Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

BMT-nin MÜSTƏNTİQİ VARİS ŞAHZADƏNİ RƏSMƏN İTTİHAM ETDİ:“Xaşuqcinin qətlində əli var, məsuliyyətə cəlb edilməldir!” - Araşdırma

 

Borzu Daragahi

The Independent (Böyük Britaniya), 19.06.2019

 

Yenixeber.org: BMT-nin müstəntiqi inandırıcı dəlillər tapıb ki, jurnalist Camal Xaşuqcinin qətlinin arxasında Səudiyyə Ərəbistanının varis şahzadəsi, Ağ Evin (yəni ABŞ prezidentinin-nəşrin redaktoru) tanınmış müttəfiqi Muhəmməd bin Salman durur. Qadın müstəntiq Səudiyyə Ərəbistanı Krallığının (SƏK) faktiki başçısına qarşı sanksiyalar qoymağa çağırıb ki, həmvətəninə tutulan divanda oynadığı rol haqqında ondan səmimi ifadə almaq mümkün olsun.

İnsan haqları üzrə ekspert Anyes Kallamar (Agnes Callamard) BMT İnsan Haqları üzrə Komissiyasının göstərişi ilə uzunmüddətli araşdırma aparıb və bunun nəticələrinə görə Xaşuqcinin “qərəzli, qəsdən tutulan divanın, insan haqları sahəsində beynəlxalq normalar çərçivəsində Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığı məhkəməsiz edamın qurbanı” olduğu qənaətinə gəldiyi 101 səhifəlik məruzə hazırlayıb.

Məruzədə Xaşuqcinin həyatının son günləri və məqamları haqda yeni təfərrüatlar var, amma indiyə kimi tapılmayan cəsədin yeri haqda heç nə deyilmir.

Kallamar israr edir ki, Ağ Evin önəmli müttəfiqi və Tramp administrasiyasının İrana maksimal basqı göstərmək üzrə kampaniyasının fəal iştirakçısı olan varis şahzadə Muhəmməd haqqında araşdırma aparmaq gərəkdir.

Məruzədə deyilir: “Varis şahzadənin bu divan tutmağa görə məsuliyyət daşımadığının sübutları təsdiqlənməyincə bu qətldə əli olduğu haqda inandırıcı dəllilər üzündən varis şahzadəyə və xaricdəki şəxsi əmlakına belə sanksiyalar qoymaq gərəkdir”.

Dəlillər göstərir ki, 15 nəfərlik qrup Xaşuqciyə divan tutub, belə işi görmək üçün isə hökumət səviyyəsində ciddi əlaqələndirmə lazımdır. Habelə resurslar və maliyyə gərəkdir, – sənəddə qeyd olunur. – Səudiyyə hökuməti bu resursları Əhməd Əsirinin təqdim etdiyni iddia etsə də, ekspertlərin hamısı bir ağızdan bildirirlər: varis şahzadədən xəbərsiz belə miqyasda əməliyyat keçirmək mümkün deyildi. O, ən azı, anlamalıydı ki, Xaşuqciyə qarşı necəsə bir cinayətkar əməl həyata keçirilir”.

Xaşuqci Səudiyyə rejiminin İstanbula göndərdiyi bir qrup peşəkar qatil tərəfindən özünün 60 illiyinə bir qədər qalmış öldürülüb. Məruzədə onun həyatının Səudiyyə Ərəbistanının İstanbul konsulluğundakı son anlarında qeydə alınmış səsyazılarının açılışı göstərilib – oktyabrın 2-də onu tovlayıb burada tələyə salıb və öldürüblər. Bu iş Səudiyyə krallığı və Qərb arasındakı münasibətləri ciddi pisləşdirib, habelə dünya birlyi qarşısında gənc islahatçı obrazında durmaq cəhdləri üçün milyonlar xərcləyən şahzadə Muhəmmədin imicinə güclü zərbə vurub.

Jurnalisti yaxalayıb boğmağa başlayarkən Xaşuqcinin qatillərindən biri deyib: “Biz səni aparmağa gəlmişik”.

Söhbətlərin məzmunu və Kallamarın və onun istintaq qrupunun son beş ayda topladığı şahid ifadələri məruzədə qısa şərh olunur. Həmçinin müstəntiqlərin narazılığından danışılır.

Səudiyyə rejimi Xaşuqcinin ölüm şəraitini aydınlaşdırmağa girişmiş Türkiyə və xarici müstəntiqlərlə işbirliyindən imtina edərək təkid edib ki, Vaşinqtonda yaşayan Xaşuqcini öldürərək bədənini şaqqalayandan, sonra isə bunu naməlum yerə aparandan sonra Türkiyəni tərk edən şübhəliləri özü dindirəcək. Kallamarın məruzəsində deyilir ki, Səudiyyə Ərəbistanı aparılan araşdırma çərçivəsində onun bu ölkəyə səfər etmək xahişinə rədd cavabı verib. Məruzədə məlumat verilir ki, Türkiyə xüsusi xidmətləri konsulluqdakı danışıqların yeddi saatlıq gizli səsyazısından  müstəntiqlərə cəmi 45 dəqiqəlik parçanı təqdim ediblər.

Məruzədə Xaşuqcinin həyatının son günləri haqda yeni təfərrüatlar var. O və nişanlısı nigah bağlamaq üçün onlara gərəkli sənəd verilməli olan konsulluğa baş çəkməkdən hər cür yayınmağa çalışıblar. Amma Türkiyə hökuməti onlara bildirib ki, sənəd olmasa, nigah mümkün deyil.

Səudiyyə Ərəbistanının təmsilçiləri, o cümlədən İstanbuldakı baş konsul və ər-Riyaddan başqa şəxslər Xaşuqci ilə görüşdən qabaq İstanbul civarında mülkü olan Səudiyyə biznesmeni ilə əlaqəyə giriblər və jurnalisti öldürmək niyyətlərini göstərən planlarını onunla müzakirə ediblər.

Səsyazısında təhlükəsizlik qurumlarının yüksəkməqamlı təmsilçisi və şahzadə Salmanın inanılmış şəxsi, “Bəs çamadanı kisəyə soxmaq mümkün olacaq?” soruşan Mahir Mutrəbin sözləri eşidilir.

Qatillər dəstəsinə daxil olan patoloq anatom Salah Tubayqi ona cavab verir: “Yox, çox ağırdır”. O, sonra deyir: “Asan işdir. Oynaqlardan  parçalayaq. Problem deyil. Bədən ağırdır. Əvvəlcə yerdə doğrayacağam. Polietilen kisələr götürsək və onu şaqqalasaq, iş gedəcək. Sonra tikələri kisələrə qoyarıq”.

Mutrəb soruşur: “Qurbanlıq heyvan gəlib?”

Kimsə ona cavab verir: “Gəlib”.

Xaşuqci Səudiyyə Ərəbistanını 2017-ci ildə tərk edib. Onu baş konsulluğa dəvət edib və haçansa vətənə dönmək niyyətində olub-olmadığını, qayıdacaqsa, nə vaxt dönəcəyini soruşublar.

Amma söhbət tezliklə dalaşa keçib. “Biz səni qaytarmalı olacağıq, – Xaşuqcinin qatilləri deyiblər. – İnterpoldan order var. İnterpol səni geri yollamağı xahiş edib. Biz səni aparmağa gəlmişik”.

Xaşuqci imtina edərək bildirib ki, bayırda onu adamlar gözləyirlər. “Oğluna məktub yaz, – Mutrəb əmr edir. – Məktubu çap edərsən. Gəl, məşq edək, bir göstər bizə”.

O, yendən imtina edib.

Yaz, Camal. Tələs. Bizə yardım elə, biz isə sənə yardım edərik, onsuz da axırda səni Səudiyyə Ərəbistanına aparacağıq. Bizə kömək eləməsən, nələr olacağını özün bilirsən, Odur ki, gəl, bu işi xoşluqla qurataq”.

Çarpışma səsləri eşidilir. Türkiyə hökuməti hesab edir ki, ona iynə ilə narkotik vurub, sonra isə boğublar.

“Yatdı?” – kiminsə səsi eşidilir.

“Başını qaldırır”.

“Bir də vur, barmağını götürmə, vur”.

İstintaq hesabatına əsasən, Xaşuiqci saat 13.15-də konsulluğa daxil olub. Saat 13.37-də mişar səsi eşidilib.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam