Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"“Bakı-Supsa” böyük siyasi əhəmiyyətə malikdir"

e88c573f-c1ef-418f-b97e-883cba452a5c_292

 

“Bakı-Supsa” layihəsi iqtisadi uğurlarla yanaşı, həm də böyük siyasi əhəmiyyətə malikdir”.

 

Xeberinfo.com:    “Report” xəbər verir ki, bunu Tbilisidə jurnalistlərə müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Nazir bildirib ki, bu layihə Azərbaycan və gürcü xalqlarının iqtisadi potensialını artırmaqla yanaşı, siyasi müstəqilliyinin möhkəmlənməsində də mühüm rol oynadı: “1990-ci illərdə Çeçenistan müharibəsi, Bakı-Novorossiysk kəmərində baş verən terror aktları Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün başqa yolların axtarılması zərurətini yaratdı. Bunun gənc, müstəqil ölkə olan Azərbaycan üçün çox mühüm əhəmiyyəti var idi. Əsrin ən görkəmli siyasətçisi olan ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi sayəsində ortaya möhkəm siyasi iradə qoyuldu. Bakı-Supsa kəmərinin çəkilməsi ideyası irəli sürüldü. Bugünkü enerji və nəqliyyat dəhlizlərinin təməli qoyuldu”.
“Heydər Əliyev hələ o vaxtı özü də deyirdi ki, “Şərq-Qərb” enerji dəhlizi iqtisadi baxımdan çox, bizim üçün siyasi əhəmiyyət kəsb edir. Biz bütün dünyaya sübut edəcəyik ki, öz məsələlərimiz müstəqil olaraq özümüz həll edirik, müstəqil siyasətimiz var. Belə də oldu. Bu qərar Azərbaycanın müstəqil dövlət olduğunu, özünün müstəqil siyasəti olduğunu dünyaya sübut etdi”, – deyə N.Əliyev deyib.
Nazir vurğulayıb ki, bu siyasi iradə Azərbaycanın və Gürcüstanın müstəqilliyinin qarantı oldu: “Bu, iki dost və qonşu ölkənin dünya birliyindəki yerini möhkəmləndirdi. Eyni zamanda, Qərbin və ABŞ-ın Azərbaycana marağını və inamını artırdı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam