Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

BAĞANIS- AYRIM SOYQRIMI -“KAMİKADZE 1”-DƏ

 

  Böyük rus (proletar) yazıçısı M. Qorkinin ğözəl bir deyimi var: “Faktlar yaman tərs şeydir”. Əgər ortada fakt varsa, ondan qaçmaq, onu təkzib etmək mümkün deyil.

Yenixeber.org: Fakdı dananda, onu qəbul etməyəndə gərək insanlığını itirəsən, vicdansız olasan. Həqiqətə inanmalısan və faktdan tutub yolu düz getməlisən. Sola dönmək, sağa dönmək olmaz. Dönərsən, bu olar yanlışlıq. Geci, tezi fakt hər şeyi alt- üst edəcək, yalan üzə çıxacaq. Amma çox təəssüf ki, bu heç də hər zaman belə olmur.

  Hamımızın bildiyi və təsəlli üçün tez- tez istifadə etdiyimiz- “yalan ayaq tutar, amma yeriməz”ifadəsi var. Yalanın ayaq tutması hər zaman olub, ancaq ayaq açıb yeriyə bilməməsi nə vaxtsa olub. Bu, bir həqiqətdir ki, bu gün yalan ayaq tutur, hətta Qıratın belində dördnala çapıb onu yaxınlara, uzaqlara çatdırır.

  Qoca tarix göstərir ki, ermənilər Azərbaycan torpaqlarına qıraqdan gəlmədirlər- yerli millət deyillər. Zaman- zaman Tanrının bizə bəxş etdiyi bu gözəl torpaqda məskunlaşıblar. Yavaş- yavaş bu torpaqları özlərininki edib, özləri üçün dövlət də qurublar. Keçən əsrin müxtəlif illərində yerli xalqı- bizi çox asanca öz dədə- baba torpaqlarımızdan didərgin salıb qaçqına, köçkünə çevriblər. Biz də utanmaz- utanmaz, xəcalət çəkmədən dünyaya car çəkmişik (indi də çəkirik. Bu yerdə özümüzə lap yazığım gəlir) ki, ermənilər bizim torpaqlarımızın 20 %- nı işğal edib. Onda belə bir sual yaranır: Belə olan halda ermənilər indi yaşadıqları torpaqlara gəlmə deyillər?! Niyə demirik ki,ermənilər bizə məxsus olan torpaqların hamsını xarici havadarlarının köməyi ilə işğal ediblər? Biz kimdən və nədən qorxuruq? Niyə özümüz- özümüzü təkzib edirik?!

   Elə bizim bu “fərasətimiz”dən istifadə edən böyük dövlətlər və beynəlxalq (iri- iri) təşkilatlar 30 ildir bizim başımıza corab hörməklə məşğuldular. Maşallah, biz də başımız “corabın” içində sülhdən, barışıqdan danışırıq. Hərdən də güyü qeyrət damarımız, qisas hissimiz oyanır və bir balaca səsimizi qaldırıb pafosla deyirik: “Lazım gəlsə müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edəcəyik”. Zalım oğlu “lazım”ın da gələcəyi yola sanki daş döşənib, gəlib çıxmır ki, çıxmır.

  Ermənilərin başımıza gətirdikləri müsübətlər haqqında xarici (rus,ingilis, fransız və s və i.a)məliflərin xeyli sayda tarixi əks etdirən kitabları var. Amma buna baxmayaraq dünya həqiqəti görməkdə kor, eşitməkdə kardır. Biz də uzun illərdir ki, dünyanın bu halıyla mübarzədəyik. Hələ ki, bu mübarzəmiz bizə lazım olan nəticəni verməyib.

  Hər zaman torpaqlarımıza göz tikən, bizi qatı düşməni sayan ermənilər bu gün Ermənistan dediyimiz qədim Azərbaycan torpaqlarında, istərsədə bu gün yaşadığımız 62 min km coğrafi məkanın istənilən yerində qırğınlar, qətilamlar törədiblər. Yüz minlərlə insanımızı diri-diri yandırıblar, dərilərini soyub, qulaqlarını kəsiblər. Bir sözlə dünyada görünməmiş vəhşiliklər ediblər. Bu gün balaca bir ölkənin bir milyon qaçqın, köçkünü var. Buna heç bir Allah bəndəsi dözməz. Ancaq biz dözürük. Görəsən Allah səbrimizi niyə kəsmir?!

  Erməni vəhşiliyi haqqında Azərbaycan ədəbiyyatında xeyli sayda şairlər poeziya, nasirlər nəsr nümunələri yaradıblar. Bunlardan biri də gənc ilahiyyatçı yazar Tural İrfanın “Elm və Təhsil” nəşriyyatında Əkbər Qoşalının və Rəfail Becanovun redaktorluğu, professorlar Nadir Məmmədlinin, Məhərrəm Qasımlının rəyi ilə “Kamikadze 1”(“İlahi külək”) sənədli- bədii romanıdır. Roman Əkbər Qoşalının “Bir neçə söz...” xeyir- duasıyla açılır. Müəllif kitabın əvvəlində yazır: “Romanın 4-cü fəsli Millət vəkili Qənirə Paşayeva və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının “Ermənilərin yapdığı soyqrımın qurbanı: Bağanıs- Ayrım” kitabının mötivləri, təəssüratları və faktları əsasında yazılıb”.

   Təkcə türk dünyasına qarşı yox, həm də bütün insanlığa qəddar, amansız, zalım, qaniçən olan ermənilər Bağanıs- Ayrımda törətdikləri soyqrım nə birinci, nə də axırıncıdır. Neçə ki, onların arxasında duran harın, insanlığa ləkə olan, faktı əks tərəfin xeyrinə işlədn, haqqı, ədaləti bilərəkdən danan havadarlar var, hələ “Asala”lar, “Daşnaksyütun”lar, İştaı “Böyük Ermənistan” xülyası ilə yaşayanlar çox qan tökəcəklər. Bunun qarşısını almağın bir yolu var. O da həqiqəti qəbul edib, ədaləti bərpa etməkdir. Ya da ki, onların burnunu elə ovmaq lazımdır ki, hər kəsə dərs olsun.

  Romanda tarixən ermənilərin xain, qəsbikar, satkın, əxlaqsız olduğu roman boyu faktlarla, sitatlarla oxuculara çatdırılır, xatırladılır. Əsərdə olan bədiilik, bitkinlik, obrazların canlılığı Tural bəyin hansı istedadın və bacarığın sahibi olduğundan xəbər verir.

    Erməni özünə yalançı tarix yaratmaq xəstəliyinə tutulub. Bu xəstəlikdən qurtarmaq onlar üçün çox çətindir. Artıq bu xəstəlik qana və sümüyə keçib. Sağalması üçün qan damarını kəsmək, sümüyü sındırmaq lazımdır. Onlar qədimliklərini sübut etmək üçün müəyyən coğrafi məkanlarda yerin altına yazılı daşlar basdırıb, sonralar isə arxoloji qazıntılar aparıb həmin daşları üzə çıxarıb “qədim” və “sivil” bir millət olduqlarını dünyaya car çəkiblər. Çox təəssüf ki, bunu “həqiqət”kimi qəbul edənlər də var.

  İlahiyyətçi yazar Tural bəy də əsərini elə bu yalançı tarixlə başlayır. Fıransadan xüsusi göndərilmiş din nümayəndəsi Vazgen Mkrtçyan səkkiz il qabaq kilsənin həyətinə basdırılmış “qədim erməni tarixinə məxsus arxeloji taıntılar”ı çıxarıb Fransaya aparmaq üçün gəlib. Həqiqəti bilən kilsənin baş keşişi Mesrop Adamyan buna etirazını bildirir. Onun içində bir Allah xofu var. İsaya, Tanrıya inandığından, belə bir saxtakarlığla, yalanla barışa bilmir. O, bu daşların səkkiz il qabaq qəbir daşı emalatxanalarında yonulub, sonra da qədim dillərdə- yunan, ərəb, latın və başqa dillərdə yazılmış daşları hansı məqsədlə, niyyətlə basdırıldığını elə o vaxtlar bilirdi. Amma buna göz yummuşdu, laqeyid qalmışdı. Ancaq indi dinə, imana gəlmişdi. Din, iman da bu saxta yoldan onu çəkindirmək, uzqlaşdırmaq məncburiyyətində qoyur. Mkrtçiyan isə bunun “yuxarılar”ın göstərişi olduğunu Mesropa bildirir.

  Saxta tarix yaratmaqdan zöq alan, ondan qürələnib qürur duyan ermənilər yerə basdırdıqları daş parçaları, sümüklər, yarı çürümüş kağızlardakı yazılar onların “çoxminlik tarixini”keçmişə aparacaq, muzdlu dünya jurnalistləri, havadarları kömək edib dünyaya çatdıracaqlar.

  Qatı dindar olan Adamıyan hesab edirdi ki, nə vaxtsa onların bu uydurduğu, saxta, yalançı tarix yaratmaları, məkri- hiyləsi, böhtanı, şəri, həyasızlığı, qəddarlığı nə vaxtsa özlərinə qarşı çevriləcək. Bu yalançı “basdırma”, “çıxarma”oyunu onu iyrəndirirdi. O, həqiqəti bilirdi, görürdü. Bu yerlərə uzaqlardan gəldiklərini etiraf edirdi.

  “Daşnaksyütun” və “Asala” kimi terror təşkilatlarının əcnəbi üzvüləri Azərbaycanlılara qarşı terror törətmək üçün yerli erməniləri təlimləndirir, əyani olaraq  boş sahələrdə itlərin, pişiklərin, eşşəklərin,qoyunların boğazına kiçik bombalar bağlayıb partladırdılar. Bundan zövq alan bu adama bənzər heyvanlar onların burun- qulaqlarını kəsib süngüyə keçirib əylənirdilər. Bunların hamsı azərbaycanlılara qarşı törədiəcək qarşıdakı soyqrımların məşqi idi.

  Onlar oğurladıqları, əsir götürdükləri, əsir düşərgələrində doğulan uşaqları gizli yerlərdə saxlayır, onların beyinlərinə erməni düşüncəsi, şüru yerləşdirir, valideyinlərinin güya Azərbaycanlılar tərəfindən öldürüldüyünü onlara başa salır, qisas  hissi yaradırdılar. Bu erməniləşdirilmiş uşaqlardan biri də Bağanıs- Ayrım yanndırılanda (insanları qarışıq) ələ keçirdikləri Əli idi. Əli indi Alik kimi tanınırdı. Onun “tərbiyə”si ilə Samvel adlı erməni məşğul olurdu. Artıq Əli böyüyüb 16 yaşına çatmışdı. Bu on altı ildə erməni dilini öyrənmiş, çox “həqiqət”ləri bilmişdi. Bu  müddətdə Samvel ona valideyinlərinin diri- diri Azərbaycanlılar tərəfindən yandırıldığını, körpə qardaş- bacısını oğurladığını deyirdi. Hətta  bunu deyəndə yalançı göz yaşlarını da saxlaya bilmirdi. Aliki də ağladırdı. Onu gizli saxlamaqlarını da belə bir olayla əlaqələndirirdi ki, güya Alikin dayısı Mişa azərbaycanlılara ağla gəlməz acılar yaşadıb. Bu səbədən bilsələr ki, Mişanın bacısı oğlu sağdır onu da ata- anası kimi məhv edərlər.

  Samvel mütamadi olaraq mərkəzə Alikin terror üçün yetişib- yetişmədiyi haqqında məlumat verirdi. İyirmi ilə yaxın idi ki, Aliki beləcə kimliyindən, taleyindən uzaqlaşdırmışdılar. Amma o tez-tez yuxularında saz, ağpaltarlı adam, özünü isə böyük tonqalda yanan görürdü.

   Ermənilər martın 23-dən 24-nə keçən gecə 1990- cı ildə 15 zabit və min nəfər əsgərlə zirehli maşınlarda və tanklarlarda kəndə daxil olurlar. Əli yalın kənd camaatı canlarını gözlərini qan tutmuş bu vəhşilərdən qurtarmaq üçün qonşu kəndlərə və meşələrə üz tuturlar. Evləri talayan ermənilər sonra onlara od vururdular, qaçan insanları tutub oda atırdılar.

  Aşağı Əskiparadan olan çoban Mahmud həyat yoldaşı Qarateli və körpə Əlini mal tövləsində gizlətmişdi. Bunu bilən qətliamçılar körpə uşağı Qaratelin əlindən alıb özünün də əl- qolunu bağlayıb üstünə mazut tökərək od vurdular.

   Məramında, məqsədində ermənləşdirilmiş Aliki “tərbiyəçiləri”bir neçə psixotrop iynə və dərman verib torpağında rahat yaşadığı, çörəyini yeyib, suyunu içdiyi “düşmən”inin üstünə göndərir. Alikin ilk dayandığı məkan kəndin məsçidi və üzləşdiyi insan müdrik Molla Həmzə olur. Bu yerdə Alikə hər şey doğma gəlir. Gözünün qabağına yanan evlər, öldürülən insanlar və bir “xala”nın onu qucağına alıb maşına mindirməsi, qulağına dolan hüzünlü azan səsi gəlir.

  Molla Həmzəylə qısa “lal”, “kar” söhbətindən sonra Alik özünü tapır, kimliyinə qayıdır. Özünü tapan, kimliyinə qayıdan Alik sonda əsil hədəfə doğru gedir. Qəzəb,nifrər, intiqam hissləri ilə üstündəki partlayıcıları hazır vəziyyətə gətirib kazarmaya daxil olur və ucadan : “Mən Türkəm”- deyib bədənindəki partlayıcıları işə salır.

  Burdan bir məntiqi nəticə çıxır: Biz özümüzü tapsaq, özümüzə qayıtsaq məğlub edilməz, yenilməz olarıq.

  Mənə elə gəlir ki,Tural İrfanın bu kitabı bizim özümüzü tanımaq, tapmaq yolunda ən gözəl bələtçimiz ola bilər.       

  Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam