Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

ANKARA-VƏLİƏHD QARŞIDURMASI: Türkiyə cavab tədbiri olaraq bir neçə ərəb rəsmi saytını blokladı

“Əl-Cəzirə, 19.04.2020

 

Yenixeber.org: Bazar günü, Səudiyyə Ərəbistanında Türkiyənin dövlət telekanalı və xəbər agentliyinə məxsus saytların bağlanmasından bir neçə gün sonra Türkiyə hakimiyyəti Səudiyyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət xəbər saytlarını bloklayıb.

Qarşılıqlı hərəkətlərdən dörd həftə əvvəl Türkiyə prokurorları Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Xaşuqcinin öldürülməsində 20 səudiyyəlini ittiham edib və Ankara ilə ər-Riyad arasındakı münasibətlərə xələl gətirilib.

SPA – Səudiyyə İnformasiya Agentliyi, BƏƏ-nin WAM İnformasiya Agentliyi və bir neçə digər sayt Türkiyədəki internet nəşrlərini tənzimləyən qanunla bloklandıqlarını söyləyən ismarış alıb.

Türkiyə Ədliyyə Nazirliyinin nümayəndəsi bu hərəkətləri şərh etməkdən imtina edib. Səudiyyə Ərəbistanı hökumətinin media bürosu isə “Reuters”-in şərh tələbinə dərhal cavab verməyib.

Səudiyyə şirkəti tərəfindən idarə olunan İngiltərənin “Independent” qəzetinin türk versiyasının saytı da Bazar günü Riyad ilə Ankara arasındakı siyasi gərginliyi əks etdirən bir hərəkətlə bağlanacaq saytlardan biridir.

“İnanırıq ki, Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı gərginlik bizə təsir edib”, – deyə redaktor Nevzat Çiçək “Reuters” agentliyinə bildirib. Onun sözlərinə görə, Bazar günü verilən qərarın “Səudiyyə Ərəbistanına qarşı qisas” olduğu ortaya çıxıb.

Bu ayın əvvəlində Səudiyyə Ərəbistanı Türkiyənin dövlət xəbər agentliyi olan “Anadolu” və TRT-nin saytlarının yayımını qadağan edib.

“Anadolu”nun verdiyi məlumata görə, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “əl-Mərsad” qəzeti aprelin 11-də “bir çox Türkiyə mətbuatının bağlandığını öz mənbələrindən öyrəndiyi”ni xəbər verib.

“Bloklanan KİV-lərdən biri Anadolu Agentliyidir”, – deyə “əl-Mərsad” yazıb.

Ər-Riyadın saytları bloklama addımları keçən ay İstanbul Prokurorluğu, Səudiyyə Ərəbistanının ümumi kəşfiyyat rəhbərinin keçmiş müavini və keçmiş kral müşaviri də daxil olmaqla, Xaşuqcinin öldürülməsi ilə əlaqədar 20 şübhəliyə qarşı bir iddianamə hazırladığını bildirdikdən sonra baş verib.

Prokurorluq iddianamədə Əhməd əl-Əsiri və Səud əl-Qahtanini “dəhşətli niyyətlə qəsdən adam öldürməyə cəhd etməkdə” ittiham edib.

Xaşuqcinin 2018-ci ilin oktyabr ayında Səudiyyə Ərəbistanıdakı konsulluğunda öldürülməsi Səudiyyə Ərəbistanının de-fakto hökmdarı vəliəhd Məhəmməd bin Salmanın (MBS) imicinə zərbə vuraraq, qlobal qarışıqlığa səbəb olub.

Bəzi Qərb hökumətləri, həmçinin CIA, MBS-in qətl əmrini verdiyinə inandıqlarını söyləyib. Səudiyyə rəsmiləri bir ittihamı rədd ediblər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam