Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Daily Star”:"Kraliça II Elizabet səlahiyyətlərini şahzadə Çarlza təhvil verə bilər"

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet səlahiyyətlərini vəliəhd şahzadə Çarlza təhvil verə bilər. O, bu addımı ölkənin 1937-ci ildə regentlik haqqında qəbul edilmiş qanununa əsasən atacaq. Qanunda nəzərdə tutulur ki, monarx öz səlahiyyətlərini yerinə yetirə bilmədiyi təqdirdə onları vəliəhd şahzadəyə təhvil verir.

Yenixeber.org: Bu məlumatı İngiltərənin Daily Star qəzeti yayıb. Bukingem sarayındakı mənbə qəzetə bildirib ki, artıq kraliça bu addımı atmağa hazırlaşır. Saray üzrə ekspert Fil Dampir qeyd edib ki, səlahiyyətlərin ötürülməsi iki il davam edə bilər. O əlavə edib: “II Elizabet kraliça olaraq qalacaq, lakin səlahiyyətlərin əksəriyyətini şahzadə Çarlz yerinə yetirəcək”.

Britaniya mətbuatı xatırladır ki, artıq indidən 70 yaşlı şahzadə dövlət tədbirlərində monarx kimi iştirak edir.

Kraliça II Elizabet1926-cı il aprelin 21-də anadan olub. O, 1952-ci ildə atası Kral VI Georqun vəfatından sonra 25 yaşında taxta çıxıb. II Elizabet

Britaniya tarixində ən uzunömürlü və ən çox taxtda qalan monarxdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam