Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

VƏLİƏHD JURNALİSTİN QƏTLİ İLƏ BAĞLI İLK DƏFƏ DANIŞDI, SENSASİON İSMARICLAR VERDİ:"Ərdoğanın, Kralın və mənim adımı ləkələyə bilməyəcəksiz"

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı bu gün ilk dəfə danışıb.

 Yenixeber.org: Şahzadə açıqlamasında jurnalistin qətli ilə bağlı çox maraqlı ifadələr səsləndirib.

O, Türkiyə ilə Xaşuqcinin qətliylə bağlı koordinasiyalı şəkildə işlədiklərini deyib. Əlavə edib ki, bəzi qüvvələr bu məsələdən sui-istifadə edərək, Türkiyə ilə Səudiyyə Ərəbistanının münasibətlərini pozmağa çalışırlar:

“Biz jurnalistin qatillərinin cəzalandırılacağını hər kəsə göstərəcəyik. İndi ortalığı qarışdırmaq istəyənlərə səslənirəm: Türkiyə ilə aramızı poza bilməyəcəksiniz, Kral Salman bin Əbdüləzizin, vəliəhdin adını ləkələyə bilməyəcəksiniz. Türkiyədə bir prezident var, o da Ərdoğandır.  Onun adını da ləkələyə bilməyəcəksiniz. Sizin istədiyiniz əsla olmayacaq. İki ölkə arasındakı gözəl əlaqələri hamıya göstərəcəyik. Bütün dünyaya qatillərin cəzalandırılacağını göstərəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam