Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lukaşenkonun oğluna yüksək vəzifə verildi

 

Belarus Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti səlahiyyətlərinin iraçısı vəzifəsinə ölkə prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu təyin olunub.

Yenixeber.org: Məlumata görə, prezidentin köməkçisi postunda da qalacaq Viktor Lukaşenko bu vəzifədə müvəqqəti və ictimai əsaslarla çalışacaq. Belarusda böyük beynəlxalq idman tədbirləri yekunlaşdıqdan sonra MOK-un Yığıncağında I vitse-prezident vəzifəsinə namizədliyə dair məsələ həllini tapacaq.

Ölkənin idman və turizm naziri Sergey Kovalçuk bildirib ki, Yığıncağın tarixi hələ müəyyənləşməyib. O, toplantının "Minsk-2019" II Avropa Oyunları və Avropa - ABŞ atletika matçından sonra təşkil olunacağına əminlik ifadə edib. Bu tədbirlər müvafiq olaraq, 21 - 30 iyunda və 9-10 sentyabrda keçiriləcək.

Qeyd edək ki, Belarus MOK-un prezidenti dövlət başçısı Aleksandr Lukaşenkodur. 44 yaşlı Viktor Lukaşenko ölkə rəhbərinin Qalina Lukaşenko ilə nikahından dünyaya gəlib. A.Lukaşenkonun 39 yaşlı Dmitri və 15 yaşlı Nikolay adlı oğulları da var. Dövlət başçısı məhz kiçik oğlunu özü ilə tez-tez rəsmi tədbirlərə, o cümlədən, xaricə aparır.(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam