“Günay Bank”ın sədr müavininin saxlanmasının təfərrüatları
“Günay Bank”ın keçmiş sədr müavini Emin Zeynalovun saxlanması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Yenixeber.org: Məlumata görə, bəzi mənbələrdə 100 milyon manat mənimsəməkdə günahlandırılan E. Zeynalovun əslində bankdan 3 milyon manat vəsait mənimsədiyi bildirilir. Məlumata görə, E. Zeynalov bankdan 3 milyon manat mənimsədiyi üçün bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşdırılıb.
Əldə olunan digər məlumatlara görə, E. Zeynalov əslində, “qara bazar”da valyutadəyişmə əməliyyatlarında külli miqdarda vəsaitlə iştirak edib. O, həmçinin, “qeyri-leqal pul dövriyyəsi sxemi” qurub, bu yolla milyonlarla manat vəsaiti mənimsəyib. Onun vəsaitini mənimsədikləri arasında xeyli vəzifəli şəxsin də olduğu bildirilir.
Mətbuatda E. Zeynalovun ölkədən qaçması və barəsində axtarış elan olunması barədə yayılan məlumatlar isə təsdiqini tapmayıb. E. Zeynalov tutduğu vəzifədən azad edildikdən qısa müddət sonra mənimsədiyi pulu qaytarmadığı üçün onunla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Həmin müraciət əsasında E. Zeynalov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən tutulub.
Hazırda da BMCMİ-də saxlanıldığı bildirilən E. Zeynalovun tutulması ilə bağlı Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları tərəfindən heç bir açıqlama verilmir.
Bununla belə, E. Zeynalovun bankın külli miqdarda vəsaitini mənimsədiyi barədə informasiyalar həm “Günay Bank”, həm də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təkzib olunur.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, iddialar əsassızdır və bankda heç bir oğurluq faktı qeydə alınmayıb.
M. Məmmədov qeyd edib ki, E. Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub: “Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Lakin xaricə qaçması barədə məlumatlar əsassızdır”.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat katibi Elşən Allahverdiyev də “APA-Economics”ə bildirib ki, E. Zeynalovun “Günay Bank”dan 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlar əsassızdır.
“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər”, -deyə o bildirib.
Qeyd edək ki, E. Zeynalov “Baku Languages and Business School” adlı kursun da icraçı direktorudur.(apa)