Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Layla çalmayanı ilan çalar!...

         

 

    "Xeberinfo.com": Bu  gün  ən  ağrılı  yerimizdən  biri  də  fidan  balalarımızın  dil  açanda  analarına  yad  dildə  müraciət  etmələridi. Bu  məsələ  çoxdandır  ki,mənə  rahatlıq  vermir. Deyə  bilərsiniz  ki, ana  südü  əvəzinə  başqa  süni  qidalarla  qidalanan  uşaq  "ana" sözündən  çox, "mama" sözünə  meyilli  olmalıdır. Ona  görə  ki, onun  əmdiyi  quru  südün  tərkibində  "ana" nəğməsi  yox, "mama" melodiyası  var.

   Yayda  müşahidə  etdiyim  bir  mənzərə  məni  lap  sarsıtdı  və  əsəbləşdirdi. Sahil  bağında  oturub  qəzet  oxuyurdum. Çiçək  ləçəyinə  qonmuş  kəpənəyi  tutmağa  çalışan  bir  uşaq  əldən  düşərək, üzü  dənizə  tərəf  oturmuş  gənc  qadına:

 -Ana,ay  ana, bu  kəpənəyə  de, qaçmasın  dəə...-dedi  və  ondan  bir  qədər  aralıda  asfalt  qırıntılarını  üst-üstə  qalaqlayan  yaşıdının  cingiltili  gülüşündən  diksindi. Gülən  uşağın  anası  ondan  nəyə  güldüyünü  soruşdu.Uşaq  qəribə  bir təəccüblə  belə  dedi:

-Görmürsən, bu  qəqəş  mamasına  ana  deyir.

  Anaların  hər  ikisi  gülümsədi. Kim  kimə  gülürdü? Gülən  uşağa  "ana"  kəlməsi tamam  yad  idi. Çünki  gözünü  açıb  quru  süd  əmmişdi, dilini  açıb  "mama" demişdi.

  Vaxt  vardı  televiziya  ekranında  "Əkil- bəkil" , "Gecəniz  xeyrə  qalsın" kimi  səmimi, doğma  verilişlər  gedirdi.      Gündə  olmasa  da, həftədə  bir  dəfə  uşaqlarımıza  xoş  dəqiqələr  nəsib  olurdu. Hansı  "ağıllı" baş  bunu  da  uşaqlara  çox  gördü.

     Mən  köhnə  kişilərin  sıhbətlərinə  çox  qulaq  asmışam. İlan  çalmış  adamlar  haqqında  o  köhnə  kişilər  deyirdilər  ki, "görünür  anası  layla  çalmayıb  bu  fağıra".

     Üzümü  gənc  analara  tuturam: Ana  sevincinizin  ilk  payından  sonbeşiyinizədək  könlünüzdən  şirin  laylaları  əskik  eləməyin. layla  çalın. Çalın, yuxu  məlhəmi  laylalarınızı. layla  ilə  yatırın, qızıl  gülə  batırın  baldan  şirin  balalalarınızı. Layla  ilə  yatırıb, bayatı  ilə  oyadın  körpələrinizi. Bayatı  toxumu, layla  toxumu  səpin  körpə  qəlbinə, görün  nələr  cücərəcək! Sədaqət  göyərəcək, məhəbbət  göyərəcək  və  günlərin  bir  günü ...Azad  Vətən  göyərəcək!...

                

  Məhərrəm  Şəmkirli

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam