Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

İNAM ATA (ASİF ATA) –89: İNSANLAŞIN, İNSANLAŞDIRIN...

 

Sentyabrın 25-i  İnam Atanın (Asif Atanın) 89-cu ildönümüdür. (1935-1997). Onun gəlişi İnsana, Ulusa, Bəşərə bənzərsiz Mütləqə İnam müjdəçiliyidir. İndiyə qədərki gəlişlərin çoxu insandan qıraqdakı qüvvələrə inam əsasında olub.

Yenixeber.org: Sonucda insan yox, insanüstü qüvvələr təsdiqlənib. Ancaq İnam Atada başlıca məqsəd İnsandır, insanın var olması özündən qıraqdakı quvvəyə yox, İnsandakı Mənaya, Mütləqlik imkanına əsaslanır. 

İnam Atanın onillərdir Azərbaycana gətirdiyi özümlü, bənzərsiz düşüncə yönü, ideya fərqi yer-göy səviyyəsində ortadadır. Ata Ulusumuz, habelə Bəşər üçün yeni, qədimlik üstə yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan inam, idrak, mənəviyyat, iradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi. O, yaratdığı dünyabaxış – Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu. Özü demişkən, insanda yanılsa da,  insanlığa inandı. Onun geniş, sınırsız idraki imkanları, şəri sarsıdan inamı var. Ona görə «var» deyirəm ki, Ata haqqında keçmiş zamanda danışmaq gerçəkdən mümkün deyil. Ona görə ki, ardıcıllarının ağlında, ürəyində, əməllərində hər an yaşayır, yaşadılır. 

25 il qabaq Ata haqqında “İnsaniliyə Bərabər” adlı kitab yazmışam. Orada Atanın xarakterini, özünəməxsus cəhətlərini, bənzərsiz keyfiyyətlərini açmışam, təhlil etmişəm. Ona heyran olmamaq mümkün deyildi: ardıcıl ruhani döyüşçü, idrak yaradıcısı, mənəviyyat soraqçısı – özü demişkən, vicdançı, təmənnasız, fədakar iradənin yiyəsi idi.  Onda sarsılmaq, əhval dəyişkənliyi, idrakında cəfəngiyyata yer yox idi, Həqiqətini istənilən iddiaya, yalana qarşı inadla qoya bilirdi. Yüksək eşqli, dəyişməz, aşiq İnsan idi! İnam Ata bənzərsiz idrak hadisəsidir: özünəqədərki dünya biliyini dərindən öyrənən böyük idrak yiyəsi idi. Oxumaqdan doymayan, ömrünün son illərində «Artıq oxumağa kitab qalmayıb» - deyən, öyrəndikləriylə yetərlənməyən, oxuduqlarını ötən, özündən öyrənən, özünü yazan, özündən yazan! Onun əsərlərində başqasından demək olar, sitat gətirmək yoxdur. Özü demişkən, “O dedi, bu dedi” mifini qəbul etmədi.

Ata idealının özülü, cövhəri, baş ünvanı ruhani ömrüdür. O, bəşər tarixini qaralama sayırdı. Tarixdə idealı olmadı, özü və ardıcılları üçün ideal oldu. Yazdıqlarında Mütləq Həqiqətə - dərin idrakiliyə, bənzərsiz düşüncəyə əsaslandı. 

Başlıcası, İnam Ata inkar etdiklərinə qarşı öz fikrini ortaya qoya, gedişatdan, zamandan üstünlüyünü sübut edə bildi. Ulusal keyfiyyətlərimizin mahiyyətini daşıyırdı özündə. 

Atanın üslüb çaları zəngin olsa da, fikri, ifadəsi sadədir. Ona görə ki, Atada məqsəd elmilik, özünün zəngin biliyini nümayiş etdirmək deyil. Məqsəd birdir: insanın ruhsal (mənəvi) xilası. Bu səbəbdən də Atada İnsanın xilası hər şeydən önə çıxır. Əgər insan xilas olacaqsa, dünya da xilas olacaq. İctmai münasibətləri, quruluşları yaradan insandır. Yaxşı insanlar yaxşı quruluş yaratmağa qadirdirlər. Atanın İnsanı ictimai münasibətlərdən, istehsalat fatalizmindən, dini təsəvvürlərdən, hər sayaq alın yazısından asılı deyil, yalnız özümlüyündən asılıdır. O, özündəki Mütləqə inanır, ən çətin çağında özümlüyünə üz tutur – kədərli çağında da, fərəhli çağında da…

Atanın insan idealı yaşama, gerçəkliyə qaçılmaz, vazkeçilməz gərəklikdir. İnam Atanın ömründə idealının təsdiqini gördüm. Atanın idealı ömründən gəlib, onun yaşamından ayrı  yaradılmayıb.

Gör nə boyda inamı olub Atanın  -  SSRİ kimi imperiyanın içində Mütləqə İnam Ocağını qalayasan, təhlükələrlə üz-üzə qalasan, ancaq daha da İnamlı olasan... Kitablarını yüksək eşqlə, vəcdlə, vəhylə yazasan. Ən çətin məqamlarda belə yenə özünə, insan idealına oxşayasan, bir sözlə, idealında arzuladığın kimi yaşayasan. Bu, mütləq özünəinamın təsdiqi idi, inam-idrak birliyinin, insaniliyə yetməyin ifadəsi idi. İnam Ata ona görə bu çətinliklərə dözdü ki, özünü yarada, var edə bildi. Bəşər tarixində Mütləqə İnam səviyyəsində inam olmayıb. Həqiqətin qəbul edilməsi onillər, yüzillər istəyir.

İnam Ata mütləqiliyə yetmiş kamil İnsandır, bənzərsiz ruhaniyyatçılığı var. Başlıca ideyası budur: “İnsanlaşın, İnsanlaşdırın!” Bəşər tarixində bundan da uca çağırış yoxdur.

İnam Ata öz örnəyində kamil insanlığın ölçüsünü yaradıb. Nisbi insanlıq olmur. İnsanilik mütləqdir. Görünən imkanların arxasındakı, özülündəki imkandır insanları yaşadan. İnsanilik imkanına yetməyin, özünü yaratmağın, var etməyin yolunu göstərir İnam Ata:  “Mütləqləşmək – var olmaqdır; Nisbi var olan – yox olur əslində; Yalnız – Mütləqiliyə yetən - var olur; Zaman ölçüsündə yaşamaq – yox olmaqdır”.

Özümlüyünə yetmək istəyirsənsə, insanilik ölçüsündə yaşamalısan. Atanın üslubu ömrü kimi bənzərsizdir: qısa, mahiyyəti canlı, diri ifadə edir. Mütləqə İnamın gəlişi o deməkdir ki, ulusumuzun üzünü özünə tutması imkanı var - ulusumuz özinamlı olur. İnam Ata qiymətverəndir. Yaradıcılığa, özünüifadəyə fəlsəfi-bədii tənqidçilikdən başlayan Ata ədəbi-bədii əsərlərin insanilik mahiyyətini özünəməxsus şəkildə aşkara çıxardı. Atanın ilk dövr yaradıcılığı belə bənzərsizdir. Onun Kitablarında bəşər mədəniyyətinə, fəlsəfəsinə, yaşamının bütün sahələrinə, tanınmış şəxsiyyətlərə, ideologiyalara dərin, hərtərəfli qiymət var.

Məqsəd sosiallaşmaq deyil, İnsanlaşmaqdır. Sosiallaşmaq (ictimailəşmək) insani ilişgilərin (münasibətlərin) tərkib hissəsidir, canı (ruhu) deyil. Sosiallaşan var olmur. İnsanlaşan var olur.

İnam Atada İnsana mütləq inam – insanlığın mütləq imkanlarına tükənməz inamdır. İnam Atanın Gəlişi – Mütləqə İnam dünyabaxışı əsasında yaşamaq  deməkdir. Mütləqə İnam – dünyanın özündən artıq, yüksək olan mənasına inam deməkdir. Bu İnama görə, dünya öz Mənasından yaranır. Məna dünyadan qıraqda deyil, dünyanın içindədir: Əzəlidir, Əbədidir, Sonsuzdur, Kamildir.

Atanın Bitiqləri Türk Ulusu olaraq dünyaya sözümüzdür. Qoy insan ölməsin, uluslar ölməsin. Onda bəşər də ölməz. Bəşərin varlığı ulusların özinamlı olması ilə bağlıdır. Mütləqə İnam dünyabaxışı hər bir ulus üçün bu imkanları açır.

 

***

İNAM ATA (ASİF ATA)

ATA ÖMRÜ ÖZ DİLİYLƏ

 

  1. Dünyaya gəlişimlə bağlı söhbətlər bilmirəm. Ancaq uşaqlığım Babam Molla Məhəmmədin hikmətli söhbətləri altında keçib.

Xeyirlə Şərin Döyüşü, Həqiqətin Qələbəsi, Qaranlıq Quyular Fəlakəti, Xeyirxah Quşlar, Dünyəvi Gedişatlar, Sirlər, Sehrlər hikməti başımın üstündə olardı daim və ömrümü Ülviyyət Ahənginə bürüyərdi; o Ahəng heç vaxt pozulmadı – nə Fərəhli, nə Kədərli anlarda, nə Tənhalıqda, nə Təqibdə: elə bil ki, ömür həmin Ahəng üstə köklənmişdi.

Həmin Ahəngə faciəvi notlar da qarışmışdı. Günlərin bir günündə qapımızı döydülər, milis libasında bir kişi çayımızı içdi və Babamı apardı. Bir də Babamı görmədim. Uşaqlıq Anlarından biri: Axşamlar çırağımız keçəndə ölümü düşünürdüm; nənəmin, babamın bir vaxt həyatdan gedəcəklərini düşünürdüm – üşütmə keçirdi bədənimdən, kədər dolurdu qəlbimə...

Mən anadan olanda Atam Qasım, Anam Növrəsidə Əfəndiyevlər Bakıda Pedaqoji İnstitutda oxuyurdular. Məni Molla Məhəmməd babam və Yaxşı nənəm saxlayırdılar.

25 sentyabr 1935-ci ildə Krasnoselo rayonunun Çaykənd kəndində anadan olmuşam. Coğrafi cəhətdən Ermənistana ail edilən bu dağlı, meşəli, çöllü-çəmənli, çaylı, bulaqlı məkan – Türk Ruhuyla həmahəng idi; göyü möhtəşəm, yağışı mahnılı, qışı sərt, adamları birüzlü idi.

Atam və Anam özləri üçün yaşayan adamlar deyildilər, balaları üçün, doğmaları üçün, qohum-əqrabaları üçün yaşayan adamlar idilər.

Onlarda Təbii Fədakarlıq yaşayırdı; - indi azalan, səngiyən, az qala yoxa çıxan.

  1. Qeyri-Adilik Halı mənim Təbiətlə Təmasımdan başladı. Yaradıcılığımın – Filosofluğumun – Tənqidçiliyimin, İnamçılığımın – əsas İdeyası – Dünya görünəndən Artıqdır; Həyat görünəndən Artıqdır; İnsan görünəndən Artıqdır; Dünyanın, Həyatın, İnsanın Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyəti, Mənası var Həqiqəti mənə bir hal kimi, davamlı Düyğü kimi, ilkin fikir kimi kənddə, uşaqlıq çağlarımda gəlib çatdı.

Mənə elə gəlirdi ki, çay – sadəcə axmır,- mahnı oxuyur, meşə qüssələnir; Qürub çağı ağlayır; Dağ özündə Vüqar daşıyır; ancaq bütün bunları adi gözlə görmək olmaz; onları Ruhun, İdrakın gözüylə görmək olar. Təbiət əslində İnsana bənzəyirdi.

Adamları ürəyimdə qınayırdım ki, Təbiət İnsaniliyini, İnsan Təbiətliyini görmürlər, Hadisədən kənara çıxa bilmirlər, Mənaya Yetə bilmirlər.

Bu Qeyri-Adi Duyğu, Hal, Fikir sonralar məni tərk etmədi və mən Ədəbiyyatda da, Fəlsəfədə də; İnamda da – Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyət, Məna axtarmağa başlladım və bu mənə hədsiz Ruhani Fərəh bəxş elədi.

  1. 3. Mənim Ədəbiyyata, Fəlsəfəyə və ümumən Ruhaniyyata bağlılığım İdrak Eşqindən başladı. İdraka Heyrət Duyğusu, Dünyanı, Həyatı, İnsanı dərk etmək Ehtirası – Ömrümün Təməl Hallarından biridir.

Bilik Təşnəsi – daxilimdə Yaratmaq Tələbi yaratdı: Bildiyimi Özümləşdirmək – Bildiyimi Ötmək Ehtiyacına çevrildi. Başqasını öyrənmək – özünüifadə etmək Zəruriliyi yaratdı.

Vəhysiz Hadisənin Mahiyyətinə, Mənasına çata bilməzsən.

Hadisəni təsvir edə bilərsən – ancaq Hadisənin İdeyasını aça bilməzsən. İstedad – Məncə elə Mahiyyətə Yetməkdir.

Vəhy – Zəkayla Ehtirasın Birləşməsi deməkdir; Zəkalı Ehtiras, Ehtiraslı Zəka deməkdir. İdeyanın Aqibətləşməsidir, Vəcdli Fikirdir.

Fikrin, Ehtirasın sürətli, şiddətli çağı, uçuşudur. İlhamın – ən coşğun çağıdır. Vəhy məqamında Həqiqətə tez çatırsan,- bəzən bir anda çatırsan. Ancaq Vəhy – biliyə; Aramsız, Ağır, Davamlı Düşünmə əməlinə əsaslanır.

Vəhy – İdrak Yolunun nəticəsidir.

Vəhysiz yazdığım əsər olmayıb.

Ancaq Düşünmə əməlindən ayrı Vəhyim olmayıb.

Vəhy – Yolun əvvəli deyil – Sonudur.

Vəhysizlər, İlhamsızlar mənə «Vəhyini azalt, İlhamını azalt» - deyə çox nəsihətlər verdilər; mən onları eşitmədim və düz elədim; yoxsa onlar kimi həqiqətsiz qalardım. Yazmaq – Daxili hökmdür; ona Əməl etməmək mümkün deyil.

  1. Yaradıcılıq Qüvvəmi İnsanilikdən alıram. İnsanilik dörd keyfiyyətlə səciyyələnir: İnam, İdrak, Mənəviyyat, İradə.

İnamın Mahiyyəti – Mütləqilikdir.

Dünyanın, Həyatın, İnsanın Mütləqiliyinə İnamdan güc alıram.

İdrakın Mahiyyəti – Həqiqətdir.

Həqiqətdən Güc alıram.

Mənəviyyatın Mahiyyəti – Vicdandır.

Vicdandan Güc alıram.

İradənin Mahiyyəti – Müstəqillikdir.

Müstəqillikdən Güc alıram.

Ömrüm İnsanilik üstə qurulub, Həqiqətçiliyə həsr edilib; Həqiqətçilik sövqü ömrümə hakim olub.

  1. Öz Ədəbi Tənqidimi Yaratmışam.

Öz Fəlsəfəmi yaratmışam.

Öz İnamımı yaratmışam.

Öz Ocağımı yaratmışam.

Özümlüyümü Təsdiq eləmişəm.

İnsaniliyimi Təsdiq eləmişəm.

Əyləncəm yoxdur. Musiqiylə daim Təmasdayam.

Muğamları, öz Haraylarımı pianoda çalıram.

Cavanlara istəyim: İnamçı olun, İnsançı olun, Yurdçu olun – Şəraitçi olmayın, Mühitçi olmayın, Zamançı olmayın – özümlü olun, Özgəçi olmayın.

İŞIQLI ATALI

17-ci il (1995, Bakı)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam