünya da öz nizamına düşür.
***
Mütləqə İnam Ocağı işlək bir orqanizmdir. Bir Ocaqçını o biri Ocaqçıdan ayırsan, o, orqanizm öz işini tam başa vura bilməz. Mütləqə İnam Dünyabaxışı Ocaqçılar birliyində tam görünür.
Mən İşıqlını ruhani ustad adlandırıram. Baxmayaraq ki, yaşı hələ 40-ı təzə adlayıb. Halı yaşından çox-çox böyükdür, ucadır. Belə ki, İnam Evindəki tədbirlərdə ziyarətə gələnlərə, ruhani səfərlərdə hər bir kəsin ağlında, düşüncəsində ruhani toxum əkir, ruhani əkinçi ömrü yaşayır.
İşıqlı Atalı o qədər ensiklopedik biliyə malik insandır ki, onunla istənilən mövzuda söhbət etmək mümkündür; tariximizdən, fəlsəfəmizdən, folklorumuzdan, ədəbiyyatımızdan, adət - ənənələrdən, jurnalistikadan...
***
İşıqlı Atalı ziyalı, türk aydını Qalib müəllimin ( Ağsu rayonu, Kalva kəndi) ailəsində doğulub, boya- başa çatıb. İşıqlı Atalı deyir: “Mənim köküm təpədən-dırnağa türkdür. Mütləqə İnam mənim türk ruhumdur”.
Uca qardaşımın Mütləqə İnam Ocağının Yükümlüsü kimi gördüyü işlər ölçüyəgəlməzdir. İşıqlının heyrət doğuracaq fədakarlığı göz qarşısındadır. Onun üst-başından, oturuşundan, duruşundan, sözündən, söhbətindən, ədəb-ərkanından ziyalılıq yağır.
Türk aydını kimi sözübütöv, işi saf, yolu Mütləqə İnam, amalı Həqiqət olan bu insan vüqar, əzəmət mücəssəməsidir. 
*** 
Asif Atanın Mütləqə İnam Evində bir Ocaqçı boy atır.
Uğur Atalı adlı bu balamız İşıqlı Atalının övladıdır. Uğurlu gələcəyimizin Uğur möhtəşəmliyini mən indidən görürəm.

İşıqlı eşqini boyuna biçib,
Ocaq atəşinin nurundan içib.
Ustaddan şəyirdlik dərsini keçib,
Halalca yoğruldu Uğur balamız.

Bu kiçik yazımda İşıqlı Atalının obrazını yaratmağa çalışdım. Bu işdə hissim də, duyğumda mənə köməkçi oldu. 
Öydükcə özüm də qanadlandım. 
Sən verdin bu inancı mənə, mənim İşıqlı dünyam!

 

Atamız var olsun!

 

 

Nurayaz İnamsoy 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam