Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

TÜRKİYƏ DÜNYA SİSTEMİNİN YENİ MƏRKƏZİ OLMAQ İDDİASINDADIR –Çinlə həmrəylik ABŞ-la münasibətlərdə onun mövqeyini gücləndirəcək- TƏHLİL

 

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 22 iyul 2019-cu il

 

Yenixeber.org: Türkiyənin düşünməyə çalışan insanları xüsusilə bu həftəyə intellektual baxımdan hazırlıqlı girməlidirlər. Çünki öz düşüncə sistemlərimizi yaxşı hazırlamadığımız halda, baş verə bilcək hadisələrə və bəzi şoklara qarşı asanlıqla müqavimət göstərə bilməmiz imkansız ola bilər.

Bu həftəyə hazırlaşmaq və Türkiyənin xüsusilə ABŞ-la olan münasibətlərində nələri etməkdə olduğunu daha yaxşı qavraya bilmək üçün mən son günləri İmmanuil Vallerstaynın illər öncə oxuduğum “Müasir dünya sistemi” adlı əsərini və onunla bağlı məqalələri gözdən keçirdim.

Məncə, kitabda ortaya qoyulan nəzəri çərçivəni gündəlik bir yazıda tamamilə açıqlaya bilmək mümkün deyil. Bir mətbuat yazısında veriləcək hər bir açıqlama sxematik və xülasə xarakterli olub, əsərin haqqını verməyə bilər.

Ancaq bunu da deməliyəm ki, Vallerstaynın nəzəriyyəsi olmadan, bu gün Türkiyənin görməkdə olduğu böyük işin də haqqını verərək, onu anlamaq elə də mümükün görünmür.

İlk öncə Vallerstaynın nə dediyini qısaca xatırlayaq, sonra Türkiyənin girmiş olduğu böyük işin miqyasına da baxarıq.

Vallerstayn, XVI əsrdən etibarən bütün ölkələri əhatə edən müasir dünya sisteminin formalaşdığını önə sürür.

Bu əsər 1970-ci illərin ortasında müzakirə edilməyə başlayanda mənim oxumaqda olduğum “New School”un marksist professorları tərəfindən də həyəcanla qarşılanmış və kitab bütün yanları ilə müzakirə edilmişdir. Məktəbimizdə yaradılan bu həyəcana, nəzəriyyəsinin Leninin imperializm nəzəriyyəsinə bənzəməsinə rəğmən, məncə, Vallerstayn marksist deyildi. Qənaətimcə, daha çox Brodelin bütöv, sistem yanaşmasından təsirləndiyi və ortaya yeni bir sosiologiya qoymağa çalışması da görünürdü.

Bəli, dünyada ortaya bütün ölkələri əhatə edən müasir bir sistem çıxmışdı və bu, daha sonra kapitalist dünya sisteminə çevrilmişdi.

Mərkəzində özü olan dünya sistemi (sosialist dünya sistemi – tərc.) yaradaraq kapitalizmin dünya hegemonluğuna qarşı çıxan Rusiyanın təcrübəsi uğursuz olunca, yenə ortada tək bir dünya qaldı və bu da kapitalist dünya sistemi oldu.

Bu dünya sistemində mərkəzi mövqedə olan ölkələrin yanında bu mərkəzə bağlı olan ətraf ölkələr də vardır. Ətraf ölkələrin fərqləndirici xüsusiyyəti, hərbi və mədəni səviyyələrdə də mərkəzdən asılı olaraq hərəkət etmələri və bu üzdən, xüsusilə iqtisadi baxımdan, mərkəz tərəfindən istismar edilmələridir.

Mərkəzin hansı ölkə olması tarixi prosesin gedişində dəyişir. Məsələn, ən böyük dəyişikliklərdən biri mərkəz olma mövqeyinin İngiltərədən ABŞ-a keçməsilə, II Dünya Müharibəsindən sonra yaşanmışdır.

Sonradan güclənib mərkəzə üsyan edən ölkələr də çıxa bilir. Məsələn, Almaniya bunlardan biridir. Ancaq Almaniya ABŞ-ın gücü qarşısında sadəcə “yarım-ətraf” (semi periphery) ölkəsi ola bilmişdir. Bu yarım-ətraf ölkələr ətraf ölkələrə qarşı, sanki, mərkəzləşmiş ölkə kimi davransalar da, əsil mərkəzi ölkədən ətraf ölkə kimi münasibət görməyə davam edirlər.

Bu model Türkiyənin gələcəyini düşünməyə çalışan insanları yaxınlaşmaqda olan çalxantılara intellektual baxımdan hazırlaya bilər.

Türkiyə cümhuriyyət olaraq qurulduğundan bu yana mərkəzi ölkə tərəfindən ətraf ölkə münasibəti gördü.

AKP-nin hakimiyyətə gəlməsilə sürətlənən proseslə Türkiyə özünü ətraf ölkə olmaqdan çıxarıb bir aralıq proses olan yarım-ətraf ölkə mövqeyinə soxmağa başlamışdı. Yəni, Türkiyə, ABŞ-la münasibətdə ətraf ölkə kimi davrandığı halda, digər ölkələrlə olan münasibətlərində mərkəzləşmiş ölkə kimi davranmağa başlamışdı.

Ancaq görünən odur ki, Prezident Ərdoğanın Türkiyə üçün düşündükləri bununla bitmir. Açığı, yaxşı ki, bitmir. Ərdoğan mərkəz-ətraf əlaqəsini və mövcud dünya sistemini əməlli-başlı təftiş etmək və dəyişdirmək niyyətindədir. Mən baş verən hadisələri belə anlayıram.

Türkiyə, bu dəyişikliyin baş verməsinə nail olmaq üçün zaman içində özünü mərkəzi ölkə mövqeyinə qoymağa məcburdur. Bunun baş verib-verməyəcəyi, açığı, iqtsadiyyatda baş verən proseslərdən asılıdır.

Ancaq bunun olub-olmayacağını anlamağı gözləmədən, hazırda nəyin baş verdiyinə yaxşı baxmalıyıq.

Türkiyə hazırda kapitalist dünya sisteminin mərkəzi ölkəsinə (ABŞ-a – tərc.) qarşı üsyan etmiş durumdadır. Bu, mərkəzin bu anadək görmədiyi, eşitmədiyi, alışıq olmadığı miqyasda bir üsyandır. Mərkəzin sistem içindəki hegemonluğunu sarsıdacaq miqyasda olan bir qiyamdır.

Mərkəz ətraf ölkələr üzərindəki mövcud üstünlüyünü iqtisadi sferada daima qorumağa məcburdur. ABŞ, mərkəzi ölkə kimi dünyadakı hegemonluğunu son dövrlərdə tətbiq etdiyi sanksiyalarla qorumağa çalışırdı.

S-400-ləri almaqla birlikdə, mərkəzin rolunu sorğu-sual etməyə girişən Türkiyə, sanksiya tətbiqinin vecinə olmayacağını da söyləyərək, bütün dünya sisteminin işləyişini sorğu-sual etməyə başlayıbVaşinqtonda müşahidə edilən durğunluq, çaşqınlıq və qorxu da bununla bağlıdır. İqtidar, əslində, Türkiyənin bu üsyanının anlamının uzun müddətdə nə olacağını görür. Bu üzdən, iqtidar daxilində necə reaksiya veriləcəyi bir müddətdir ki, dərindən müzakirə edilir.

Ancaq mərkəzin öz hegemonluğuna yönəlik olan bir təhdidə qarşı səssiz qalacağını gözləməməliyik. Tramp Türkiyə məsələsini müzakirə etmək üçün bəzi önəmli senatorları çərşənbə axşamı Ağ Evə dəvət edib. Həmin kritik toplantıda mənim bu yazıda ortaya qoyduğum çərçivənin, adı qoyulmadan, müzakirə ediləcəyindən əmin ola bilərsiniz.

Bu mərhələdə şəxsən mənə çox önəmli görünən bir nöqtəni də xatırlatmaq istəyirəm.

Türkiyə hakimiyyətinin girişmiş olduğu bu iş böyük və siyasi fikir fərqləri nəzərə alınmadan, hər kəs tərəfindən dəstəklənməli olan bir işdir. Bu, vətənpərvərlik əsasında ortaq məxrəc tapmaq mənasına gəlir.CHP bu reallığı gördü və bir müddətdir siyasi baxımdan anlaşa bilmədiyi iqtidara bəzi məsələlərdə önəmli dəstək verir. Bu məsələ də onlardan biridir.

Mən artıq özümü köhnə marksist olaraq görməyi buraxdım. Ancaq marksizm istənilən zaman asanlıqla buraxıla biləcək bir düşüncə sistemi deyildir. Düşüncə sistemi, mədəni davranış baxımından marksist olmağa davam edirəm. Bu gün iqtidarın kapitalist dünya sistemindəki mərkəzi sorğu-sual etməyə başlamasına və üsyan bayrağı açmasına bir marksistin dəstək verməməsi mümkün deyildir.

Əkrəm İmamoğlunun hər gün göstərməyə çalışdığı kimi, siyasi görüşlərimiz və həyat tərzlərimiz nə qədər fərqli olursa-olsun, özümüzdən fərqli olanlarla müəyyən ortaq məxrəclərə gəlmək yeni əsrin qaçılmaz şərtidir. Çünki dünya qarma-qarışıqdır, yeni dünya şərtlərilə təktərəfli, təkbaşına mübarizə etmək mümkün olmur. İqtidarın etməyə çalışdığı, CHP-nin də dəstəklədiyi kimi, yeni koalisiyalar formalaşdırmağa və bu mübarizədə iqtidarın yanında olmağa, gələ biləcək bütün yeni təhdidlərə və çətinliklərə qarşı birlikdə durmağa məcburuq.

Biz bu mübarizəni apararkən, digər tərəfdən də Çinin etməkdə olduğu manevrləri çox yaxından izləməliyik. Çünki ABŞ özünün mərkəzi güc olmasına Çinin nə qədər böyük təhdid olduğunu görür və bu səbəblə, onunla ticarət savaşı aparır. Prezident Trampın sabiq müşaviri Stiv Bennon, Çinin nə qədər böyük təhdid olduğunu göstərmək üçün Vaşinqtonda böyük mübarizəni bu üzdən başladıb. O, Çinin müsəlman azadlıq mübarizlərini və “Falun Gong” üzvlərini də yanına alaraq, Çinə qarşı yeni bir cəbhə açmaq istəyir. Bu məsələdə Trampı da öz yanına çəkib.

Türkiyə sistemə qarşı üsyanını davam etdirərkən, Çinlə həmrəyliyini gücləndirməyə də girişməlidir. Doğrusu, iqtidarın bunu etdiyi bir sıra açıqlamalardan da anlaşılır.

Dediyim kimi, məncə, Türkiyənin dünya sisteminin yeni mərkəzi olmaq iddiası da vardır. Bu da hər kəs tərəfindən dəstəklənməli olan bir iddiadır. Ancaq mərkəzi ölkə olmanın xüsusilə ifadə azadlığı və ədalətli hüquq sisteminə bağlı olması da unudulmamalıdır. Bunun üçün lazım olanın da iqtidar tərəfindən ediləcəyinə əminəm.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam