Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QURDLAR VADİSİ - ARALIQ DƏNİZİ:Qaz yataqları uğrunda mübarizə

 

 

Türkiyə, digər ölkələrin mane olmağına baxmayaraq, Aralıq dənizində təbii qaz və neft axtarışlarını davam etdirir və ekspert Abdullah Ağar hesab edir ki, Aralıq dənizinin əsas resursu qaz hidratlarıdır.
Yenixeber.org: Türk qazma gəmiləri Aralıq dənizində enerji yataqları kəşfiyyatı işlərini davam etdirərkən, Türkiyə Liviya ilə böyük bir müqavilə bağladı. Bu müqavilənin imzalanması ilə Türkiyə bölgədəki geoloji kəşfiyyata nəzarəti ələ aldı və başda Yunanıstan olmaqla Avropa ölkələrinin qəzəbinə tuş gəldi.

Aralıq dənizində nə var?
Strategiya mütəxəssisi Abdullah Ağar etdiyi tvitdə problemin digər tərəfinə diqqəti cəlb etdi. Türkiyə, bildiyiniz kimi, təbii qaz və neft axtarır, amma məlum olur ki, əsas məsələ Aralıq dənizinin qaz hidratlarıdır.
Ağar aşağıdakı məlumatları verdi: “İş yalnız Şərqi Aralıq dənizində olması güman olunan 3,5 trilyon kubmetrə yaxın təbii qaz və iki milyard barel neft ehtiyatında deyil. Hətta bu ehtiyatlar trilyon dollara yaxın qiymətləndirilir. Şərqi Aralıq dənizində əsas resurs - qaz hidratlarıdır. Bir qaz hidratı 30 ədəd təbii qaza bərabərdir. İndi pul uğrunda mübarizənin miqyasını təsəvvür edin. Dənizdəki qaz hidratı qurudakı şist qazı ilə eynidır".

                                          Qaz hidratları nədir?
Qaz hidratları su molekullarının quruluşuna daxil olan metan, etan və propan kimi yüngül təbii qazlardan ibarət olan və əsasən dəniz dibi və müəyyən torpaq sahələrində əmələ gəlmiş qatı kristallik maddələrdir.
18-ci əsrin birinci rübündə qaz hidratları laboratoriya şəraitində təsadüfən aşkar edilmişdir. Qaz hidratlarının təbiətdə kortəbii olaraq meydana gələ bilməsi, 1960-cı illərdə Rusiyanın Messoyahi rayonunda donmuş zonada kəşf edildiyi zaman məlum oldu.
                                       Yaxın gələcəyin enerji mənbəyi
Qaz hidratlarının dəniz çöküntülərində də yarana biləcəyi məlumdur. Son 30 ildə aparılan tədqiqatlar göstərir ki, bir kubmetr qaz hidratında 164 kubmetr təbii qaz ola bilər. Təsəvvür edin: öz təbii həcmindən 164 dəfə. Bu xüsusiyyətinə görə qaz hidratları yaxın gələcəyin enerji mənbəyi hesab olunur.
                             100 illik təbii qaza olan tələbatı ödəyə bilər
Qaz hidratlarının kommersiya istifadəsi üçün ilk tədqiqatları 1982-ci ildə ABŞ-da başlandı. ABŞ alimləri iddia edirlər ki, ABŞ-ın cənub-qərb sahilindəki Atlantik okeanının dibindəki Bleyk silsiləsində 100 illik təbii qaz təlabatını ödəyəcək qaz hidrat ehtiyatları var.

                                          Çin yataqları istismar etməyə başladı
Bir müddət əvvəl Çin ilk dəfə Cənubi Çin dənizinin Şenhu bölgəsindəki qaz hidrat yataqlarından təbii qaz çıxarmağa başladı. Beləliklə, Çin 1277 metr dərinlikdə,dəniz dibindən 203 metr dərinlikdə kəşf edilmiş qaz hidratlarının ehtiyatlarına daxil ola bildi və dünyada qaz hidratlarından daimi təbii qaz çıxara bilən ilk ölkələrdən biri oldu.
                                              Türkiyənin mövqeyi nədir?
Türkiyədə 2000-ci illərin əvvəllərində Türkiyənin Elmi və Texniki Tədqiqatlar Şurasının (TÜBİTAK) layihəsi çərçivəsində ilk dəfə Qara dənizdə qaz hidratlarının əmələ gəlməsi öyrənilmişdir. Sentyabrın 9-da İzmir Universitetinin Dəniz Elmləri və Texnologiyaları İnstitutu, eyni universitetin seysmologiya laboratoriyası “Seislab” ilə birlikdə son 12 il ərzində professor doktor Günay Çiftçinin nəzarəti altında “Koca Piri reis” tədqiqat gəmisinin köməyil ilə aparılan elmi işlərdən istifadə etməklə bu işləri dəstəkləyir, məlumat və məlumatların təhlilini həyata keçirir.
Əvvəla, Qara, eləcə də Aralıq və Mərmərə dənizi böyük qaz hidrat ehtiyatlarına malikdir. Gələcəkdə bu ehtiyatlar Türkiyəni enerji idxalı asılılığından qurtara bilər.
inosmi.ru
Tərcümə etdi: Ülviyyə Şükürova


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam