Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

ÇİN-İRAN SAZİŞİNİN PƏRDƏARXASI: -prezident Trampın maksimum təzyiq siyasəti Tehranı Pekinin ağuşuna atıb

 

Aləm Saleh, Zəkiyyə Yazdanşenas

“Foreign Policy”, 09.06.2020

 

Bu yaxınlarda sızdırılan sənəd Çin və İranın ticarət, siyasət, mədəniyyət və təhlükəsizlik sahələrində 25 illik strateji tərəfdaşlığa girişdiyini göstərir.

Yenixeber.org: Çin və Yaxın Şərq ölkələri arasında əməkdaşlıq nə yeni, nə də yaxın vaxtların söhbətidir. Lakin bu inkişafı digərlərindən fərqləndirən məqam həm Çin, həm də İranın qlobal və regional ambisiyaları, hər ikisinin ABŞ-la qarşıdurmada əlaqəli olması və sazişdə təhlükəsizlik komponentinin mövcudluğudur.

Razılaşmanın hərbi tərəfi ABŞ-a aiddir. Keçən il Hind okeanında və Oman körfəzində misli görünməmiş İran-Çin-Rusiya birgə dəniz təlimləri Vaşinqtonu narahat etdiyi kimi.

Çinin Şərqi Asiya və Afrikada artan nüfuzu ABŞ-ın maraqlarına zərbə vurub və Yaxın Şərq Pekinin ABŞ hegemonluğuna qarşı çıxa biləcəyi növbəti döyüş bölgəsidir – bu dəfə İran vasitəsilə.

Bu, xüsusilə vacib məsələdir, çünki razılaşma və onun nəticələri iqtisadi sahədən və ikitərəfli münasibətlərdən kənara çıxır: daxili, regional və qlobal səviyyədə fəaliyyət göstərir.

Daxili razılaşma neft və qazın Çinə satılmasını təmin etməklə, sanksiyalara məruz qalmış, nağd pul qıtlığı çəkən İran üçün iqtisadi xilasetmə kəməri ola bilər. Bundan əlavə, İran Çinin imkanlarını Fars körfəzində genişləndirərək, bundan Qərblə mümkün gələcək danışıqlarda sövdələşmə çipi kimi istifadə edə biləcək.

ABŞ-ın 2020-ci il prezident seçkilərinə cəmi 3 ay qalsa da, İran-Çin yeni strateji tərəfdaşlığının yaxından araşdırılması respublikaçıların qələbə ehtimalını təhlükə altına alır. Çünki Çin-İran strateji tərəfdaşlığı Tramp administrasiyasının maksimum təzyiq strategiyasının uğursuz olduğunu sübut edir; o, İranı çəkindirməyə və regional davranışını dəyişməyə müvəffəq olmayıb, əksinə, Tehranı Pekinin ağuşuna atıb.

Uzunmüddətli perspektivdə İranın Çinə strateji yaxınlaşması regional və hərbi gücünü artırmaq, Fars körfəzi bölgəsində ABŞ gücünə qarşı çıxmaq və sarsıtmaq üçün Tehranın “Şərqə baxış” siyasətini uyğunlaşdırdığını göstərir.

Çin üçün bu pakt enerji təhlükəsizliyinə zəmanət verə bilər. Çünki Fars körfəzi Çinin enerji ehtiyacının yarıdan çoxunu təmin edir.

Beləliklə, Fars körfəzi vasitəsilə naviqasiya azadlığının təmini Çin üçün böyük əhəmiyyət kəsb edir.

ABŞ-ın yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı Çinə xam neftin ən yaxşı tədarükçüsü olub, may ayında krallıqdan Çinə ixrac gündəlik 2,16 milyon barellə yeni bir rekord vurub. Bu asılılıq Çinin enerji mənbələrini şaxələndirmə və bir tədarükçiyə etibar etməmə siyasətinə ziddir. (Çinin Fars körfəzi bölgəsindəki digər ərəb neft tədarükçüləri ABŞ-la sıx təhlükəsizlik əlaqələrinə malikdirlər.)

İki ölkə arasında ticarət müharibəsinin güclənməsi halında, Çin ABŞ-ın Pekinə lazım olan enerji qaynaqlarını qapatmaq üçün bu ölkələrə təzyiq göstərə biləcəyindən ehtiyatlanır. Odur ki, İranla hərtərəfli strateji tərəfdaşlıq həm də sığorta siyasətidir; o, Çini zəmanətli və endirimli enerji mənbəyi ilə təmin edə bilər.

Çin-İran əlaqələri, ABŞ-ın təsirini daha da zəiflədərək, İran və Çinin xeyrinə bölgənin siyasi mənzərəsini dəyişdirəcək.

Həqiqətən, saziş Çinin dünyanın ən vacib bölgələrindən birində daha böyük rol oynamasına imkan verir. 2003-cü ildə ABŞ-ın İraqa hücumundan bəri strateji mənzərə dəyişib. Yeni regional qaydada din-məzhəb bölgüsünə əsaslanan transmilli eyniyyət dinamikasının mahiyyətini yaradıb və onu dəyişdirib.

Bu dəyişikliklər, həmçinin, ABŞ qoşunların geri çəkilməsi və “Ərəb Baharı”nın iğtişaşları İran kimi orta güclərə boşluqları doldurmaq və regional təsirini artırmaq fürsəti yaradıb. Eyni zamanda, Si Zinpinin 2012-ci ildə hakimiyyətə gəlişindən bəri Çin hökuməti özünü qlobal gücə çevirmək və digər bölgələrdə daha fəal rol oynamaq istəyini dilə gətirib. Bu ambisiya Yaxın Şərqin strateji əhəmiyyətini vurğulayan “Bir kəmər-Bir yol” Təşəbbüsündə (BRI) özünü göstərib.

Çin Yaxın Şərqdə yeni regional güc olaraq İranın mövqeyini və əhəmiyyətini başa düşür. Son illər baş verən regional hadisələr isə, həqiqətən, İranın təsirini gücləndirib.

ABŞ-dan fərqli olaraq, Çin Qərbin demokratik sülh anlayışından daha çox, “inkişaf sülhü” adlandırdığı ilə iqtisadi əlaqələri genişləndirmək və bölgədə təhlükəsizlik yaratmaq üçün İranın regional gücündən istifadə edir. Bu, Yaxın Şərqdəki avtoritar dövlətlərin xoşuna gələn yanaşmadır.

ABŞ prezidenti Donald Trampın 2018-ci ildə İranla nüvə sazişindən çıxması və sonradan maksimum təzyiq siyasətinin tətbiqi İranın bölgədə artan təsirini dayandırmaq üçün icra edilən son səydir. Bu siyasət İran iqtisadiyyatına ağır zərbə vursa da, hələ də ölkənin iddialı regional və hərbi siyasətini dəyişdirə bilməyib.

Beləliklə, Çin və İran arasındakı yeni strateji əməkdaşlıq Çinin Yaxın Şərqdə daha fəal rol oynamasına yol açaraq ABŞ-ın imkanlarını tükəndirəcək.

Çin-İran strateji tərəfdaşlığı, Cənubi Asiya da daxil olmaqla, qonşu bölgələrə də təsir edəcək. 2016-cı ildə Hindistan və İran strateji Çabahar limanına sərmayə qoymaq və cənub-şərqdəki liman şəhərini Zahedanla birləşdirən və Hindistanı dəniz yolu ilə Əfqanıstan və Orta Asiyaya birləşdirəcək bir müqavilə imzalayıb. İran indi Hindistanı ABŞ-ın təzyiqi altında sərmayələrini təxirə salmaqda günahlandırır və Hindistanı layihədən kənarlaşdırıb.

İran rəsmiləri Hindistanın Çabahar-Zahedan layihəsindən çıxarılmasını Çinlə 25 illik yeni sövdələşmə ilə əlaqələndirməkdən imtina etsə də, görünür, Hindistanın Vaşinqtonla yaxın əlaqələri bu qərara səbəb olub. Belə bir strateji layihədə Hindistanı Çinlə əvəz etmək Cənubi Asiyadakı güc balansını Dehlinin zərərinə dəyişdirəcək.

İndi Çinin BRI proqramında mühüm mərkəz olan Pakistandakı Qvadarı Çabahar limanına bağlamaq şansı var.

Vaşinqtonun nə düşünməsindən asılı olmayaraq, yeni Çin-İran münasibətləri Pakistanın “gəmiyə minəcəyi” təqdirdə, Hindistanın bölgədəki maraqlarına xələl gətirəcək. Mövcud Çin-Pakistan İqtisadi Dəhlizinin şimal, qərb və cənub qollarının genişləndirilməsi və Pakistandakı Qvadar limanını Çabahara, sonra isə Avropa və Orta Asiyanı İran vasitəsilə, vahid dəmir yolu şəbəkəsi ilə birləşdirmək təklifinin həyata keçirilməsi daha çox ehtimal olunur. Bu plan gerçəkləşərsə, Çin, Pakistan, İran, Rusiya və Türkiyədən ibarət “qızıl üzük” yarancaq, o, Çini İrana, İraqa, Suriyaya, Orta Asiya, Xəzər dənizi və Aralıq dənizinə birləşdirən BRI mərkəzinə çevriləcək.

İyulun 16-da İran prezidenti Həsən Ruhani Cəsk limanının ölkənin əsas neftyükləmə nöqtəsi olacağını elan edib. Cəsk və Çabahar limanlarının inkişafına daha çox diqqət ayırmaqla, İran geostrateji baxışını Fars körfəzindən Oman körfəzinə keçirtməyə çalışır.

Bu, Tehranın gərgin Fars körfəzi bölgəsindən yayınmasına imkan verəcək, İran neftini daşıyan tankerlərin səyahət məsafəsi azalacaq, həmçinin, ehtiyac olduqda, Tehrana Hörmüz boğazını bağlamağa imkan verəcək.

İkitərəfli saziş Çinə bu limanın inkişafında iştirak etmək üçün fövqəladə bir imkan verir. Çin Cəski bölgədəki strateji şəbəkəyə əlavə edə biləcək. Bu plana görə, bəzi Fars körfəzi ölkələrində Çin şirkətlərinin yaratdığı regional sənaye parkları həmin limanlarla əlaqələndiriləcək. Bir-biri ilə əlaqəli sənaye parkları və limanlar şəbəkəsi ABŞ-ın strateji həyati əhəmiyyətli Hörmüz boğazını əhatə edən bölgədəki dominant mövqeyini daha da çətinləşdirə bilər.

İran və Çin arasındakı strateji tərəfdaşlıq ABŞ və Çin arasındakı böyük rəqabətə də təsir edəcək. Çin ABŞ-ın ən böyük ticarət tərəfdaşı qalsa və iki qlobal güc arasında hələ də geniş ikitərəfli əlaqələr mövcud olsa da, bir çox müşahidəçilər dünyanın yeni bir soyuq müharibəyə qədəm qoyduğunu iddia edir. Yaxın Şərqin geosiyasi və iqtisadi əhəmiyyətini nəzərə alsaq, İranla saziş ABŞ-ın gücünə etiraz edə biləcək başqa bir fürsət verir.

Bununla yanaşı, Tehran regional mövqeyini möhkəmləndirmək üçün Pekinlə əlaqələrdən faydalanmaq niyyətindədir. Ən nəhayət, ABŞ-ın bölgədəki rəqabətdən və bölünmədən bəhrələnməsinə baxmayaraq, Çin-İran tərəfdaşlığı bölgənin təhlükəsizlik mənzərəsini dəyişdirə bilər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam