Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Britaniya Rusiya diplomatlarını ölkədən çıxaracaq

 

 

 Böyük Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə cavab olaraq Rusiya diplomatlarını ölkədən çıxaracaq.

Yenixeber.org: Bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Kanalın məlumatına əsasən, baş nazir Teresa Mey zəhərlənməyə cavab olaraq bir sıra tədbirlərin bir hissəsi kimi Rusiya diplomatlarının çıxarılmasını elan edəcək.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında yerinə ilk çatan polis zabiti Nik Beyli də var.

Britaniya hakimiyyəti Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumat olmadığını və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam