Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

“Xərçəng”i unudub, mandat davasına qoşulan Kəmaləddin Qafarov – Özünü “buraxan” deputat indi nə istəyir?

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürən iddialılar sırasında fəaliyyətinə xitam verilmiş Milli Məclisin çox sayda deputatı da var. 

Yenixeber.org: Özlərinin “yarıtmazlılğını” qəbul edərək, parlamentin buraxılmasına səs verən keçmiş deputat-indiki namizədlərin bu iddiasının məntiqi başqa söhbətin mövzusudur. Hazırda diqqəti cəlb edən əsas məqam həmin kateqoriyaya aid olan namizədlərin yenidən deputat mandatına sahiblənmək üçün dəridən-qabıqdan çıxmalarıdır. Onların sırasında bəziləri xüsusilə “fərqlənir” və 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən namizədliyini irəqli sürmüş Kəmaləddin Qafarov da bu mənada həmkarlarından geri qalmır.

Qafarov parlamentin buraxılmış tərkibinin ən passiv və susqun deputatlarından biri olub. Hətta onun mətbuata verdiyi “açıqlama”ların müəllifinin özü olmadığına dair iddialar da var. Bu susqun deputat səhiyyə sektorunda çalışır. Konkret desək, Milli Onkologiya Mərkəzi (MOM) direktorunun müavindir. Amma bir dəfə də olsun, ölkədə səhiyyənin inkişaf etdirilməsi və səhiyyə işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması haqda ağzını açıb danışmayıb. İcbari tibbi sığortanın tətbiqi və digər məsələlərlə bağlı da susqunluğunu pozmayıb.

Önun əsas fəaliyyət sahəsinə gəldikdə, Qafarovun necə çalışdığını ölkədə xərçəng xəstəliyinin az qala qrip virusu kimi yayılmasına əsasən, təsəvvür etmək çətin deyil. Vətəndaşlara yanlış xəstəlik diaqnozlarının qoyulması, müalicənin səhv aparılması və digər amillər ucbatından xərçəngin caynağına keçən insanlarımız xilas yolunu müalicə üçün xaricə üz tutmaqda görürlər.

Qafarov Milli Onkoloigiya Mərkəzinin fəaliyyəti haqda mənfi rəy yaratmağa nail olsa da, ixtisasça maliyyəçi olması ona səlahiyyətlərindən sui-istifadə edərək, özünə biznes imperiyası qurmaqda yardımçı olub. O baxımdan, internet resuslarında ona məxsus olduğu deyilən çox sayda şirkət, xəstəxana, aptek və başqa obyektlərin mövcudluğu Qafarovun şəxsi planda “nümunəvi” çalışdığını göstərir. Onun olduğu vbildirilən obyektlərin siyahısına baxaq:

“AzəriMed” MMC,

“AzəriMed MNK” MMC

“Kanon” MMC,

“Mega Pharmacy” MMC,

“Azeri Med MNK” MMC,

“Versal” MMC,

“Versal Palace” MMC

“Naturalist” firması,

“AvestaFarm” MMC,

Cardinal Health şirkəti

“Ruslan AZ” MMC

Zəfəran Hospital

Zəfəran Apteklər şəbəkəsi

Siyəzən Broyler

Nə qədər təəccüblü olsa da, Qafarov bu iddialara hər hansı formada reaksiya vermir. Bu isə “susmaq razılıq əlamətidir” deyimini yada salır. Digər tərəfdən, belə bir biznez imperiyasının sahibi olan Qafarovun niyə bu qədər ciddi-cəhdlə deputat olmaq istədiyi də qətiyyən anlaşılmır. Yalnız biznesini qorumaq məqsədilə toxunulmazlıq statusu almaq üçünmü?(seçki.net)

Doğrusunu yenə də özü bilir…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam