Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şairlərə əlavə səlahiyyət verilə bilər

 

Millət vəkili: “Elə şair və yazıçılar var ki, yalnız yaradıcılıqla məşğul olurlar, bir yerdə işləmədiklərindən pensiya ala bilmirlər” 

"Xeberinfo.com": “"Yaradıcı şəxslər və yaradıcılıq birlikləri haqqında" qanun hazırda ciddi müzakirə obyektidir”. Bunu Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib.  Onun sözlərinə görə,  həmin qanunda Azərbaycanda yaradıcı şəxslərə (şair, yazıçı, rəssam və bəstəkarlar) müəyyən səlahiyyətlərin verilməsi nəzərdə tutulur: “Həmin şəxslər Azərbaycan xalqının mədəniyyətini yaradırlar. Onlar QHT üzləri deyillər”.

Komitə sədri onu da bildirib ki, bədii yaradıcılıqla məşğul olan şəxslərin vergidən azad olunma ehtimalı var: “Onların kitabı dövlət hesabına çap oluna, ədəbi orqanların, jurnalların, qonorarları artırıla bilər”. N. Cəfərovun sözlərinə görə, elə şair və yazıçılar var ki, yalnız yaradıcılıqla məşğul olurlar: “Başqa işdə çalışmadıqları üçün pensiya yaşına çatanda  pensiya ala bilmirlər. Amma bir zamanlar fərdi yaradıcılıqla məşğul olanlar, yaradıcılıq təşkilatının üzvləri heç bir yerdə işləmədən pensiya ala bilərdilər”.

 

Millət vəkili vurğulayıb ki, hər hansı yazıçı, şair yazdığı şeirə görə aldığı qonorardan Dövlət Sosial Müdafiə Fonduna pul ödəyəcək və həmin vəsaitə uyğun da pensiya alacaq: “Yaradıcı insanlar bəzən o qədər də cəsarətli olmurlar. İş tapmağa can atmırlar. Çünki yaradıcılıqla iş tutmur”.

 

 “Azərbaycanda böyük tarixi olan yaradıcı təşkilatları var. Onlar dövlət tərəfindən maliyyələşdirilir. Həmin təşkilatların dövlət, cəmiyyət qarşısında hansı məsuliyyət daşımaları isə  qanunvericilikdə öz əksini tapmayıb” deyə millət vəkili bildirib.

 

Onun sözlərinə görə, bu qanun ilk oxunuşda çoxdan qəbul edilsə də, hazırda onun ikinci oxunuşa çıxarılması gözlənilir: “Burada da əsas məsələ maliyyə məsələsidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam