Aprelin sonlarından etibarən dünyanın bütün böyük şəhərlərində uçuşlar demək olar ki, dayandırılıb. Bu, hava nəqliyyatını izləyən "Flightradar24" xidmətinin məlumatlarından da aydın görünür.
Yenixeber.org: Koronavirus pandemiyasının dünya aviasiya trafikinə təsirinin nəticələrini təqdim edirik:
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) açıqlamasında deyilir ki, Covid-19 dünya aviasiyasında sərnişin dövriyyəsini yarıya endirə bilər.
Assosiasiyanın təxminlərinə görə, aviaşirkətlərin gəlirləri 2019-cu illə müqayisədə 314 milyard dollar azalacaq. Hələ martın əvvəllərində İATA itkilərin 113 milyard dollar olduğunu bildirmişdi.
BBC "Flightradar24" xidmətinin hava yolu xəritələrini dərc edərək fevralın ortalarından aprelin sonunadək olan trafiki müqayisə edib.
Məhdudlaşdırma tədbirlərinin sərtləşməsi fonunda bir çox ölkədə hava nəqliyyatının mənzərəsi tamamilə dəyişib: konkret zaman kəsiklərində böyük şəhərlərin üzərində cəmi bir neçə təyyarə uçuşu müşahidə olunur, halbuki hələ fevral ayında onlarla belə uçuş vardı.
"Flightradar24" xidməti mülki aviasiyanın təyyarələrini fasiləsiz rejimdə izlədiyi üçün bu qurumun xəritələrində böhranın nəticələri daha yaxşı əks olunur. Göy rəngli nişanlar təyyarələrin peyklər vasitasilə izləndiyini göstərir və sarı rənglilərlə eynigüclüdür.
Müqayisə üçün mərkəzdəki xəttin üzərinə klikləyin və istənilən istiqamətə tərəf çəkin.
Bakı
Heydər Əliyev aeroportunda Avropaya və Çinə gün ərzində bir neçə yük uçuşları reallaşdırılır. Ancaq hava koridorlardan biri Azərbaycanın üzərindən keçdiyi üçün Bakı səmasında ölkəyə aid reyslərdən əlavə təyyarələr ola bilər.
Moskva
Moskva aeroportlarında hazırda ancaq məhdud sayda daxili reyslər qalıb. Aprelin 27-də isə RFHNA rusiyalılarının xaricdən gətirilməsi qrafikini dərc edib. Bu qrafik 5 maya qədərki dövrü əhatə edir və Təl-Əviv, Roma, Male, Kolombo, Banqkok, Phuket, Şanxay şəhərlərini nəzərdə tutur.
London
Böyük təyyarələrin uçuşları təxirə salınandan sonra səmada xeyli sayda kiçik təyyarə və biznes-jet olduğu üzə çıxıb.
Кiyev
Kiyevin hava məkanı lap boş qalıb. "Flightradar24" xidmətinin arxiv məlumatlarından görünür ki, bəzi günlərdə "Juliana" və "Borispol" hava limanlarında heç bir müntəzəm reys qeydə alınmayıb.
İtaliya və Balkanlar
Son günlərə qədər Avropanın koronavirusdan ən çox zərər çəkən ölkəsi İtaliya hesab olunurdu. Ancaq son vaxtlar vəziyyət yaxşılaşmağa başlayıb. Ölüm halları azalır, hökumət karantin məhdudiyyətlərini yumşaltmağa hazırlaşır. Ancaq bu, aviasiyaya tətbiq edilməyəcək: regionda vəziyyət gərgin olaraq qalmaqdadır.
Atlantika
Şimali Amerikada ölkədaxili aviasiya trafiki çox intensiv olduğu üçün burda reyslər ciddi təxirə məruz qalmayıb. Ancaq transatlantik dəhlizdə xeyli boşluq yaranıb.
Çin
Çin aviasiyasında da beynəlxalq reyslər, demək olar ki, tam təxirə salınıb. İATA-nın məlumatına görə, Asiya-Sakit Okean regionunda sərnişindaşıma səviyyəsi 2019-cu ilin eyni dövrüylə müqayisədə 50% azalıb. Ancaq daxili reyslər hesabına Çində də hava trafikinin vəziyyəti çox dramatik deyil.(BBC)