Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ AVROPANI DA TƏHDİD EDİR -Almaniya dirəniş göstərir, tarix təkrarlanır...

 

Hazırda Baltik dənizinin dibi ilə uzunluğu 1234 kilometr olan “Şimal axını-2” qaz kəmərinin çəkilişi intensiv şəkildə davam etdirilir və onun 2020-ci ilin ortalarına kimi işə salınacağı gözlənilir.

Yenixeber.org: Amma “Şimal axını-2”-nin tikintisinin başa çatmasına çox az vaxt qaldığı bir dönəmdə ABŞ tərəfindən bu layihəyə sanksiya qoyulacağı təhlükəsi yaranıb. Almaniyanın “Frankfurter Allgemine” qəzeti yazır ki, bu layihədə iştirak edən şirkətlər ABŞ hökumətinin sərt tədbirlər planıyla üzləşə bilərlər.

ABŞ Senatındakı hər iki partiya nümayəndələri hələ yayda müdafiə büdcəsi layihəsinə sanksiya qanununu inteqrasiya etmişdilər. ”Frankfurt Allgemine” sanksiya barəsində qanunun nə anlama gəldiyinin izahını verib.

Qəzetin yazdığına görə, bu qanunun müəllifləri respublikaçı Ted Kruz və demokrat Cinn Şeyhin deyirlər ki,cəza tədbirləri konkret hədəfli və sarsıdıcı olamaqla Rusiya qaz kəmərinin çəkilməsində iştirak etmiş şirkətlərə qarşı yönələcək.

Almaniya qəzetinin versiyasına görə, qanun Milad bayramına kimi qəbul edilə bilər və Donald Trampın imzası ona hüquqi güc verəcək. Həmin qanun ilk növbədə borunu qaynaq edən gəmiyə tətbiq edləcək. Ekspertlərin fikrincə, qaz kəmərinin inşasının bitməsinə altı həftədən səkkiz həftəyə kimi vaxt lazımdır. Görülən işlərin sürətinə Baltik dənizndəki hava şəraiti təsir göstərir.Əgər ABŞ-ın sanksiya qanunu Milad bayramına qədər qüvvəyə minəcəksə, onda şirkətlərə 30 gün içərisində güzəşt vaxtı veriləcək. Yəni, bu müddət ərzində layihə ilə bağlı firmalara işlərini sona çatdırmağa icazə verilir. Bəs boru kəmərinin çəkilməsi mərhələsinin qurtarması, hüquqi baxımdan həmin firmaları sanksiyalrdan qurtaracaqmı? Bu, bəlli deyil.

Sanksiyalrın toxunacağı “Allseas” şirkətindən məlumat verilib ki,onlar mücərrəd mülahizələrə münasibət bildirmirlər. “Frankfurter Allgemeine” qeyd edir ki,mahiyyət etibarilə sanksiyalar bu şirkəti Amerikada işləməkdən məhrum edir. Sözügedən şirkətin Amerikada mühəndislik sferası üzrə filialı var. Əgər “Allseas” sanksiyalardan qaçmaq üçün işlərinə vaxtından əvvəl yekun vurarsa,onda “Qazprom” yeni gəmi tapmalıdır. Məqalədə deyilir ki, belə olan halda layihənin başa çatdırılması ləngisə də, bu hadisə ümumilikdə onun reallaşmasına ciddi mane yarada bilməyəcək.

Almaniyanın iqtisadiyyat nazirliyi məlumat verib ki, eksterritorial yurisdiksiyaya əsaslanan sanksiya fəaliyyətlərini tanımır. Almaniyada hadisələrin gedişini diqqətlə izləyirlər, lakin hələlik hökumət öz mövqeyi ilə bağlı rəsmi bəyanat səsləndirməyib. Almaniya hökumətinin Şərq komitəsinin sədri Oliver Hermes cəza tədbirlərini sərt tənqid edib: ”Əgər məsələ gəlib sanskiyalara çıxacaqsa, onda bu, Avropa Birliyinin suverenliyinə birbaşa hücum olacaq. AB-də “Şimal axını-2”-nin sona çatması üçün tələb edilən bütün razılıqlar var.İstismarın həyata keçirilməsindən ötrü müvafiq tənzimləmələr qəbul edilib. Amerika tərəfinin təzyiq cəhdi dostcasına addım sayıla bilməz və bu,qarşılıqlı hörmət əsasında qurulmuş Transatlantik münasibətlərini əhəmiyyətli dərəcədə zədələyər”.

Qeyd edək ki, ABŞ hökuməti artıq uzun illərdir Rusiyanın sözügedən layihəsilə mübarizə aparır. ABŞ-ın arqumetninə görə, bu layihənin reallaşması nəticəsində Almaniya Rusiyadan asılı vəziyyətə düşür və qaz kəməri Ukraynaya ziyan vurur. Həmçinin, Vladimir Putinin aqressiv xarici siyasət yürütməsi üçün ona milyardlarla gəlir gətirir.

“Frankfurte Allgemeine” bildirir ki, ”Şimal axını-2”-nin tikintisiylə bağlı Almaniyaya qarşı yönəlmiş sərt ritorika bir qədər yumşalıb və ABŞ Almaniya hökumətinin Ukrayna münaqişəsindəki vasitəçilik səylərini, həmçinin də onun Ukraynanı maliyyə itkilərindən qorumasını diqqətə alıb.

Onu da nəzərə çatdıraq ki, 2020-ci ildə “Şimal axını-2” ilə yanaşı “Türk axını” layihəsi də yekunlaşacaq. ”Türk axını”-nın işə düşməsinə çox az vaxt qalır. Qara dənizin dibi ilə çəkilən bu qaz boru kəmərindən Avropa istehsalçılarına ildə 15,75 mlyard kub metr qaz çatdırılacaq. ”Şimal axını-2” buna nisbətən daha iri layihədir. Belə ki,bu kəmərin illik buraxılış həcmi 55 milyard kub metrdir.

İndi Rusiyadan Avropa çəkilən qaz kəməri ətrafında gedən mübahisələrə nəzər yetirəndə, heç də uzaq olmayan tarix yada düşür. Bir növ tarix təkrarlanır. Belə ki, ABŞ hələ 1980-ci illərdə SSRİ-dən Avropaya qaz kəməri çəkilməsinin əleyhinə olub. Həmin qaz kəməri şimali Sibir qazını Avroya daşıyacaqdı. Kəmər “Urenqoy-Ujqorod” adlanırdı. Bu kəmər Ukrayna ərazisindən keçib Avropaya getməliydi. Nəql olunacaq qazın illik həcm az deyildi - 32 milyard kub metr. Amerika prezidenti Ronald Reyqan, çəkiləcək həmin qaz kəmərinə avadanlıq və kompressor satan şirkətlərə embarqo qoymuşdu. Qadağaya əsasən, bu şirkətlər ABŞ-da satışa məhsul çıxara və hər hansı Amerika şirkətiylə müştərək iş görə bilməzdi. O zaman ABŞ-la Avropa ölkələri arasında böyük mübahisə yaşanmışdı. Avropa ölkələri Vaşinqtona deyirdilər ki, təbii qaza ehtiyacları var və onu hansı yollasa təmin etmək lazımdır. Nəticədə, Avropa ölkələriylə aparılan uzun sürən danışıqlardan sonra Reyqan bu sanksiyaları ləğv etmişdi. Bundan sonralayihənin icraçıları çətin relyefdə işləyə bilən “Caterpillar”, ”Komatsu”, ”Liebherr” kimi şirkətlərdən texnika alaraq işə qoşdular. Həm də SSRİ qaz kəməri çəkilişi üçün Almaniya Federativ Respublikasının “Deutsche Bank”ından kredit götürmüşdü. Kredit qaz tədarükündən gələn pullarla bağlanacaqdı.

İndi isəbir tərəfdən Avropanın qaza tələbatı artıb, digər tərədənsə Rusiya Ukraynanın tranzit ölkə olmasını istəmir. Deməli,SSRİ-dən çəkilən kəmərə qarşı çıxan Amerika istəyirdi ki, Avropa Şimali Afrika ölkələrindən daha çox qaz tədarük etsin. İndi dəyişən yalnız bir şey var - bu dəfə ABŞ Avropaya özünün sıxılmış təbii qazını satmaq fikrindədir və Polşada artıq müvafiq qaz terminalı tikilib. Amma iş ondadır ki, ABŞ-ın təklif etdiyi təbii qaz tankerlə daşınır və bir tanker təxminən 100 milyon kub metr qaz daşıyır.

Belə olan təqdirdə ABŞ Rusiyanı Avropanın qaz bazarından hansı şərtlər daxilində vurub çıxara bilər? Bunun üçün ən başlıcası iki məsələ həll edilməlidir. 

Birincisi - Amerikadan Avropaya lazımi həcmdə təbii qaz daşınmalı, ikincisi isə, bu qaz “Qazprom”un təklif etdiyindən ucuz olmalıdır. Yoxsa, yaxın tarixin də göstərdiyi kimi, ABŞ-ın Avropayla mübahisə etməsinin heç bir faydası olmayacaq.(azpolitika)

Vaqif NƏSİBOV 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam