Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qərb diplomatiyası Rusiya silahlarını SUSDURUR-TƏHLİL

Yenixeber.org: Rusiya düz 4 ildir ki, Qərbin sanksiyalarına məruz qalıb. Hazırda dünyanın aparıcı ölkələrinin Rusiyaya qarşı yer aldığı bir zamanda Britaniyada Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsi suları bir az da bulandırdı. Britaniya hökuməti iddia edir ki, keçmiş agent və qızı Rusiya tərəfindən “Noviçok” maddəsi ilə zəhərlənib.

 

Rusiya isə ittihamlarla iddialarla razılaşmır. Bütün bunların fonunda baş verən hadisələr isə diplomatik münasibətlər yeni “era” açır. Britaniyanın Rusiya diplomatlarını ölkədən qovmasının ardından ABŞ, Fransa, Almaniya da analoji addımlar atdı.

 

Əslində isə bunlar həm də Rusiyanın dünyanı lərzəyə salan yeni silahlarına qarşı diplomatik cavab tədbirləridir.  

 

Krımın Rusiya üçün açdığı bəlalar

 

Təbii ki, Rusiyanın Krımı işğal etməsi ilə alovlana  gərginlik bu yaxınlarda özünün pik həddinə çatdı. Ekspertlərin fikrincə, Krımın anneksiyası ilə Rusiya öz rəqiblərinə əsaslı şans vermiş oldu.

 

Məhz Krımın ilhaqından sonra Rusiya iqtisadiyyatına çox ağır zərbələr vuruldu. Sanksiyalar büdcəyə gələn gəlirlərin kifayət qədər aşağı salınmasına səbəb oldu.

 

Bütün bunlardan sonra Rusiya lideri Vladimir Putinin ən böyük ümidi Rusiyanın ən irəli ticarət markası olan silah ticarətini inkişaf etdirmək idi. Rusiya prezidentinin son çıxışı da bunu təsdiq etdi. Belə ki, bu ilin martında Putin Federal Məclisə müraciəti zamanı iqtisadiyyatdan çox yeni silahların istehsalı və sınaqlarından danışdı. O, Rusiyada analoqu olmayan fantastik silahların mövcudluğunu dilə gətirdi. Onun çıxışından sonra ekspertlərin dediyi kimi “Putinə müasir Rusiya yox, müasir silahlar lazımdır” olduğu qərarına gəlmək olar.

 

Elə ABŞ-ın da son sanksiyası daha çox bu silah ticarətinin aparılması və silah istehsalı üçün lazımı resurslardan Rusiyanı məhrum etməyə hesablanıb. Çünki, ABŞ öz rəqibini mümkün qədər bütün istiqamətlərdə sıxışdırmağa nail olsa da, silah məsələsində böyük uğurlara imza ata bilmirdi.

 

Bunun da səbəbi Rusiyanın silah alıcılarının əsas pay sahiblərinin Hindistan, Çin, Vyetnam kimi ölkələr olması idi. Bu yolla o, bu ölkələrə əsas təsir vasitəsi kimi maliyyə məsələsinə toxuna bilərdi ki, bunu da etdi. Qeyd edək ki, bu ölkələrdəki şirkətlərin ABŞ-la maliyyə əlaqələri güclüdür.

 

Düşünmək olar ki, Qərbin Skripala görə atdığı addımlar həm də Rusiyanı silah bazarından sıxışdırmağa hesablanıb. Yəni, Qərbin diplomatiyası Rusiya silahlarını susdurmağa yönəlib.

 

Nəzərə alaq ki, bu hələ Skripal olayından əvvəl Amerika Rusiyanın hərbi-sənaye şirkətlərinə qarşı yeni sanksiyaları işə salmışdı.

 

Silah bazarındakı nəhənglər – ABŞ liderdir

 

Dünyada silah bazarının yarısından çoxu bir-biri ilə rəqabətdə olan bu iki nəhəngin əlində cəmlənib. Amma hələ də liderlik ABŞ-ın əlindədir. Beləki, keçən il üçün ilk beşlikdə 33%-lə ABŞ və 23%-lə Rusiya ilk cütlüyü təşkil edib. Bunlardan sonra bir- birinin ardınca 6.2%-lə Çin, 6%-lə Fransa və 5.6%-lə Almaniya gəlir.  Həmin il Putin və onun diplomatlarının səyləri nəticəsində silah satışının inkişafında Rusiya ABŞ-ı üstələsə də bazarda yetərli nailiyyətlər qeydə alınmayıb.

 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) apardığı son araşdırmalarındakı nəticələr yenə ABŞ-ın xeyrinədir. 

 

SIPRI-nin son araşdırmalarına görə yenə də bazarda satışda ilk beşliyə ABŞ, Rusiya, Fransa, Almaniya və Çin daxildir. Institutun araşdırmasına görə bu beş dövlət dünya bazarırnın 74%-nə nəzarət edir.

SIPRI-yə görə Rusiyanın dünya bazarında 2013-2017-ci illərdəki payı, 2008-2012-ci illərlə müqayisədə 4% aşağı, ABŞ-ın payı isə elə həmin 4%-lə irəliləyib.

 

İnstitutun araşdırmasında qeyd olunur ki, 2013-2017-illərdə ABŞ-ın bazardakı payı 34% artıb, Rusiyanınkı isə 22% aşağı düşüb. Pentaqonun əsas alıcıları siyahısına 18%-lə Səudiyyə Ərəbistanı, 7.4%-lə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 6.7%-lə Avstraliya rəhbərlik edir. Rusiyanın alıcılarına isə 35%-lə Hindistan, 12%-lə Çin və 10%-lə Vyetnam rəhbərlik edir.

 

Ekspertlər hətta Putinin Suriyaya girməsini də rus silahının reklamı kimi qiymətləndirirlər. Bu yaxınlarda Rusiya mətbuatının fəxrlə Suriyada 200-dən çox silahın uğurlu sınağı haqda yazması da bu arqumenti qüvvətləndirir. Qərb Rusiya mətbuatının hakimiyyətin tam nəzarətində olduğunu iddia edir.

 

Rusiyanın bu cür səylə çalışdığı halda, hələ də silah bazarında böyük uğurlara imza atmamasının bir neçə səbəbi var.

 

Verilən vədlərə tam şəkildə əməl edilməməsi, müqavilələr zamanı heç bir kompromisin göstərilməməsi, müştərilərin iqtisadi problemləri, məhsulların qiymətləri və bir neçə başqa amillər buna səbəbdir.

 

Rusiya üçün birinci yerdə müştərilərinin iqtisadi problemləri durur desək yanılmarıq. Buna müqayisə üçün bu cür dövlətlərin niyə Rusiyadan silah almağına üstünlük verdiyini ən sadə misalla qeyd etmək olar.

 

Belə ki, 5-ci nəsil SU-57 qırıcılarını Rusiya 37 milyona satdığı halda, yenə də 5-ci nəsil F-35 qırıcılarını ABŞ öz müttəfiqlərinə 100 milyona satır. Bir misal kimi də Venesuelanı göstərmək kifayət edər. Bu ölkə öz iqtisadi problemləri üzündən Rusiyadan silah alışını 40% aşağı salıb.

 

Rusiyanın və ABŞ-ın rəqabətinin nəticəsində hər iki tərəfin öz müştərilərinə satdıqları malları ya gecikdirməsi, ya da gətirilən silahlarda zavod qüsurlarının aşkarlanması artıq bir tendensiyaya çevrilib. Bütün bunlardan əlavə problemlərin aradan qaldırılmasının uzadılması və bunun üçün əlavə xidmət müqavilələrinin bağlanması halları da müşahidə olunur.

 

Bunlardan əlavə indiki hadisələri Ronald Reyqanın dövrü ilə də müqayisə etmək olar. ABŞ prezidenti tərəfindən SSRİ-yə təzyiq üçün həm sanksiyalar həm də onu silahlamaya məcbur etmək artıq öz təsdiqini tapmış siyasətdir. Bunun nəticəsində SSRİ-nin iqtisadiyyatı ağır zərbə aldı və bu, onun dağılmasını sürətləndirdi.

 

Əvəz ZEYNALOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam