Paşinyan konsert verir...

Ermənistan Baş naziri Nikol Paşinyan seçki kampaniyası ilə əlaqədar diqqətçəkən qərar verib.
Yenixeberorg.com: Erməni KİV-ləri xəbər verir ki, Paşinyan seçki kampaniyasını İrəvanın Respublika Meydanında özünün "Varçaband" qrupunun konserti ilə başa vurmağı düşünür.
Erməni mediasının yazdığına görə, artıq Baş nazir qrup repertuarını genişləndirmək və yeni ifaçılar cəlb etmək barədə müzakirələr aparmağa başlayıb.
Xatırladaq ki, Nikol Paşinyan bir neçə ay ərzində nağara çalmağı öyrənib və yanvarın əvvəlində "Varçaband" qrupunun yaradıldığını elan edib. Qrup artıq İrəvanda iki konsert verib.









AZ
RU