Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Rusiyanın milyardlar xərclədiyi layihəyə qarşı

 

ABŞ Rusiyanın milyardlar xərclədiyi layihəyə qarşı
ABŞ “Türk Axını” və “Şimal Axını-2” layihəsinə qarşı mübarizəsini davam etdirir.
Yenixeber.org: Belə bir bəyanatla ABŞ-ın enerji naziri Risck Perry çıxış edib. O, bildirib ki, bunun bir neçə səbəbləri var: “Ukrayna və Avropa tək qaynaqdan enerji tədarükünün əsiri halına gəlməməlidir”.

Qeyd edək ki, “Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə vəAvropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropahissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

Dəyəri 10 milyard avro məbləğində olması gözlənilən "Şimal Axını 2" layihəsi ilə ildə 55 milyard kubmetrlik Rusiya qazının Baltik dənizi üzərindən Almaniyaya nəql edilməsi planlaşdırılır. "Şimal Axını-2" layihəsində 200 kilometrlik boru xətti çəkildi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam