Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Pul qazanmaq üçün -Rusiyaya gedən azərbaycanlı məşhurlar

Pul qazanmaq üçün Rusiyaya gedən azərbaycanlı məşhurlar

Pandemiya dövründə Rusiyaya köçən azərbaycanlı sənətçilərin sayı günü-gündən artır.

Yenixeber.org:  Azərbaycanda toy şənliklərinin keçirilməsinə qadağa qoyulduqdan sonra bəzi yerli şou nümayəndələri çıxış yolunu Rusiyaya köçməkdə görüblər.

Ölkədən çıxan ilk müğənnilər Şəbnəm Tovuzlu və Damla olub. Onlar həmvətənlilərimizin toylarını idarə etmək üçün Rusiyaya dəvət aldıqlarını bildiriblər. Könül Kərimova artıq bir ilə yaxındır ki, Rusiyaya köçüb. Sənətçi hətta orada “Könül xına evi” adlı mərasim zalı açıb.

Əməkdar artist Elnarə Abdullayeva və Fədayə Laçın da Rusiyaya gedənlər arasındadır.

Əməkdar artist Mətanət İsgəndərli artıq bir neçə aydır ki, oğlu ilə birlikdə Rusiyaya köçüb. O, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən tez-tez toy mərasimlərinə dəvət edilir.

Aparıcı Sərxan Kərəmoğlu və müğənni Kərim Abbasov da Rusiyaya yollananlar arasındadır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam