Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Hiss olunmur ki, Azərbaycanda Mədəniyyət naziri dəyişib“ -Kamran Həsənli

“Hiss olunmur ki, Azərbaycanda Mədəniyyət naziri dəyişib“  - Kamran Həsənli

“Mədəniyyət Nazirliyində heç bir dəyişiklik hiss etmirəm. Məncə, başqaları da mənim kimi həmin hissiyatdadır çünki dəyişiklik olsaydı biz onu hiss edərdik”.

Yenixeber.org: Bu sözləri tanımış aparıcı-şoumen Kamran Həsənli deyib. Yeni mədəniyyət naziri Anar Kərimovun fəaliyyətini dəyərləndirən aparıcı onun 8 aydır bu vəzifəni icra etməsinə baxmayaraq, mədəniyyət sahəsində dəyişiklik hiss olunmadığını qeyd edib:

“Mən Mədəniyyət nazirinin dəyişdiyini hiss etmirəm. Heç adını da bilmirəm. Uzun müddət Mədəniyyət naziri postuna kimin gətiriləcəyi ilə bağlı müzakirələr getdi. Hətta verilişlərin birində mənə sual verdilər ki, “siz kimi təklif edərdiniz?” Mən Cahangir Zeynalovu - Nəsibə Zeynalovanın oğlunun nazir təyin edilməsini təklif etmişdim. Bildiyiniz kimi, o Türkiyədə yaşayır, ən yaxşı nazir o ola bilərdi. Çünki uzun müddət idarəçiliklə məşğul olub, korrupsiya, rüşvətdən uzaq, istedadlı adamdır, mədəniyyətin də içində olan şəxslərdəndir”.

K.Həsənli ölkəmizdə mədəniyyət sahəsinin tənəzzüldə olduğunu bildirib:

“Mən yeni Mədəniyyət nazirinə məsləhətçi kimi çıxış etmək istəməzdim. Çünki bu tamamilə başqa və geniş mövzudur. Bunu debatlarda üzbəüz danışa bilərik. Ona hər hansı məsləhət verməyim mənasız olardı, əksinə o çıxıb bizə hansısa hesabat verməli, işlərindən danışmalıdır. Ümumiyyətlə, Azərbaycanda mədəniyyətə aid olan bütün sferalar tənəzzüldədir: kino da, teatr da, Konservatoriya da...

Adı dəyişilmiş Konservatoriyaya nə üçün akademiya adını qoyublar bilmirəm. Üzeyir Hacıbəyovun bütün irsini dağıtdılar, Konservatoriyanın adı da ziddiyət təşkil edir, Milli Konservatoriya ola bilməz axı... Bir qurum, təhsil ocağı yaratdılar, milli alətlərimizi dünyəvi alətlərimizdən ayırdılar. Üzeyir Hacıbəyovun bütün ideyasını, nailiyyətini yerə vurdular. Yenə deyirəm, Mədəniyyət Nazirliyində heç bir dəyişiklik ümumiyyətlə, hiss olunmur. Heç hiss olunmur ki, Mədəniyyət naziri dəyişib, yoxsa, elə əvvəlki nazir işləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam