Aparıcı Hacı Nuran Hüseynov şəhid Elşad Məmmədovun oğlunun kirvəsi olub.

Yenixeber.org: Bu haqda Hacı Nuran özü məlumat verib. O bildirib ki, 9 aylıq Məhəmmədin kirvəsi olacaq.

Aparıcı əlavə edib ki, bu günə qədər uşaq evlərində 400-ə yaxın uşağın sünnət mərasimində iştirak edib, onlara yardım əli uzadıb.

"Bəlkə beləcə, çıxa bildim bir şəhid ruhu qarşısındakı borcumdan. Bəlkə beləcə, şad edə bildim bir nakam atanın narahat ruhunu. Hər nədirsə, çox xoşbəxtəm 9 aylıq Məhəmmədin kirvəsi olacağım üçün" deyə, Hacı Nuran əlavə edib.

Qeyd edək ki, Elşad Məmmədov Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olub.