“Cənnət” Qərbin qanlı yaraları:acından və soyuqdan ölənlər, sürətli yoxsullaşma, yox olan orta təbəqə - Araşdırma
Viktoriya Nikiforova
vzqlyad.ru, 18.12.2017
Yenixeber.org: “Qızıl milyard” çox sürətlə büzüşür, yoxsullarla varlılar arasındakı uyğunsuzluq artır, ABŞ və Böyük Britaniya isə “bəşəriyyətin vitrini”ndən kasıblıq ocağına dönür. Bu, güclü şəkildə sovet dönəminin təbliğatını xatırladır, amma, heyf ki, indiki halda söhbət BMT-nin və planetin aparıcı iqtisadçılarının xülasəsindən gedir.
Keçən həftə tərtibinə müxtəlif ölkələrdən yüzdən çox iqtisadçının qatıldığı “Dünyadakı qeyri-bərabərlik haqda” məruzə dərc olunub. Bu kollektivə fransız – “Dünyadakı qeyri-bərabərlik haqda” bestsellerinin müəllifi Toma Piketti başçılıq edib. Onun və həmkarlarının topladığı statistika əminliklə göstərir ki, keçmiş SSRİ vətəndaşlarının otuz il qabaq pərəstiş etdiyi kapitalizm mahiyyətcə daha yoxdur. İndiki kapitalizm daha çox Dikkensin romanlarını xatırladır: varlılar daha da varlanır, yoxsullar daha da yoxsullaşır. Həm bunlar, həm də o biriləri məhəllələşir – amma kimi qorunan qəsəbələrdə, kimi şəhərin yoxsullar yaşayan hissəsində. Sosial liftlər işləyirsə də, yalnız aşağı aparır. Araşdırma müəllifləri son 36 ildə əhalinin müxtəlif zümrələrinin gəlir artımlarını incələyiblər. Aydınlaşıb ki, 1980-ci ildən başlayaraq dünya sərvətinin bütün artımından 27%-i bəşəriyyətin 1%-ə qismət olub, 4%-i isə 0,001%-ə düşüb – bu, dünyada, təxminən, 76 min ən varlı adamdır. Eyni zamanda bədnam “orta təbəqə”nin (yəni daha çox ehtiyacı olan 50%-lə 1% fövqəlvarlıların arasındakıların) gəlir artımının sürəti azalıb və bu günə doğru praktik olaraq dayanıb.
Əgər kütlələrin yoxsullaşması və milyonerlərin varlanmasında cari meyl saxlansa, 2050-ci ildə Yer kürəsi əhalisinin 0,1%-i dünyanın bütün orta təbəqəsininki qədər sərvətə sahib olacaq. Əslində, bu bildirir ki, 2050-ci ilə doğru heç bir orta təbəqənin heç adı-sorağı da qalmayacaq – səlis şəkildə kürəsəl yoxsulluğun sıralarına süzüləcək.
Pikettinin məruzəsi maraqlı qanunauyğunluğu üzə çıxardır. İqtisadi qeyri-bərabərlik dünyanın aparıcı iqtisadiyyatlarında lap sürətlə inkişaf edir. Qızıl milyardın uğurlarına görə bədəli inkişaf etmiş ölkələrin çox sürətlə yoxsullaşan əhalisi ödəyir.
1980-ci ildə ABŞ əhalisinin 1%-i ölkənin milli sərvətlərinin 22%-ə sahib idi. Artıq bu gün 39%-i onlara məxsusdur. “Amazon”un sahibi Ceff Bezos təkcə keçən il öz sərvətinin üstünə 33 milyard dollar gətirib və noyabrda ümumən 100,3 milyard dollarla dünyanın ən zəngin adamı elan olunub. Təxminən, eyni mənzərə Britaniyada formalaşır. 1984-cü ildə 1% fövqəlvarlılar milli sərvətin 15%-ə, indi isə 22%-ə sahiblik edirlər. Piketti göstərir ki, qızıl milyard ölkələri son otuz ildə ənənə üzrə bu planda iqtisadi bərabərliyin Afrika və Yaxın Şərq ölkələrindəki pis səviyyəsinə çatıb.
Əhalinin bir faizinin rekord gəlir artımına görə cəzanı əksər zəhmətkeşlər çəkir: yoxsulluq epidemiyası qızıl milyard ölkələrini haxlayıb. Cozef Rauntri Fondu – Birləşmiş Krallıqda yüz ildən artıqdır yoxsulluqla çarpışan xeyiriyyə təşkilatıdır – on dörd milyon britaniyalını yoxsullara aid edir. Bu, ölkənin bütün əhalisinin, haradasa, beşdə biridir. Fondun məlumatına görə, dörd milyon uşaq və demək olar, iki milyon qoca “sıxıntılı durumda” yaşayır.
Hətta İngiltərə üçün rekord aşağı içşizlik də durumu dəyişə bilməz. Maaşın getdikcə daha mühüm qismi çox sürətlə bahalaşan kirayə və kommunal xərclərə gedir, istənilən yığımı isə inflyasiya yeyir. Bu, vətəndaşlara layiqli təqaüdlə toplamaq imkanı vermir. Özəl mənzil almaq da onlar üçün əlçatmaz olur – mülk qiymətləri evə sahib olmağı əsil israfçılıq edib.
ABŞ əhalini siyahıyaalma bürosu 41 milyon amerikalını (əhalinin 12,7%-i) yoxsullara aid edir, lakin ekspert və QHT-lərin əksəriyyəti bu rəqəmi azaldılmış sayır. Bununla bərabər, yoxsulların 32%-i uşaqlardır, evsizlərin içində isə uşaqların payı 21% təşkil edir.
Amerikada əhalinin yoxsullaşmasıyla bağlı durum o qədər kəskinləşib ki, BMT-nin ifrat yoxsulluq və insan haqları üzrə özəl məruzəçisi Filipp Olstonmonitorinqə başlayıb. Olston “ABŞ hökumətinin xarici siyasətdə insan haqları mövzusuna necə önəm verdiyini nəzərə almaqla” yoxsulluğun amerikalıların hüquqlarına necə təsir etdiyini araşdırmağı vəd edib. Onun marşrutu Kaliforniyanın evzislərini, Qərbi Virginiyanın işsiz şaxtaçılarını, Alabamanın nəsillikcə yoxsul qaradərililərini və kasıb fəhlə sinfinin şiddətlə yoxsullaşdığı Vaşinqton ştatını ehtiva edib. Olston öz səfərinin yekunları üzrə, hissələri “böyük depressiya”nın və “vəhşi kapitalizm”in ən qaranlıq dövrlərini yada salan hesabat dərc edib: “Mən bu səfərdə çox şey gördüm… Ştat hökumətinin kanalizasiyanı təmin etmədiyi yerlərdə həyətlərdə ayaqyolular gördüm… Bütün dişlərini itirmiş adamları gördüm, çünki yoxsullar üçün tibbi sığorta stomatoloqa ödənişi nəzərdə tutmayıb… Mən tiryəki ağrıkəsici dozası artıqlığından ölən yaxınlarını ağlayan ailələr gördüm”.
Olston ABŞ-ı inkişaf etmiş başqa ölkələrlə tutuşdurub. Məlum olub ki, yoxsullarla varlılar arasında ən böyük uçurum Amerikadadır. Ölkə gəncliyin yoxsullaşması üzrə də liderlıik edir – gənc amerikalıların 25%- ehtiyac içindədir. Ən pisi, amerikalılar indi qısa ömür sürür, tez-tez xəstələnirlər və bu tendensiya yalnız dərinləşir.
O, eyni zamanda yoxsul amerikalılar haqda çoxlu mifi ifşa edib. Məsələn, buna əsasən, yoxsullar müavinətə göz dikən, başdan-başa “dərisirəngli” tənbəllərdir. Əslində, yoxsul ağlar yoxsul “rənglilər”dən səkkiz milyon çoxdur. Onların əksəriyyəti illərlə iş axtarır, amma çox sürətlə avtomatlaşan istehsalat onlar üçün sadəcə, boş iş yeri qoymur. Lakin hətta hər halda işi olanlara da normal yaşayış üçün daha zəmanət vermir.
“Walmart”ın əməkdaşları Olstona danışıblar ki, dünyanın bu ən böyük şəbəkəli supermarketlərində onlara o qədər az maaş verirlər ki, ancaq pulsuz ərzaq talonları sayəsində yaşayırlar.
Bu miflərin çoxu Rusiyada da geniş yayılıb. Adamlara elə gəlir ki, Qərbdə həyat səviyyəsi o qədər yüksəkdir ki, yoxsulluqdan şikayət “acgözlüklə tıxanlar”ın şıltaqlığıdır. Xüsusən də qızıl milyard ölkələrindəki yoxsulluq Afrika və ya Hindistandakı qədər sarsıdıcı xarakter daşımadığına və turistlərin gözünə dəymədiyinə görə. Amma çalar var.
Küçədən keçənlər təmiz geyinir, çünki paltar satışda praktik olaraq heç nəyə dəymir. Təqaüdçülər kofedə özlərinə bir fincan kapuçino rəva bilərlər, amma evləri aylarla istiliksiz qalır – bu, son dərəcə bahadır. Bu yoxsulluğun gizli xarakteri onun əzabını azaltmır. Ən irəli getmiş ölkələrdə milyonlarla adam soyuq və aclıqdan müntəzəm əzab çəkir. Onların menyüsündən ət yox olur – bayağı şəkildə buna pul çatmır. Onların kredit kartlarında ödəmək üçün heç bir şans olmayan borc çoxalır.
Elə təzəcə qar düşən kimi sıxılmağa başlayan ingilisləri lağa qoymağa vərdiş etmişik. Çünki ailələrin əksəriyyəti üçün istiliyə görə ödənişin böyük hesab olduğunu anlamırıq. Təqaüdçülər qənaət məqsədilə gecələr istiliyi qoşmurlar, səhəri isə onları donmuş halda tapırlar. 2016-cı ildə qırx min nəfər bu cür ölüb.Qışda ortalama hər yeddi dəqiqədə bir qoca britaniyalı öz evində soyuqdan ölür. Hətta 2,3 milyon ingilis və 800 min şotland ailəsinin əzab çəkdiyi özəl “isitmə yoxsulluğu” termini meydana çıxıb.
Milyonlarla ingilis pulsuz ərzaq dəsti dalınca ərzaq banklarına getməyə məcburdur. “The Trussel Trust” bu xeyriyyə cəmiyyətlərinin ən böyük şəbəkəsidir. Fond keçən il 446 minini uşaqların aldığı 1,18 milyon üçgünlük ərzaq dəsti paylayıb. 2017-ci ilin ilk altı ayı ərzində müxtəlif bölgələrdə payların miqdarı 12%-dən 30%-ə qalxıb və fond dekabrda əlavə yardım üçün ianəçilərə üz tutmağa məcbur olaraq xəbərdarlıq edib ki, Doğum bayramına pulsuz yemək almağa çalışan insan axınının öhdəsindən gələ bilmir.
O cümlədən “Independent” qəzeti də Doğum bayramı ərəfəsində “Aclıq çəkən uşağa yardım et” layihəsini işə salıb. Əsla afrikalı körpələr deyil, adi ingilis uşaqları nəzərdə tutulub. Əksər hallarda gün ərzində onlara nəsib olan yemək məktəblərdə pulsuz nahar və yenə də həmin xeyriyyə ərzaq dəstləridir. Nəşrin ərzaq banklarından birinə baş çəkən jurnalisti kədərlə Dikkensi yad edib: “Ərzaq bankında rastlaşdığımız uşaqlar Oliver Tvistdən fərqli olaraq “yenə!” xahişi etmirdilər. Onlara, heç olmasa, nəsə veriləndə xoşbəxt görünürdülər”.(Tərcümə: "strateq")