Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Hərbi parad, yoxsa vəba dövründə qonaqliq? - Lukaşenko Putinə acıq verdi, amma...

Postsovet məkanında Böyük Vətən müharibəsinin 75-ci ildönümü münasibətilə çoxminlik tədbir keçirən yeganə ölkə Belarus oldu. Lukaşenko hakimiyyətinin həm ölkədəki, həm də xaricdəki tənqidçiləri hökuməti xalqın sağlamlığına önəm verməməkdə günahlandırırlar - artıq ikinci həftədir ki, Belarusda koronavirusa yoluxma hallarının sayı artmaqda davam edir.

Yenixeber.org: Təhlilçilər deyirlər ki, Lukaşenkonun 9 may tədbirləri ilə bağlı israrı Moskvada qələbə paradını ləğv etmiş Putinə görk məqsədi güdürdü.

Belarus prezidenti Aleksandr Lukaşenko postsovet ölkələrinin liderlərini qələbənin 75-ci ildönümünə həsr olunmuş tədbirə qatılmağa şəxsən dəvət etmişdi. Ancaq paradda nəinki onlar, heç Lukaşenkonun öz oğlu da yox idi.

O, Rusiyanın bəzi deputat və senatorlarının bayram günlərində Minskə gəlmək istədiklərini deyib onları qonaqpərvərliklə qarşılayacağını vəd etsə də, Duma fraksiyalarının nümayəndələri rəsmi təmsilçiliyin olmayacağını bildirmişdilər.

"Biz Minskə gedənləri ən sərt şəkildə tənqid edəcəyik," - LDPR-in sədri Vladimir Jirinovski "Exo Moxskvı" radiostansiya müsahibəsində belə demişdi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Belarusdakı rəsmi nümayəndəsi Batır Berdıklıçev bildirmişdi ki, ÜST hökumətin 9 mayda kütləvi tədbirlər keçirmək qərarından narahatdır.

Rəsmi Brüssel isə Avropa İttifaqının "Covid-19" pandemiyası ilə mübarizə üçün bu ölkəyə ayırdığı 60 milyon avro maliyyə yardımını ancaq ÜST-ün distansiya tələblərinəəməl olunacağı şərtilə verəcəyini açıqlamışdı.

"Öz ölkələrimizdə həyata keçirdiyimiz tədbirlər var, onların reallaşdırılmasını başqalarından da xahiş edirik. Necə ola bilər ki, kömək təklif etdiyimiz ölkələr buna əməl etməsinlər," - ötən həftə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Jozep Borrell belə deyib.

Ancaq istər təmsilçilik, istərsə də maliyyə itkiləri Lukaşenkonu qələbə paradı keçirmək qərarından daşındırmadı.

Lukaşenko paradı kiminçün keçirdi?

"Paradı ləğv etməmiz mümkün deyil. Biz bunu edə bilmərik. Mən bu haqda çox düşündüm. Əlbəttə, bu, çox ideoloji, emosional məsələdir. Unutmaq olmaz ki, həmin adamlar - müharibə iştirakçıları da virusdan və ya başqa xəstəliklərdən ölə bilərdilər. Ancaq onlar bunu bəzən heç hiss etməyiblər və bu haqda heç düşünməyiblər də. Pafoslu səslənə bilər, amma onlar bizə görə canlarından keçiblər," - prezident Lukaşenko mayın 3-də keçirdiyi müşavirədə belə demişdi.

 

 

O günə qədər paradın yayımı televiziya proqramına daxil edilməmiş, paradla bağlı məşqlər bir neçə dəfə təxirə salınmışdı. Müşavirədən sonra isə paradın keçiriləcəyi "Minsk - qəhrəman şəhər" abidəsinin yaxınlığında 10 mindən artıq tamaşaçı üçün nəzərdə tutulmuş tribunalar quraşdırılmışdı.

Həmin günlərdə Müdafiə Nazirliyi bəyan etmişdi ki, paradda iştirak edəcək hərbi hissələrdə virusa yoluxma halları yoxdur. Sonrakı günlərdə hərbi qulluqçular arasında da "Covid-19" diaqnozu qoyulmuş şəxslərin olduğu deyilmiş, ancaq konkret say açıqlanmamışdı.

Hərbi paradın ləğv edilməsi tələbilə internetdə petisiya yaradılmış, müdafiə naziri Viktor Xrenin buna "epidemioloji vəziyyət paradın keçirilməsinə uyğundur" deyə cavab vermişdi.

Mayın 7-də Belarusun Səhiyyə Nazirliyi ölkədə 20168 yoluxma, 116 ölüm faktı qeydə alındığını açıqlamış, sosial şəbəkə istifadəçiləri və müstəqil mətbuat belə vəziyyətdə parad keçirməyi "vəba dövründə qonaqlıq" adlandırmışdılar. Tənqidçilər isə qeyd etmişdilər ki, Minskdəki nümayiş yerli "obıvatel"lərə ünvanlanmayıb.

"Moskvada 9 may paradı ləğv olunub, amma Lukaşenko onu keçirir! Bu, həm qələbənin varisliyi uğrunda son illər Minsk və Moskva arasında gedən rəqabətdə revanş götürmək, həm də Rusiyadan asılı olmayan adam rolunu davam etdirmək cəhdidir. Belə bir mənzərə yaranır - Lukaşenko Belarusu böyük qələbənin 75 illiyinin qeyd edildiyi əsas mərkəzə çevirir, Moskva is kənardan baxa-baxa qalır," - ekspert Aleksnadr Klaskovskiy belə demişdi.

Qələbə günü uğrunda "mübarizəni" son illərdə müttəfiqlər enerji və ticarət-maliyyə sferalarında da davam etdirmişdilər.

Rusların "Georgi lenti" və "Ölümsüz alay" aksiyalarına qoşulmayan belaruslar dövlət bayrağındakı rənglərlərdən ibarət lent, alma çiçəyindən ibarət döş nişanı və "Belarus xatırlayır!" şüarından ibarət kampaniya aparırdılar.

O müharibədə belarusların ruslarla eyni səngərlərdə vuruşduğunu müxtəlif vaxtlarda dəfələrlə demiş Lukaşenko dəfələrlə Moskvanı "qələbəni özəlləşdirmək" və özü üçün ideoloji hekayəyə çevirmək cəhdində də qınamışdı.

"Minskdə toplaşmaq daha doğru olardı. Belarus zərbəni ilk qəbul edən, o vaxt yer üzündən silinən respublika idi, sağ qalmış qocalar və uşaqlar təxminən 4 il bataqlıqlarda, meşələrdə, yeraltı sığınacaqlarda yaşamalı olmuşdular. Belarus ən çox zərər görmüş respublikadır, həmin o qanlı müharibənin canlı heykəlidir," - Lukaşenko bunları da həmin günlərdə demişdi.

"Biz ki qardaşıq," - Minsk paradının Rusiya kanallarında da göstərilməsi arzusunu isə Belarus prezidenti bu arqumentləəsaslandırmışdı.

Ancaq koronavirusla bağlı Belarusdakı vəziyyət haqqında bir neçə süjet hazırlamış "Birinci kanal"ın çəkiliş qrupu mayın 6-da akkreditasiyadan məhrum edilərək ölkədən çıxarılmışdı.

Könüllü-dəvətli

Lukaşenko veteranların builki parada gətirilməyəcəyini, ancaq arzu edənlərin tədbirə qatıla biləcəyini demişdi: "Heç kimi bu tədbirə dartıb gətirmək lazım deyil. İnsanlar qorxurlarsa, sağlamlıqlarını qorumaq istəyirlərsə, biz bunu başa düşərik. Paradın keçirilməsini arzulayan minlərlə insan var".

Yerli KİV-də çıxış edən məmurlar 9 may tədbirinin təhlükəsizliyinə təminat vermiş, xeyli sayda vətəndaşsa televiziya ekranlarından bəyan etmişdilər ki, açıq havadakı bayram tədbiri metrodan istifadə etməkdən daha təhlükəli deyil.

Ancaq təhsil müəssisələrinin və müxtəlif idarələrin rəhbərlərinin tribunaları doldurmaq üçün insanları israrlı şəkildə parada "dəvət etməsindən" narahat olanlar da az olmamışdı.

Tələbələr sosial şəbəkələrdə yazmışdılar ki, buna görə onlara qayıblarının silinəcəyi, pis qiymətlərinin "unudulacağı" və hətta yataqxana şəraitlərinin yaxşılaşdırılacağı vəd edilib.

"Bizə dedilər ki, gələn ay təqadümüzə 10 rubl əlavə ediləcək" - Minsk universitetlərindən birinin tələbəsi Anastasiya belə demişdi.

Layihə İnstitutunun əməkdaşı Veronikaya isə 10-30 rubl arası, ailəsiylə birlikdə gələcəyi halda isə daha çox əlavə ödəniş vəd olunmuşdu.

Hətta koronavirusdan sağalanlara da parada gəlmək təklif edilmişdi. Zənglərin yerli administrasiyalardan və onlara tabe olan xidmətlərdən gəldiyi bilinəndə, məmurlar buna "Bizim telefonlardan kənar şəxslər də istifadə etmiş ola bilərdi" deyə cavab vermişdilər.

"Ümummulli qələbənin təminatı olan paradı bütün ölümlərin acığına, "Covid-19" pandemiyasının qızğın vaxtında keçirmək dövlətin qəddarlığının nümayişidir. Bu, düşmənin hücumu zamanı əsgərləri ayağa qaldırıb güllə qabağında xor oxutmaq kimi bir şeydir," - bloger Dmitri Rostov belə yazmışdı.

Mayın 9-da tribunalarda müşahidə edilən sıxlıq bu tip narahatlıqların əsassız olmadığını göstərib. Bir-birinə çox yaxın dayanan və ya oturan izləyicilərin çox az qismində maska olub.

Paradın özündə iştirak edən 3 minə yaxın kursant, zabit, xilasedici və hərbi musiqiçi, o cümlədən, hərbçi qadınlar kolonu arasında isə heç bir məsafə olmayıb.

Mayın 9-da Minskdə həm də bayram konserti keçirilib. Dövlət satınalmaları saytı bu tədbirə 600 min belorus rublu - təxminən 270 min dollar xərc nəzərdə tutulduğunu yazmış, könüllülər isə hesablamışdılar ki, bu pula həkimlər üçün 6 min ədəd müdafiə kostyumu almaq olardı.

"25 ildən çoxdur ölkəyə rəhbərlik edən bu şəxs reallıq hissini itirib. Görünür, ətrafında ona etiraz edə biləcək adamlar da yoxdur. Lukaşenko hesab edir ki, güclü liderin öz qərarından dönməsi zəiflik əlamətidir, ona görə də öz bildiyini yeridir və artıq neçənci dəfədir ki, xarici ictimai rəyə, Kremlə və öz vətəndaşlarının bir qisminə meydan oxuyur," - təhlilçi Aleksandr Klaskovskiy belə deyib. (BBC) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam