Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

ƏSASI OLMAYAN DEYİMLƏR

 

 

 

Doğrudanmı insan çiy süd əmib...

    

       "xeberinfo.com": Həyatda elə insan yoxdur ki, acılarla  üz-üzə dayanmasın. Hər bir fərd işlətdiyi yaxşı və pis əməlinə görə özünə haqq qazandıraraq təskinlik tapmağa çalışır. Dilimizdə bəzi atalar sözləri var ki, çox işlənəndiyindən bizlərə doğma görünür. Lakin, həmin məsəllər günümüzlə aktuallıq təşkil etdiyinə görə dilimizdə çox sadələşir və məcaziləşir. Məsələn, “İnsan çiy süd əmib”söz birləşməsinə diqqət yetirək. Daima işləndikcə sadələşən həmin söz birləşməsindən istifadə edərkən görən düşünürükmü  bu deyimin etiologiyası haradan qaynaqlanır? Gəlin bir az düşünüb, tarixən bizə gəlib çatan belə deyimlərin məğzini araşdıraq. Tanrının sevə-sevə yaratdığı qadınlar dünyaya uşaq gətirir və ilk olaraq ANA öz balasını Ana südü ilə qidalandırır. Əslində mən zərb-məsəllərin, atalar sözlərinin həqiqi mənasının ziddinə bu qədər gedilməsinin əleyhinəyəm. Çünki, bunların əsl mənasından çox məcazi mənası bildiriləcək fikri, nəticəni ifadə edir. Əlbəttə,”İnsan çiy süd əmib” misalı da bu qəbildən, aramızda xoşagəlməz əməlləri ilə həqiqətən bu deyimə layiq olan insanlar çoxdur. Bir yazar kimi dilimizdə çox işlədilən  bəzi kəlamlara öz fikrimi sizlərlə bölüşməyimin səbəbi insanların bu deyimə birmənalı yanaşmamalarıdır. Diqqət çəkən məqam budur ki, söz birləşməsi kimi işlədilən, dilimizdə bir  məsələ çevrilən fikir heç vaxt elmi araşdırmanın  mövzusu olmayıb.

Gəlin cəmiyyətə nəzər yetirək. Bəzən zamanı, mühiti, dövrü qınayırıq. Maraqlıdır, doğrudanmı həmin ifadəyə əsasən “ÇİY SÜD” insanın həyat tərzində rol oynayır?  Əgər əhəmiyyət kəsb edirsə niyə bu ifadənin fərqinə varmırıq? Qurani Kərimdə göstərildiyi kimi bütün yaranmışlar Allah Təalanın istəyi ilə ol kəlməsindən sonra yaranıb və bütün yaranmışlar Tanrının istəyi ilə idarə olunur. Necə ola bilər ki, yerin-göyün sahibi,bizi yaradan Tanrı öz övladını qidalandırmaq üçün böyük nemət olan ana südünü anaya nəsib etməklə, yeni doğulmuş körpəni heç kimə və heç nəyə möhtac etmədən, halal ana südü yetirir,burada heç bir  səhv ola bilməz! Əgər insan sonra hər bir şeyə dönük çıxdığı kimi ana südünə də dönük çıxırsa, burada atalar sözünün də heç bir günahı yoxdur! Naqislik insanın xislətindədir demək! Belə sual ortaya çıxır  bəs körpəliyimizdən qida kimi qəbul olunan çiy südün həyatımızla nə əlaqəsi var ki, atalar bu deyimə istinad edirlər? Elmin inkişaf etdiyi bir dövrdə yaşasaq da bəzi mütəxəsislərlə yanaşı psixoloqlarımız sözügedən məsələni nədənsə açıq buraxıblar. Demək ki, qenlər ciy südlə bərabər insan orqanizmində böyük rol oynayır? Nədən yaşlılarımız müəyyən pisliklərlə qarşılaşanda insan çiy süd əmib, deyə  məsəl kimi işlədirlər? Amma unutmayaq, bu gün həmin ifadə nəticə etibarı ilə nəinki cəmiyyətimizdə, hətta dünyada öz əksini tapmaqdadır. Hətta bu gün insanlar Allahın yaratdığına elmin, texnikanın köməyi ilə sahib çıxmağa müvəffəq olublar. Dünyada gedən siyasi çəkişmələr müharibələr, qırılan insanlar, texnikanın inkişafı, insan bir qarışqanı yarada bilmədiyi halda, zəiflərin güclülər tərəfindən məhv edilməsi, görəsən həmin genetik çiy südün nəticəsi  ola bilərmi?

Hörmətli elm adamları, oxuyun sözügedən məsələyə elmi əsaslarla insanlarda formalaşan neqativ fikrə öz dəyərli məsləhətlərinizi əsirgəməyin. Doğrudanmı ana öz körpəsinə əvəzi olmayan ana südü (çiy süd) verirsə, nə vaxtsa bu südün bişmiş olmaması,hətta ananın özü  üçün də baş ağrısı olacaqmı? Dövrümüzdə elə bədbəxt analar var ki, öz doğmaları hətta övladları tərəfindən qətlə yetirilir. Gəlin səmimi etiraf edək ki, öz övladının qatilinə çevrilən analar da var. Yəni, mən fikrimi mövzudan uzalaşaraq haçalandırmaq istəmirəm. Çünki zamanında analar da axı körpə olaraq atalar demiş çiy süd əmiblər. Düzdür, elm ana südünün əvəzsiz olmasını təsdiq edib. Bəs niyə bu məsəl ana südü müqəddəs olduğu halda dövrümüzə qədər mənfi mənada gəlib çatıb?

Mən  jurnalist olaraq deyilmiş bu məsəlin ətrafında dolaşan qarışıq fikirlərə aydınlıq gətirmək üçün dostlarla fikir mübadiləsi etdim. Fikrimi onlarla bölüşdüm. Hamının öz yanaşma tərzi olduğundan sosial şəbəkədə paylaşılan fikirləri olduğu kimi sizlərə çatdırıram. Səhifədə ilk fikir paylaşan Nadir Ziyadlı oldu. Nadir müəllim Bakı Dövlət Universtetinin məzunudur. O, 80-cı illərin jurnalisti kimi qələmi və səlis fikirləri ilə seçilən yazardır. Nadir Ziyadlı həmin deyimə belə izah verir. Onun  fikrinə əsasən hər naqisliyi atalar sözü adı altında yeri gəldi-gəlmədi millətə sırıyıblar. Çox atalar sözü var ki, onları gündəmə gətirmək qanan üçün təhqirdi, kimsə öz aləmində dahilik edir, ana südü onun üçün əhəmiyyətsiz göründüyündən belə ifadələri öz əməllərinə haqq vermək üçün “İnsan çiy süd əmib” adı ilə dillərdə dastan ediblər.

Nadir müəllimin söylədiyi fikirlərin ardınca sosial şəbəkədə çox insanlar rəy bildirdilər. Yazılmış  fikirlərdə dəyişiklik etmədən çalışıram ki, sizlərə olduğu kimi çatdırım.   Başqa bir maraqlı fikrin müəllifi Rafael Agahdır. O öz fikrini Nadir Ziyadlıdan fərqli olaraq belə izah etməyə çalışdı. Bu mövzu geniş və əhatəlidir. Atalar da səhv edə bilər. Məsəllər var ki, heç bir məntiqə uyğun deyil. Onun dediyinə əsasən çiy süddə ana şəfqəti, ana məhəbbəti var. AllAH bir damla ana südünü yaratmaq üçün bir ton qanı filtirasiya edir. Insanların pisliyi onun qenindən və ağılsızlığından ortaya çıxır. Atalar kəlamı kimi işlənən bu deyim keçmişlərdən bizə miras qalsa da yerində deyilməyib. “Hər qadından ANA, hər KİŞİdən ATA olmur”

Yazılmış rəyləri izlədikcə fikirlərin haçalandığını açıq-aşkar görürdüm və özlüyümdə fərqinə varsam da yenə çalışdım rəylərin  nəticələrini sizlərlə olduğu kimi bölüşüm. Elçin Azərin fikrinə əsasən, pis insanlar var və olacaq. Bu məsəl hər dövr üçün aktualdır. Hər dövrün insanları ayrı-ayrı fikirlərdə olublar. Söhbət südün çiyliyindən, bişmişliyindən getmir. Ana körpəsini çiy südlə əmizdirməsi mütləqdir. Lakin əsas odur ki, ananın genində çürüklük olmasın və körpəsini haram südlə qidalandırmasın.

 Fikirlər söyləndikcə sosial şəbəkədə həmin məsəllə bağlı fikir mübadiləsi daha geniş vüsət almağa başladı. Hamı çalışırdı öz fikrini başa düşdüyü kimi izah etsin. Kimisi bu ifadəni frazeoloji söz birləşməsi kimi səciyyələndirdi və bu birləşmənin tərkibini təşkil edən sözlər öz həqiqi mənasından uzaqlaşıb yeni bir məna çaları yaratdığını  söylədi. Ümümiyyətlə dostlar tərəfindən  qəti fikir bildirildi. İşlənən bu  məsəlin ana südü ilə heç bir əlağəsi yoxdur. Məsələn, mən isə öz fikrimə əsaslanaraq belə deyərdim, bir insan öz etibarını itirəndə həmin kəlama istinad edilir. Acınacaqqlı vəziyyət budur ki, bizə həyat verən ananın südünə  çiy deyən insan adını daşıyan bizlərik. Söylənən fikirlərə əsasən Əlövsət Tahirli belə məsləhət verdi ki, bu mövzu çox diqqət çəkən və geniş mövzudur. Belə mövzulara mütəxəsislərin fikir bildirməsi daha məqsədəuyğundur.

 Sonda Yardımlı rayonunda fəaliyyət göstərən müəllim Israil Quliyev verilmiş rəylərə yekun olaraq fikrini belə tamamladı. Nəzərinizə çatdırım ki, bu tip deyilmiş bəzi fikirləri "Atalar sözü" kimi qəbul etmək mümkün deyil. Belə ki,  Allahın verdiyi bütün gözəllikləri özündə cəmləşdirən insan haqqında necə bu ifadəni işlətmək olar? Axı  həmin süddən övlad dünyaya gətirən ana da zamanında qidalanıb. Həmin süddü ki, sizin qeyd etdiyiniz kimi dağ çiçəyi ilə qarışanda bütün dərdlərə məlhəm olur. Alimlər müəyyən ediblər ki, Ana südünün tərkibinə daxil olan müxtəlif maddələrin eynisini süni şəkildə əldə edib bir yerə qatsaq dünyanın ən kəskin zəhəri alınar. Ona görə də müqəddəs nemət  olan Ana südü haqqında deyilən həmin ifadəni nə kəlam kimi qəbul edirəm, nə də atalar məsəli kimi. Belə düşünmək qanan birisi üçün ağlamalı bir haldır. Mən bu məqalənin mövzusunu insanlala müzakrə obyekti etsəm də, o demək deyil ki, atalar məsəlinə istinad edilərək deyilən ciy südün əhəmiyyəsiz olduğunu qəbul edirəm.ƏSLA YOX və fikirlərim  İsrail müəllimin fikirləri ilə ist-üstə düşdüyündən onun dedikərində həqiqət olduğunu görürəm.

Belə bir deyimlə əlaqədar məktəb müəlliməsindən  fikrini izah etməsini xahiş etdim. Xanım  tərəddüd etmədən mətləbə keçdi və dedi: Əşi insanlar da  özlərindən iş çıxarıblar. Bəzən hətta belə də deyirlər ”Ağzımızdaki sümüksüz dildir”. Demək dil sümüksüzdüsə insan hər ağlına gələni yox, ağzına gələni danışa bilər? O ki, qaldı çiy süd məsələsinə, Allah yaratdığına nəyi veribsə fərqindədir. Allah bizləri sevə-sevə yaratdı və yer üzünə əta etdi. Nəfis gözəlliklə bəzənmiş  təbiət yaradanın insan üçün əvəzsiz hədiyyəsi deyilmi? Insan şüurlu varlıq olaraq təbiəti yaşamaq üçün özünün qida mənbəyinə çevirir və yer üzünün əşrəfi sayılır. O cümlədən belə nemətlərin  arasında ana südünü əvəzsiz edərək insan dünyaya gətirən anaya körpəsini qidalandırmaq üçün hədiyyə etdi. Axı ana da təqdiri ilahinin gücü və qüvvəsi ilə  yaradır və yaradılmışı əvəzi hecnə ilə ölçülməyən öz südü ilə qidalandırır. AllAH insana hər bir şeyin gözəlini nəsib edib. Heç vaxt ana südü ilə qidalanan körpədən cəmiyyət üçün pis vətəndaş yetişə bilməz. Hər zaman bu və bunun kimi yerini tapmayan deyimlər  olub və olacaq. Ola bilər ki, atalar da zamanında yanılıblar. Axı insan özünün naqisliyini ört-basdır etmək üçün fikir dolaşdıran ifadələrdən istifadə edə bilər. Bir daha nəzərinizə çatdırıram insan xarakterinin formalaşmasında ana südünün “İnsan çiy süd əmib” kimi ifadələrlə heç əlaqəsi yoxdur.

Nəhayət, həmin xanımın söylədikləri mənim fikirlərimlə doğmalaşdığı üçün müəyyən qədər təskinlik verdi. Demək atalar yanıla bilərmiş. Maraqlısı budur ki, bu deyimin kökü üstündən qərinələr keçsə də lakin,“Dədə Qorqud” dastanında öz əksini tapmayıb. Əksinə dastanda ana südünün yeddi dağın çiçəyi ilə qarışdırılıb düşmənlə müharibə zamanı yaralanmış Qazan xanın oğluna məlhəm olmasını dədəmiz QORQUD demədimi?          

PS.  Demək keçmiş zamanda və müasir dovrdə də, öz nəfsi hesabına çirkaba düşən insanlar olub və olacaq. Bu yolda özünə dost tapa bilməyənlər saman çöpündən tutaraq, etdiklərindən sığortalanmaq üçün  imdad diləyiblər. Onların imdadına yetən  yerində işlədilməyən, günü bu günümüzə çatan və müasir dövrümüzdə  müzakirə obyektinə çevrilən deyim şəklində işlənən atalar sözü kimi qəbul edilən ifadələr olub. Bu yerdə yaxşı deyiblər “Cəhənnəmə gedən özünə yoldaş axtarar” Fikir versək bilərik ki, bu ifadə yerində işlənən məsəldir.Çünki pis insan heç vaxt cənnətin qapılarını sənə tanıtmaz.  Beləliklə ən ali qanunlarımızı bizlərə çatdıran QURANİ Kərimə istinad edilməyən və heç bir elmi əsası olmayan fikir atalar məsəli kimi insanların təfəkküründə yer tutmamalıdır!!! 

                                                              

 

 

 

        TƏRANƏ ŞƏMS.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam