Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putin Ərdoğanla tarixi tədbirdə - VİDEO

 

Putin Ərdoğanla tarixi tədbirdə - VİDEO
İstanbulda səfərdə olan Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə “Türk axını” qaz boru kəmərinin dəniz hissəsinin tikintisinin başa çatmasını qeyd ediblər.
Yenixeber.org: "RİA Novosti” xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Qazprom” şirkəti dəyəri 7 milyard dollara yaxın “Türk axını” layihəsinin dəniz hissəsindəki işlərini artıq tamamlayıb. Bu münasibətlə İstanbulda Putin və Ərdoğanla yanaşı, bir sıra ölkələrin yüksək vəzifəli hökumət nümayəndələri iştirak ediblər. 

Mərasimdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Qeyd edək ki, Rusiya təbii qazının Türkiyəyə və daha sonra cənubi və cənub-şərqi Avropaölkələrinə nəqlini nəzərdə tutan “Türk axını” boru kəmərinin ötürücülük qabiliyyəti ildə 31,5 milyard kubmetrdir. Ümumi uzunluğu 1100 kilometr olacaq “Türk axını” boru kəmərinin dənizdən keçən hissəsi 937 kilometrdir. “Türk axını” ilə Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizi ödənəcək. Tikintisinə 2017-ci ilin 21 fevralında başlanan boru kəməri ilə qazın ilk nəqli 2019-cu ilin sonunda baş tutacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam