Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ürəyinizdə Günəş olsun

 

 

İNAM ATA (ASİF ATA) – 86: İnama, İdraka Heyrət Duyğusu, Dünyanı, Həyatı, İnsanı dərk etmək Ehtirası…

 

Yenixeber.org: Sentyabrın 25-də İnam Atanın (Asif Atanın) 86 yaşı tamam olur (1935-1997). İnam Atada (Asif Atada) başlıca məqsəd İnsandır. İnsanın var olması özündən qıraqdakı quvvəyə yox, insandakı Mənaya, Mütləqlik (Əzəli, Əbədi, Sonsuz, Kamil) imkanına əsaslanır. Ata ulusumuz üçün yeni, qədimlik üstə yön, yol, gözümüzü özgəliklərdən yığmaq üçün ulusallığa əsaslanan İnam, İdrak, Mənəviyyat, İradə imkanını ortaya qoydu. Azərbaycan insanının özümlü əsasda var ola bilməsini sübut etdi.

***

O, yaratdığı dünyabaxış - Mütləqə İnam əsasında özünü var etdi. İnsan haqqında deyilən, yazılan bədbin fikirlərə uymadı, hamının insandan üz döndərdiyi bir çağda insanlığa üz tutdu. Özü demişkən, insanda yanılsa da, insanlığa inandı. Onun geniş, sınırsız idraki imkanları, İnamı var. Ona görə var deyirəm ki, Ata haqqında keçmiş zamanda danışmaq gerçəkdən mümkün deyil. Ata idealının özülü, cövhəri, baş ünvanı ruhsal (insani) ömrüdür. O, bəşər tarixini qaralama sayırdı. Tarixdə idealı olmadı, özü və ardıcılları üçün ideal oldu.

***

Ata dərin idrakiliyə, bənzərsiz düşüncəyə əsaslanır. İnam Ata öz örnəyində kamil insanlığın ölçüsünü yaradıb. Nisbi insanlıq olmur. İnsanilik Mütləqdir. Görünən imkanların arxasındakı, özülündəki imkandır insanları yaşadan. İnsanilik imkanına yetməyin, özünü yaratmağın, var etməyin yolunu göstərir Ata: Mütləqləşmək var olmaqdır; Nisbi var olan yox olur əslində; Yalnız Mütləqiliyə yetən - var olur; Zaman ölçüsündə yaşamaq yox olmaqdır; Özümlüyünə yetmək istəyirsənsə, insanilik ölçüsündə yaşamalısan.

***

Atanın üslubu ömrü kimi bənzərsizdir: qısa, mahiyyəti canlı, diri ifadə edir. Mütləqə İnamın gəlişi o deməkdir ki, ulusumuzun üzünü özünə tutması imkanı var - ulusumuz özinamlı olur. Atanın Bitiqləri (Kitabları) Türk Ulusu olaraq dünyaya sözümüzdür. Qoy insan ölməsin, uluslar ölməsin. Onda Bəşər də ölməz. Bəşərin varlığı ulusların özinamlı olması ilə bağlıdır.

Mütləqə İnam dünyabaxışı hər bir ulus üçün bu imkanları açır.

 

İşıqlı Atalı

  

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam