Böyük Britaniya Hörmüz boğazının heç bir ilkin şərt olmadan açılmasının tərəfdarıdır.
Yenixeberorg.com: Bu barədə ölkənin Baş naziri Kir Starmerin bəyanatında bildirilib.
“Boğazın şərtsiz və dərhal açılması qlobal məsuliyyətdir və biz dünya üzrə enerji və ticarət axınlarının bərpası üçün hərəkətə keçməliyik”, – deyə bəyanatda qeyd olunur.
Starmer vurğulayıb ki, o və Fransa Prezidenti Emmanuel Makron gəmiçilik azadlığının qorunması üçün çoxtərəfli təşəbbüsün yaradılmasına sadiqdirlər.
“Biz kommersiya gəmiçiliyini təmin etməli və qlobal sabitlik və təhlükəsizliyə qayıdış üçün minalardan təmizləmə əməliyyatlarını dəstəkləməliyik”, – deyə o əlavə edib.









AZ
RU