Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“S-400” Rusiyaya qarşı istifadə edilə bilərmi? – RUSİYA HƏRBİ QURUMLARI BÜTÜN RİSKLƏRİ NƏZƏRƏ ALIB

Maksim Suçkov

“Əl-Monitor”, 15.07.2019

 

Yenixeber.org: Rusiya həftəsonu Türkiyəyə “S-400” raket sistemləri üçün 7 komponenti göndərib. Təchizatlar iyulun 12-də başlayıb. Proses 2020-ci ilin aprelinə qədər tamamlanacaq və Türkiyə müdafiə sistemini işlədəcək mütəxəssisləri təlim üçün Rusiyaya göndərməyi planlaşdırır.

“Onların cari sayı kifayət deyil, amma artıq 100 mütəxəssis var, lakin bu rəqəm on dəfə artırıla bilər”, – deyə Bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan “S-400” müqaviləsini “müasir Türkiyə tarixində ən əhəmiyyətli müqavilə” adlandırıb. O deyib: “Türkiyə müharibəyə hazırlaşmır. Bu raket müdafiə sistemləri ölkəmizdəki sülhü və təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulub. Müdafiə imkanlarımızı yaxşılaşdırmaq üçün digər addımlar da atırıq”.

Öz növbəsində, Moskva bu razılaşmanın digər Yaxın Şərq ölkələri ilə daha möhkəm hərbi-texniki əməkdaşlıq üçün təməl formalaşdırdığını vurğulayıb. Rusiya parlamentinin Xarici İşlər Komitəsinin rəhbəri Leonid Slutski “S-400” təchizatını “ilk atəş” adlandırıb.

Uzun müddət əvvəl Moskva regiondakı ABŞ üstünlüyünün hərbi tərkibdən ibarət olduğunu anlayıb. Rusiya silah sataraq və hərbi-texniki tərəfdaşlıqları artıraraq boşluqları tədricən doldurur. Misir və İraq kimi bəzi regional dövlətlər üçün Rusiya təklifləri ABŞ-dan siyasi-hərbi asılılığı azaldır. Digərləri üçün, məsələn, Rusiya ilə hərbi əlaqələri olan Səudiyyə Ərəbistanı, bu, amerikalılarla yaxşı sövdə əldə etmək üçün şansdır.

ABŞ seçkilərində olduğu kimi, “S-400” məsələsi də “Rusiya müdaxiləsi” üçün bir bəhanə olub. “S-400” və Rusiyanın digər hərbi-texniki təklifləri “şaxələndirmə və fəth”ə xidmət edir. Moskva Birləşmiş Ştatların təklif etdiyi siyasi, hərbi və ya texnoloji alternativi təmin edərək yeni tərəfdaşlar qazanır.

Texnoloji cəhətdən Moskvanın təklif etdiyi ABŞ məhsulları kimi inkişaf etmiş deyil. Amma Moskvanın gördüyü kimi, bir çox dövlətlər bu gün texnologiyada strateji müstəqilliyə önəm verir.

“S-400”lə əlaqədar Rusiya-Türkiyə müqaviləsi Moskva və Ankaraya istiqamətli bütün çərçivələri qapadıb. Xarici siyasət və müdafiə analitiki Pavel Luzin “S-400”ü Rusiyanın xarici siyasətində vasitə olaraq görür. Luzin deyib: “Rusiya beynəlxalq münasibətlərdə alternativ güc rolu oynamağa çalışır və “yer-hava” tipli uzunməsafəli raketlərin təchizatı Moskvaya Türkiyə, Çin və Hindistan kimi müştərilərlə əməkdaşlıq qurmaq imkanı verir.

Qətər, Vyetnam və Misir kimi digər ölkələr üçün potensial “S-400” alışı xarici siyasət üçün əlavə imkanlar yaradır. Buna görə də, Moskva bu variantları qaçırmaq istəmir. Bununla yanaşı, yeni saziş perspektivləri ABŞ-ın Türkiyəyə təpkisinə əsaslanır. Amerikalılar Türkiyəyə kifayət qədər təzyiq göstərsələr, “S-400” ixracatı daha az zəmanət ala bilər”.

Müqavilənin hərbi tərəfi imzalandığı gündən etibarən müzakirə mövzusu olub. Rusiya və Yaxın Şərqə dair iki ümumi narahatlıq var. Birincisi, Putin və Ərdoğan arasındakı dostluq başa çatdıqdan və Moskva Ankaranın “qırmızı xətlər”ini keçirdikdən sonra türklər sistemi Rusiyanın öz təyyarələrinə qarşı istifadə edə bilər. İkincisi, Türkiyə “S-400” texnologiyasını amerikalılara satar.

“Eksport Voorujeniy” jurnalının baş redaktoru Andrey Frolov bu iddiaları rədd edir: “Rusiyanın Türkiyəyə tədarük etdiyi sistemlər “S-400”ün ixrac versiyasıdır və Rusiyanın özünün istifadə etdiyi sistemdən fərqlənir. Bundan başqa, “S-400” köhnə sistemdir və Rusiya artıq daha inkişaf etmiş yeni sistem üzərində işləyir”.

Frolov əlavə edib: “Əgər NATO üzvünə “S-400” satılırsa, deməli, Rusiya hərbi qurumları bütün riskləri nəzərə alıb”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam