Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“HOLCİM AZƏRBAYCAN” AZƏRBAYCANLILARI NECƏ “FIRLADIR”? –VİDEO

Təkcə ötən il 8 milyon qazanc edən şirkət uzun illərdir səhmdarlara dividend ödəmir

 

1558107350

Azərbaycanın ən iri sement monopolistlərindən olan “Holcim Azərbaycan” ASC-nin əsas səhmdarları rəsmən əcnəbi şirkətlər olsa da, səhmlərin az bir qismi də sadə azərbaycanlılarındır. 

Yenixeber.org: Xatırladaq ki, keçmiş “Qaradağ Sement Zavodu”nun varisi olan “Holcim Azərbaycan” 1999-cu ildən açıq səhmdar cəmiyyətidir.
Şirkətin səhmlərinin 86%-i İsveçrənin “Lafarge Holcim” və “Holcim Auslandbeteiligungs GmbH.” şirkətlərinə (müvafiq olaraq 76% və 10%) aid olsa da, 14%-i fiziki şəxslərə məxsusdur.

Lakin həmin bu 14 faiz təşkil edən fiziki şəxslər özlərinin bildirdiyinə görə, 20 ildir sahib olduqları səhmlərə görə dividend ala bilmirlər. Əsasən Azərbaycan vətəndaşları olan bu şəxslər uzun illərdir nə zamansa şirkətin idarəçilərindən nəhayət onların da qanuni haqlarının təmin olunacağını, gəlirdən dividend ödəniləcəyini gözləsələr də, bir “qara qəpiyin” sahibi ola bilmirlər.

Uzun illərdir dividend ala bilməyən yerli fiziki şəxslər mayın 17-də “Holcim Azərbaycan” ASC-nin Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən sement zavodunun qarşısına toplaşıblar. Bu barədə “Marja” da məlumat yayıb.

Qeyd edək ki, səhmdarların şirkətin qarşısında etiraz aksiyası keçirəcəyinə dair bir neçə gün öncə məlumat vermişdik. İndi məlum olur ki, şirkət rəhbərliyi nəhayət səhmdarların nümayəndələrini qəbul ediblər. Lakin həmin nümayəndələrin görüşdən sonrakı açıqlamalarından məlum olur ki, rəhbərlik yerli səhmdarları sadəcə “yola verərək”, yenə liboş yola salıb.

Qeyd edək ki, “Holcim Azərbaycan” ASC təkcə ötən ilin rəsmi hesabatına görə, 8 milyon manat xalis mənfəət əldə edib. Lakin rəhbərlik yerli səhmdarlara bildirib ki, “Holcim Azərbaycan” ASC kredit borcuna malik olduğundan dividend ödəyə bilməyəcək.

Vəziyyət o yerə çatıb ki, bir çox yerli səhmdarlar dividend ala bilmədiklərindən öz əllərindəki səhmləri satmağa hazır olduqlarını bildirirlər. Belə təəssürat yarana bilər ki, bəlkə də rəhbərlik onları indiyədək gəlirsiz qoymaqla, elə məhz buna nail olmağa çalışıb. Çünki bu istəklərini zavod rəhbərliyinə çatdıranlara deyilib ki, belə səhmdarların siyahısı hazırlansın. Onlara əllərindəki səhmlərin digər investorlara təklif edilməsində kömək göstərəcəklərinə söz veriblər.

Digər səhmdarlara isə bildirilib ki, daha iki həftə gözləsinlər və rəhbərliklə yeni görüş təşkil olunacaq. Onlar da “20 ildir gözləyirik, 2 həftə də gözələyək” deyərək dağılışıblar. Onlar bütün bu danışıqlardan nəticə çıxmasa Avropa məhkəməsinədək gedəcəklərini bildiriblər.

скачанные файлы

Bir sözlə, ortadakı mənzərə ondan ibarətdir ki, rəsmən əcnəbi investorların üstünlük təşkil etdiyi ölkənin ən iri və gəlirlə işləyən müəssisələrindən biri kiçik paya malik olan yerli səhmdarları 20 ildir qazancsız qoyur. Bəs görəsən, elə həmin xarici investorların öz ölkələrində belə hal mümkündürmü?

Sözsüz ki, dövlətin müvafiq strukturlarının bu məsləyə qarışmasına, öz vətəndaşlarının mülkiyyət və iqtisadi hüquqlarını təmin etməsinə ehtiyac var. Çünki əcnəbi səhmdarların üstünlük təşkil etdiyi şirkətin yerli səhmdarların dividendsiz qalmasına səbəb olan əsaslandırmaları daha çox bəhanə təsiri bağışlayır.

Şirkət rəhbərliyinin bəhanələrindən biri də odur ki, əldə edilmiş mənfəət yenə də, manatın 2015-ci ildəki kəskin devalvasiyası nəticəsində zavoda dəymiş zərərin nəticələrinin aradan qaldırılmasına və səhmdar cəmiyyətinin kapitalının artırılmasına yönəldiləcək.

Belə çıxır ki, 5 ilə yaxındır ölkənin aparıcı monopolist şirkətlərindən biri qazancla işləməsinə rəğmən, devalvasiya nəticəsində dəymiş ziyanı qapada bilmir. Əgər olduqca böyük maddi imkanları, dövriyyəsi olan şirkət həqiqətən devalvasiyanın vurduğu zərbədən hələ özünə gələ bilmirsə, onda “qara camaat” neyləsin…?(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam