Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Azər Zeynalovun nitqi tutulub? -Oğlu danışdı

Azər Zeynalovun nitqi tutulub?  - Oğlu danışdı

“Xalq artisti Azər Zeynalovun nitqinin tutulmasıyla bağlı xəbər yalandır”.

Yenixeber.org: Bunu Xalq artistinin İstanbulda yaşayan oğlu İsmayıl Zeynalov deyib.

O, bildirib ki, atası ilə hər gün danışır, səhhəti normaldır:

“Azər müəllim açıq ürək əməliyyatı keçirib. Hər gün onunla danışıram. Dəqiqləşməyən məlumatların yayılması bizi narahat edir. Atamın nitqində problem yoxdur. Nitqi tutulan adamla danışmaq olar?”

İ.Zeynalov əlavə edib ki, həkimlər müalicənin nəticə verdiyini bildirib: “Səhhətində irəliləyiş var. Tezliklə xəstəxanadan çıxıb, müalicə olunub, səhnəyə qayıdacaq. Yenidən sənəti ilə məşğul olacaq”.

Qeyd edək ki, bu gün kütləvi informasiya vasitələrində xalq artistinin nitqinin tutulması ilə bağlı məlumatlar yayılıb.

A.Zeynalov mart ayının 10-da infarkt keçirib. Aprelin 2-də isə Respublika Diaqnostik Mərkəzdə açıq ürək əməliyyatı keçirib .


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam