Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Avropanı HƏDƏLƏDİ:Tramp da bütün alətlərdən istifadə etməyib

 

ABŞ Avropanı HƏDƏLƏDİ: Tramp da bütün alətlərdən istifadə etməyib

Birləşmiş Ştatlarda “Şimal axını-2” layihəsinin reallaşdırılmasına maneə olmaq üçün alətlər var.

Yenixeber.org: "RİA-Novosti” agentliyi xəbər verir ki, bun haqda ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlend bildirib.

Sondlend hesab edir ki, “Şimal axını-2” geosiyasi layihədir və Avropanı, deməli, ABŞ-ı zəif vəziyyətə qoyur. Səfir bildirib ki, Vaşinqton qışda böhranla əlaqədar təbii qazın kəsilməsini istəmir.

“Əgər Avropa İttifaqı bu məntiqi anlamasa, onda ABŞ prezidenti bu layihəni dayandırmaq üçün bir çox başqa alətdən istifadə edə bilər. Bizin sərəncamımızda çoxlu alət var, mən indi onları açıqlamayacağam. ABŞ qaz kəmərinin tikintisinin dayandırılması üçün bütün vasitələrdən istifadə etməyib”, - Amerika diplomatı söyləyib.

Qeyd edək ki, “Şimal axını-2” qaz kəmərinin iki xəttinin tikintisi nəzərdə tutulur. Onun ötürücü gücü illik 55 milyard kubmetr təşkil edəcək. Qaz kəməri Rusiya sahilindən Baltik dənizi vasitəsilə Almaniyaya uzanacaq. Birləşmiş Ştatlar Rusiya qazı əvəzinə Avropaya mayeləşdirilmiş qaz satmaq istəyir.

Rusiya dəfələrlə layihənin siyasi deyil, sırf iqtisadi xarakter daşıdığını bildirir. Moskva qeyd edir ki, “Şimal axını-2” Ukrayna vasitəsilə Rusiya qazının tranzitinin dayandırılmasını nəzərdə tutmur. Almaniyanın baş kansleri Angela Merkel də bir neçə dəfə “Şimal axını- 2”-yə biznes-lahiyə kimi baxdığını bildirib.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam