""Rus vəhşisini" dayandırmaq lazımdır" -İsveçrəli ekspert - EKSKLÜZİV
Moskva Avropa İttifaqının (Aİ) keçmiş sovet məkanına təsir imkanlarını artırmasına qarşı ciddi müqavimət göstərə bilmir.
Yenixeber.org: İsveçrənin Cenevrə şəhərində yaşayan geosiyasi enerji məsələləri üzrə ekspert Rüstəm Semeyev Yenicag.ru-ya açıqlamasında Avropa İttifaqı (Aİ) ilə Rusiya arasında postsovet məkanı uğrunda gedən mübarizəni dəyərləndirib:
“Açıq deyim ki, bəşəriyyətin qarşısında dayanan problemləri həll etməyə qadir olmayan sintez heç nəyə yaramır. Böyük problemlər isə bir vahid problemdə cəmləşir.
Söhbət Kremlin və ya ümumilikdə Şərin nə zaman yıxılacağından getmir; bizə fərqli dəyərləri sırımağa çalışan bu sərsəm və özbaşına dünyada nə etməli olduğumuzdan gedir. Daha doğrusu, “nə etmək?” yox, “necə olmaq?” sualı aktualdır.
Yeni texnologiyalar, o cümlədən siyasi texnologiyalar dünyanı o qədər qarışdırıb ki, artıq “Köhnə torpaq” tək “Yeni səmalar”a deyil, insan şüuruna da təsir göstərmək imkanında deyil. Artıq o dünya yoxdur, bütün “qan” “Köhnə torpağa” axıb, torpağı isə “Goldman Sachs” bankına girov qoyublar.
Öz qanunları, dəyərləri, reallıqları olan yeni multiversum yaranıb və onun daxilində Çeçenistandan tutmuş Şərqi Avropaya, çaylararası, Qafqaz və Arktikaya qədər əraziləri əhatə edən “əbədi müharibələr” gedir. Bu, hər şeydən əvvəl Bjezinskinin “Böyük şahmat lövhəsi”ni xatırladır və Putinlə Surkov neçə il əvvəl Krımda o lövhənin üstündən atlandılar.
Ancaq “rus vəhşisi”ni artıq dayandırmaq lazımdır. Əks halda, indi “Çeçenistan Rusiyanın daxili işidir” deyən Avropanın özü Rusiyanın “daxili işi”nə çevriləcək.
İsrail, Rusiya, Çin, İran və digər ölkələrin nümunəsinə baxdıqda, artıq hamı başa düşdü ki, bəşəriyyətin dövlət çevrilişi yolu ilə yeni mənəvi dəyərlər səviyyəsinə qalxması mümkün deyil.
Aydındır ki, Rusiya bütün dünyanı özünün aşağı mənəvi dəyərlər səviyyəsinə endirə və dünyanı öz qaydaları ilə “bombalaya” bilər. Görürük ki, Rusiya özünün 4 gedişi – “Brexit”, Tramp, Arktika və İsrail sərhədlərinə doğru yürüşü ilə Avropanın manevr imkanlarını məhdudlaşdırıb. Lakin ABŞ və Aİ-nin birlikdə götürülən resursları Rusiyaya qarşı dayanmağa imkan verir.