Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Notre-Dame kilsəsinin ərimiş dəmirləri sökülür-ABŞ polisi məhkəmə qarşısında, dünyada koronavirus pisləşir

  •                                                Notr-Dam kilsəsi: əvvəl və yanğından sonra

Yenixeber.org: Ümumdünya Səhiyyə Təşkilatı epidemiya barədə xəbərdarlıq edir, George Floydu öldürməkdə günahlandırılan polisin ilk məhkəməsi keçirilib, Parisin yanmış Notre-Dame kilsəsinin dəmirləri sökülür - bu və digər xəbərlər bizim icmalda.

                                  Parisdə Notre-Dame kilsəsinin ərimiş dəmirləri sökülür

Parisdə Notre-Dame kilsəsində ərimiş konstruksiyaların sökülməsinə başlanıb.

Ötən ilin aprel ayında Notre-Dame kilsəsində yanğın baş verərkən kilsənin damında təmir işləri getdiyindən kilsənin ətrafında dəmir konstruksiyalar qurulmuşdu, Paris müxbirimiz Hugh Schofield xəbər verir.

Konstruksiyanın bir hissəsi yanğında dağılıb, bir hissəsi də yanğının istiliyindən əriyərək "metal parazit" kimi binaya yapışıb.

İndi isə bu 20 tonluq metalın binadan qoparılması üzrə işlər başlayıb.

Bina hələ də bütövlükdə təhlükədən kənarda qalmır və yalnız üç və ya dörd ay müddətində bu əməliyyat başa çatdıqdan sonra yenidənqurma və bəlkə də yenidən dizayn barədə düşünülməyə başlanıla bilərlər.

                                     Ümumdünya epidemiyası pisləşir, ÜST bildirir

Epidemiya başlanandan bəri 7 milyondan çox virusa yoluxma halı aşkar edilib, 404 min ölüm baş verib.

Avropada virusla mübarizə sahəsində irəliləyişə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın qlobal miqyasda "pisləşdiyini" söyləyir.

"Bu pandemiyadan altı aydan çox vaxt keçdiyi zamanda heç bir ölkə üçün ayağını pedaldan götürməyin vaxtı deyil" ÜST rəhbəri Tedros Adhanom Ghebreyesus deyib.

Bazar ertəsi günü koronavirusla bağlı keçirilən mətbuat konfransında o, jurnalistlərə deyib ki, son 10 günün doqquzunda 100 mindən çox yoluxma baş verib və bazar günləri qeydə alınan yoluxmaların 75 faizi təkcə 10 ölkədə - əksəriyyəti Amerika və Cənubi Asiyada baş verib.

Tedros, ÜST-ün bir sıra ölkələrdə "müsbət əlamətlərdən" ilham aldığını söyləyib.

"Bu ölkələrdə indi ən böyük təhlükə təmkinlikdir", - o deyib.

"Əhalinin nə qədərinin virusa məruz qaldığını görmək üçün aparılan araşdırmaların nəticələri qlobal miqyasda insanların əksəriyyətinin hələ də infeksiyaya həssas olduğunu göstərir".

       George Floydun qətlində şübhəli olan Derek Chauvin girov məbləği 1.25 milyon dollardır

Silahsız qaradərili George Floydu öldürməkdə günahlandırılan Minneapolisin keçmiş polis işçisi Derek Chauvin ilk məhkəməsinə çıxıb və onun girov təminatı 1.25 milyon dollar olaraq müəyyən edilib.

Prokurorlar "ittihamın şiddətini" və ictimaiyyətin etirazını onun girov miqdarının 1 milyon dollardan çox olmasına səbəb səbəb kimi göstəriblər.

19 illik polis veteranı cənab Chauvin bazar ertəsi günü keçirilən görüşə telekonfrans vasitəsilə qoşulub.

O, 15 dəqiqəlik dinləmə müddətində danışmayıb, kiçik bir masada oturarkən əl-qolu qandallı, üzərində isə narıncı kombinezon olub.

Onun vəkili girov qiymətinə etiraz etməyib.

Derek Chauvin ikinci dərəcəli qətl və bilmədən adam öldürmə ittihamları ilə üzləşib. Həbs edilən digər üç məmur isə qətlə kömək etmək və yol verməkdə ittiham olunurlar.

May ayında George Floydun ölümü qlobal etirazlara və polis islahatları çağırışlarına səbəb olub.

Ağdərili olan cənab Chauvin, mayın 25-də Minneapolisdə tutularkən dizini demək olar ki, 9 dəqiqə cənab Floydun boynuna qoyub.

Derek Chauvinin növbəti məhkəmə iclası iyunun 29-na müəyyən edilib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam