Türkiyə "S-400"-ü bu səbəbdən almaq istəyir-Süleyman Soyludan açıqlama
Rusiyadan "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin milli maraqlarının tələbidir və bu, ölkənin xaricdən asılılığını minimuma endirir.
Yenixeber.org xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

Onun sözlərinə görə, "S-400" sistemlərinin əldə edilməsi Türkiyənin siyasətlə heç bir əlaqəsi olmayan milli maraqlarının tələbidir.
"Rusiyanın raketdən müdafiə sistemləri Türkiyənin xarici asılılığını minimuma endirir. Bu bizim ölkəmiz üçün olduca vacibdir. İndiki halda ölkə ərazisinə raket zərbəsi endirilsə, Türkiyə bunun qarşısını almaq gücündə deyil. Lakin Rusiyanın zenit-raket kompleksləri Türkiyənin raketdən müdafiəsini gücləndirəcək və bu, xaricdən gələn mümkün təhdidləri aradan qaldırmağa kömək edəcək" – deyə Soylu bidirib.
Nazir, həmçinin vurğulayıb ki, Ankaraya müasir raketdən müdafiə sistemləri satmaqdan imtina edən dövlətlər (ABŞ) Türkiyənin müdafiə potensialının zəiflədilməsinə cəhd edirlər.
Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.
ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. ABŞ Konqresinin nümayəndələr palatasının təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində isə vurğulanıb ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz.
Bundan əlavə Vaşinqton bildirib ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Lakin Çavuşoğlu bəyan edib ki, Türkiyə Amerikanın "F-35"ləri əvəzinə Rusiyanın alternativ hərbi təyyarələrini ala bilər. Həmin alternativ isə beşinci nəsil "Su-57" qırıcılarıdır.