Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QLOBALİZMİN VƏ MÖVCUD DÜNYA NİZAMININ SONU:pişik kimi öz balasını yeyən Qərbin yeni trendi - TƏHLİL

Taha Özhan

“Middle East Eye”

 

20-ci əsrin son rübü – siyasi qloballaşmanın zirvəsi, kommunizmin məğlubiyyəti – Qərb və neoliberal nizamın aydın qələbəsi idi.

Yenixeber.org: Bu dövrdə Şimal-mərkəzçi dünya nizamının İkinci Dünya müharibəsindən sonra qurulan siyasi və iqtisadi təsisatlar tərəfindən yaradılan platformada səmərəli fəaliyyət göstərməsi gözlənilirdi.

Bu anlayışı tənqid edən yanaşmalar və nəzəriyyələrə əsasən, “nizam” yalnız xarici təsirlərin təhdidi ilə üzləşə bilərdi. Sistemin onun qurucuları tərəfindən təhdid edilməsi mümkünlüyü,  xüsusən də ABŞ-da, düşünülməmişdi. Axı nizamın yaradıcısı öz sistemini niyə məhv etsin ki?!

 

Qlobalizmin iflası

Qloballaşma və çoxtərəflilik dünyanı bürüyərək, siyasi və iqtisadi dalğa doğurmuşdu. Minilliyin sonunda o, dünyanın heç bir künc-bucağından yan keçməmişdi.

20-ci əsrin son çərəyi bəlkə də ən rəngarəng dövr idi. Əlbəttə, daha rəngarəng mövsüm iflas oldu.

1990-cı illərdə müasir qlobal sistem ticarətin beynəlmiləlləşməsindən sonra ən dərin transformasiyasını yaşayıb. Amma qloballaşmanın hər mənada müqəddəs olduğu bu dövr uzun sürməyib.

Yeni minilliyin başlanğıcında yarpaqlar tökülməyə başlayıb və tezliklə 2008-ci ilin maliyyə böhranı qlobal iqtisadi tənəzzül doğurub.

Hazırda yaşadığımız qlobal siyasi depressiyanın toxumlarını əkən iqtisadi böhran Qərbdə bir neçə il davam edib. Bu dəyişkən bir vaxt idi. Sonrakı siyasi qarışıqlıq 1945-ci ildən sonra yaradılan bütün iqtisadi qaydaları qeyri-Qərb üslublu siyasi və iqtisadi münaqişələrlə şübhəyə alıb.

Bu dəfə fərqli durumdur. İnkişaf etmiş iqtisadiyyatlar və inkişaf etmiş demokratiyalar öz dilemmalarına qarşı çıxıb: onlar dünyanın qalan hissəsinə təkəbbürlü iqtisadi güc təbliğ edir. Amma köhnə paket plüralizm, çoxtərəflilik, açıq sərhədlər, malların, əmək və kapitalın azad hərəkətləri ilə dolu idi.

Bu paket artıq sınaqdan keçirilmir və nəticələr perspektivli deyil. Əslində, əks paket inkişaf edir: çoxtərəflilik əvəzinə ikitərəflilik, açıq sərhədlər əvəzinə fanatik antimiqrasiya siyasəti, demokratiya əvəzinə avtoritarizmin yüksəlişi, azad ticarət əvəzinə proteksionizm.

 

İkitərəfliliyin təsiri

Çoxtərəfliliyin təhrifi – ikitərəfli münasibətlərdir.

Birtərəflilik – ikitərəfli münasibətin keyfiyyətini formalaşdıran ara mərhələdir. Buna ən yaxşı nümunələr ABŞ prezidenti Donald Trampın birtərəfli hərəkətləri və İngiltərənin Avropa İttifaqından çıxma qərarıdır.

Bu gün Vaşinqton və Londonun mübahisəli gündəmləri birtərəfli mövqeyi mövcud ikitərəfli qaydaya uyğunlaşdırma mübarizəsidir.

Bundan sonra ikitərəflilik dalğalanması dünyanın qalan hissəsinə də təsir edəcək.

Amma çoxtərəflilik nə dərəcədə pozulacaq və qloballaşan dünyada ikitərəflilik manevr edə biləcəkmi?

Yeni dünya nizamı beynəlxalq qurumlar, investisiya, ticarət, təhlükəsizlik və qlobal idarəetməni devirəcək, gələcək illərdə mühüm problemlər yaradacaq. Qısa müddətdə iqtisadiyyat, təhlükəsizlik və xarici siyasət yeni ikitərəfli dünyaya əsasən inkişaf edəcək. O, qarışıqlıqlar və uyğunsuzluqlar da yaradacaq.

İkitərəfliliyin erkən mərhələsində olduğumuz üçün dünya sadəcə təəccüblü inkişafı seyr edir. Çünki dünya hegemonunun 20-ci əsrin oyunundan çıxmasını heç kim gözləmirdi. Çoxları Trampın seçilməsi və Qərbdə millətçiliyin yüksəlişi ilə bağlı mövcud qarışıqlıqları müvəqqəti turbulentlik kimi görür, ancaq bu, sadəcə yanlış qavramadır.

Son inkişaflar status-kvonu zədələyir və yeni norma yaradır. Bütün maraqlı aktyorların mümkün həllər və ya yumşaq açılış üçün uyğunlaşmaya başlaması daha yaxşı bir fikir olardı. “Öncə Amerika” strategiyası artıq sonrakı hadisələr üçün mərhələ yaradır: “Sonuncu – Amerika”.

20-ci əsrin müasir dünya sistemini sarsıdan bu qlobal zəlzələ digər qırılma xətlərini törədib.

Daha da pis budur ki, uyğunlaşma strategiyası “sinxron lateral stimullaşdırma” kimi tanınan “Minilliyin Köprüsü dilemması” yaradacaq.

 

Münaqişə zonaları

İkitərəfli münasibətlərin artması dünyanın münaqişə zonalarına, o cümlədən amansız vətəndaş müharibələrinə təsir edəcək. Bir çox hallarda, proksi müharibələr sürətlə inkişaf edir və bu, təcili çoxmillətli siyasi cavab tələb edir.

İkitərəfli siyasət yalnız siyasi seçimləri azaldacaq, o, qeyri-dövlət aktları və avtoritar rejimlər üçün nəzərdə tutulmayan fəzanı təmin edir.

Suriya ikitərəfli münasibətlərin ən yaxşı nümunəsidir: ABŞ və Türkiyə, Rusiya və Türkiyə, ABŞ və Avropa, Türkiyə və İran, Rusiya və ABŞ, İran və Rusiya arasında ikitərəfli anlayışlar davamlı sülhü təmin etmək üçün kifayət deyil. Çünki bir çox hallarda, biri digərini inkar edir. Digər bir misal Fələstin məsələsidir, o, ABŞ-İsrail ikitərəfli rejimində həlsiz qalır.

Əlbəttə, ilkin mərhələdə ikitərəfli birləşmə təktərəfli fəzada fəaliyyət göstərəcək. Onları bir-birindən fərqləndirmək asan deyil, nəticədə, ciddi siyasi və iqtisadi inkişafları gözləmək sadəlövhlük olardı.

İkitərəflilik dərin geosiyasi anlayış deyil, ABŞ-İsrail ideoloji nikah kimi, hipotez və tərəfdaşlıq münasibətlərinə güvənməyə çalışır. Nəticədə, ortaya çıxan ikitərəflilik birtərəfliliyin məhbus olmağa davam edəcək.

Bu da mövcud qlobal nizamı bərpa etmək ümidlərini azaldır.

Qərb aktyorları Trampın tərzini tənqid etsələr də, 20-ci əsrə aid siyasi hakimiyyəti maksimallaşdırma strategiyasının köhnəldiyini qəbul etməlidirlər. Onların tərəqqisinə kömək etmiş qloballaşma dünyanı gələcəyə aparacaq yeganə yoldur.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam