Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Azərbaycanı Avroviziyada təmsil edəcək müğənni bəlli oldu

 

Martın 15-də Azərbaycanın İctimai Televiziyası (İTV) ölkəni bu il Avroviziya Mahnı Müsabiqəsində təmsil ədəcək olan müğənninin adını açıqlayıb.  

"Xeberinfo.com":  İTV-dən APA-ya verilən məlumata görə, Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.   Qeyd edək ki, E. Hüseynov 2008-ci ildə də duet ortağı Samirlə  birlikdə “Day After Day” mahnısı ilə Azərbaycanı Avroviziyada təmsil edib.   E. Hüseynov Avroviziya 2015-i  özünü solo ifaçı kimi təsdiq etmək üçün “böyük şans” adlandırıb: “Mahnıma güvənirəm, çünki onun çox güclü ismarıcları var. Bu, həqiqətən də böyük mənası olan bir mahnıdır. Ən önəmlisi “bir savaşa layiqdir ürək” mesajıdır – biz heç vaxt təslim olmamalıyıq. Öz xoşbəxtliyimiz və daha yaxşı gələcəyimiz üçün daim savaşmalıyıq. Avroviziya-ya bu ismarıcı avropalılarla paylaşmaq üçün gedirəm”.   E. Hüseynov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Dövlət Filarmoniyasının solisti olub. O, “Notre-Dame de Paris” müziklının Azərbaycan versiyasında Foebus partiyasını ifa edib. O, həmçinin beynəlxalq səs istedadları şousu - “The Voice”-un Türkiyə versiyası olan “O səs Türkiyə”nin qalibi olub.   Xatırladaq ki, Azərbaycan 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində uğurla debüt edib, 2011-ci ildə Ell və Nikkinin ifa etdiyi “Running Scared” adlı mahnı ilə qalib gəlib. 2012-ci ildə Bakı 42 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam