Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Fransadan ABŞ-a “daha bəsdir” siqnalı:“Dünya daha ikiqütblü deyil və biz Rusiya ilə yaxınlaşmaq istəyirik”

 
 

 “Biz Rusiyanın Avropadan uzaqlaşmasını istəmirik. Əksinə, yaxınlaşmasını istəyirik”.
Yenixeber.org: Bu sözləri  Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian “Le Telegramme” qəzetinə verdiyi müsahibədə söyləyib.
 
ABŞ-ın Rusiya əleyhdarı siyasətlərinin əksinə Rusiya ilə dialoqu gücləndirməyə çalışdığını bildirən nazir dünyanın əvvəlki kimi iki qütbə bölünmədiyini və dövlətlərin bu qütblərdən hansınınsa yanında yer almaq məcburiyyətinin olmadığını bildirib.

  
"Yaşadığımız dünya, 1940-cı illərin sonlarında olduğu kimi artıq iki blok arasında bölünməmişdir. Avropa qloballaşmaya xidmət edən bir güc olmaq istəyirsə, maraqlarına uyğun olaraq dialoqa açıq bir yol tutmalıdır. Bu yol nə hərb, nə də opportunizm siyasətidir”.
 
Qeyd edək ki, ABŞ xüsusilə Ukrayna böhranından istifadə edərək, Avropa İttifaqı ilə Rusiya arasında ziddiyyətləri körükləməyə çalışır. Beləcə, Rusiya təhlükəsini ön plana çıxaran Vaşinqton NATO ölkələrini hərbi büdcələrini artırmağa çağırır. ABŞ-ın bu siyasəti isə Rusiyanı daha çox silahlanmaya təşviq etdiyi kimi, hədəf olaraq Avropanı seçməsiylə nəticələnir. Fransanın Xarici İşlər nazirinin sözlərindən də gördüyümüz kimi, Qərbi Avropada bu, yenidən soyuq savaşa qayıtmaq cəhdi kimi qiymətləndirilir.



ABŞ-ın bu siyasəti təkcə Fransa tərəfindən deyil, Qərbi Avropanın digər güclü dövləti Almaniya tərəfindən də xoş qarşılanmır. Fransa və Almaniyanın Ukrayna böhranına baxmayaraq, Rusiyanın “Şimal axını-2” layihəsində Rusiya ilə son anda dayandırılan əməkdaşlıq cəhdləri də “qoca qitə”nin artıq ABŞ-ın təlimatları ilə oturub-durmaq həvəsində olmadığını göstərirdi. 
 
ABŞ-ın bütün israrlı tələblərinə baxmayaraq, rəsmi Berlinin sosial layihələrə ayırdığı vəsaitlərdən ixtisarlar hesabına hərbi büdcəsini artırmaması bu ölkənin də dialoq tərəfdarı olduğunu göstərir. Təsadüfi deyil ki, ABŞ Almaniyanı rus təhdidi qarşısında zəif vəziyyətə salmaq üçün bu ölkədəki əsgərlərinin bir qismini geri çəkdi. Bununla da ABŞ-sız Almaniyanın müdafiə gücü zəif ölkə halına gələ biləcəyini əyani şəkildə ortaya qoydu.


 
Qərbi Avropa dövlətlərinin fikrincə, ABŞ-ın Ukrayna böhranını qabartması və Rusiyanın qaz strategiyasına qarşı çıxması heç də onlara canıyananlıqdan irəli gəlmir. Əksinə, Vaşinqton rus qazına alternativ olaraq özünün LNG qazını təklif edir ki, bu da 30-40% baha başa gəlir. Dolayısıyla Qərbi Avropa ölkələrinin maraqlarına cavab vermir.
 
Ən əsası isə Vaşinqton LNG qazının mərkəz sanrtalı olaraq Polşanı görür ki, bu da Qərbi Avropa ölkələrinin taleyini Şərqi Avropaya bağlamaqdır. Qərbi Avropa ölkələri isə öz iqtisadi güclərindən doğan üstünlüklərini, haqlı olaraq, başqasıyla bölüşmək istəmirlər.


 
Jan-İv Le Drian “opportunizm” dedikdə isə  Rusiyanın indiki zəif durumundan istifadə edərək onun tamamilə çökdürülməsi planına qarşı çıxır. Bunun da səbəbi, belə görünür ki, Rusiya prezidentinin bu yaxınlarda imzaladığı "Rusiya Federasiyasının nüvə müqaviməti sahəsində dövlət siyasətinin əsasları" adlı sənədin Avropada yaratdığı xofla bağlıdır. Həmin sənəd Rusiya prezidentinə dövlətin varlığına qarşı yönəlmiş konvansional hücuma belə, nüvə silahları ilə cavab vermək səlahiyyəti tanıyır. Bu isə hər tərəfdən sıxışdırılan Rusiyanın son kozırını oynamaq mesajı kimi qiymətləndirilə bilər.



 


Görünən budur ki, Putinin bu təhdidi Qərbi Avropa ölkələrində ciddi qəbul olunub və ABŞ-ın “opportunist” siyasətindənsə, Rusiya ilə əməkdaşlığa üstünlük verilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam