Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSİYA İQTİSADİYYATINDA İKİNCİ İFLAS DALĞASI –Hər ay minlərlə şirkət sıradan çıxır

 

238366379

Kimsə Rusiya iqtisadiyyatında əsl həqiqətdə nəyin baş verdiyini bilmək istəyirsə, onda “Kommersant” qəzetinin bazar günü nömrələrini oxusun.

Yenixeber.org: Bu qəzetin bazar günü nüsxəsində az sayda iqtisadi xəbərlər verilir. ”Kommersant”ın səhifələrinin böyük bir hissəsində iflasa uğramış müəssisələrin siyahısı dərc olunur. Həftə ərzində onların sayı yüzə çatır. Payız ayı tamamilə iflas və müflisləşmə ilə dolub-daşıb və belə hala düşən müəssisələrin sayı dördüncü rübdə durmadan artır.

“Makroiqtisadiyyat üzrə Analiz və Qısamüddətli Proqnozaşdırma Mərkəzi”nin statistikası göstərir ki, üçüncü rüb üzrə – iyuldan senyabradək 3227 şirkət iflasa uğrayıb. Bu, demək olar ki, öncəki rübdən 3%, 2016-cı ilin üçüncü rübündən isə 12,4% çoxdur.

Digər tərəfdən, bu, 2014-cü ildən başlayan iqtisadi böhranın ən yüksək göstəricisidir. Sentyabr ayındakı göstərici, ən mənfi göstəricilərə malik olmuş 2009-cu ilin tarixi oktyabr statistikasından da aşağıdır. Belə ki, 2009-cu ildə Rusiya iqtisadiyyatı 7,8 faiz tənəzzülə uğramışdı. O dövrdən fərqli olaraq, indi iqtisadiyyat daralmır, əksinə, iki illik tənəzzüldən sonra dirçəlməyə başlayıb. İkinci rübdə iqtisadiyyatın ümumi göstəricisi 2,5 faiz artıb. Məsələn, 2012-ci ildə bu belə deyildi.

Həmişə nikbin olan İqtisadiyyat Nazirliyi özünün 2,1%-lik böyümə proqnozunun üstündə dursa da, demək olar ki, bütün ekspertlər iqtisadiyyatın maksimum 1,7%-1,8% böyüdüyünü deyirlər.

- İslahatlarsız heç bir böyümə olmayacaq

 

Mərkəzi Bankın rəhbəri Elvira Nabiulina keçən həftə bildirib ki, tənəzzüldən təbii yolla qurtarma prosesi demək olar ki, sona çatıb. Onun sözlərinə görə, indiki böyümə potensial sürətlənməyə yaxındır və illik iqtisadi böyümənin 3%-4%-ə qədər çatdırılması yalnız islahatlar nəticəsində mümkündür. Bütün nikbin proqnozlara baxmayaraq, xüsusi narahatlıq yaradan vəziyyət, əhalinin real gəlirlərinin azalmasıdır. Həm də ki, bu artıq dalbadal on iki rübdür ki, davam edir. “Fitch” reytinq agentliyinin hesablamasına görə, 2013-cü ildən indiyədək əhalinin real gəliri 11% azalıb.

Rusiya İqtisadiyyat nazirinin keçmiş müavini, hazırda isə “Vneşekonambank”ın vitse-rəhbəri işləyən Andrey Klepaç deyib: “Bu, böyük fiaskodur və yalnız 1992-ci il illə müqayisə edilə bilər”.

1992-ci il Rusiyada yeni tarixin ən pis ili hesab olunur. O zaman Sovet İttifaqı dağılmışdı. Bunun ardından görünməmiş iflas dalğası, iş yerlərinin itirilməsi, yüksək inflyasiya və gəlirlərin dramatik azalması baş vermişdi. Andrey Klepaç hesab edir ki, böhrandan əvvəlki səviyyəyə 2020-ci ilədək gəlinməyəcək. Bütün bunlar ilk öncə istehlak və inşaat sektorunu əngəlləyir. Maraqlıdır ki, üçüncü rübdə iflasa uğrayan əksər firmalar məhz bu sektordandır.

- İkinci iflas dalğası gəlir

 

İndi baş verənlər müəyyən mənada artıq ikinci iflas dalğasıdır. Birincisi 2014-cü ildən 2015-ci ilədək baş vermişdi. Onda dövlət neftin qiymətinin düşməsi və Avropa sanksiyaları üzündən yaranmış iqtisadi böhranın nəticələrini yumşalda bilmişdi. Amma indi artıq bunu etmək mümkün deyil.

Moskva Ali İqtisad Məktəbinin iqtisadçısı Georgi Ostapkoviç ”Vedemosti” qəzetinə deyib:”Böyük problem ondandır ki, iflasa uğramış müəssisələrin yerinə yeniləri əmələ gəlmir”.

“İNG-Bank”ın MDB ölkələri üzrə aparıcı iqtisadçısı Dmitri Polevoy bildirir ki, sahibkarlıq fəaliyyəti doğurdan da əhəmiyyətli dərəcədə zəifləyib. ”Rostat” dövlət statistika idarəsinin məlumatına əsasən, üçüncü rübdə investisiyaların böyüməsi keçən ilin müvafiq rübünün səviyyəsi ilə müqayisədə 3,4% azalıb. Mərkəzi Bankın faiz dərəcələrini aşağı salma sürəti çox zəifdir. İndi Nabiulina faiz dərəcələrinin aşağı salınması sözünü verib. Lakin Rusiya Mərkəzi Bankının faiz dərəcələri Qərb bankları ilə müqayisədə hədsiz yüksəkdir. May ayının əvvəlindən faiz dərəcləri addım-addım azaldılıb və indi 8,25% səviyyəsinə çatıb.

Bu, onunla izah olunur ki, ilkin mövqe fundamental şəkildə dəyişilib: inflyasiyanın 4 faizədək aşağı salınması, gözlənildiyindən də sürətlə yerinə yetirilib, indi təhlükə var ki, inflyasiya 2,6 faizdən də aşağı səviyyədə qala bilər və ya hətta daha çox azalar.Bundan başqa investisiyaları stimullaşdırmaq çox mühümdür. Çünki bu 2018-ci ilin martında keçiriləcək prezident seçkiləri üçün hava və su kimi lazımdır. Ümumiyyətlə isə, sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatının möhkəmliyi barəsində əfsanənin dəstəklənməsi naminə müsbət xəbərlərə ehtiyac var.

- Kremlə dəqiq hazırlanmış kampaniya lazımdır

 

Kreml istəyir ki, bu barədə məlumatı ən azından şirkətlərin özləri versinlər. ”Röyter” agenlyinin verdiyi məlumatda deyilir ki, Enerji nazirliyi 45 firmaya çağırış edib ki, onlar yaxın zamanlarda son illərin nailiyyətlərini piar-kampaniya çərçivəsində nümayiş etdirsinlər. Qeyd olunur ki, dəqiq qrafikə əsasən, yeni iş yerlərindən, elmi nailiyyətlərdən və yeni infrastrukturların detalları haqda danışılmalıdır. Göndərilən çağrış belə səslənir: ”Əksər insanlar üçün həyat daha sakit, daha rahat və maraqlı olub”. Prezident seçkilərinin yaxınlaşması haqda isə heç nə deyilmir.

Biznesmenlərin reaksiyasının necə olacağını zaman göstərəcək. Bu məsələ ilə əlaqədar şikayətlər hələlik məlum deyil. Amma başqa bir şey var: Rusiyanın dörd sahibkarlar ittifaqı Kreml rəhbəri Vladimir Putinə baş nazır Dmitri Medvedyevlə bağlı narazılıq məktubu göndəriblər. Onlar qeyd ediblər ki, sanksiyaların nəticələrinin yumşaldılması üçün 2014-cü ildən 2018-ci ilədək vergi maratoriumu elan edilmişdi, lakin buna baxmayaraq, baş nazir öz büdcəsini xilas etmək məqsədiylə yığımların qaldırılması üçün müxtəlif üsullar fikirləşib tapır.

Putinin özü sahibkarlıq barəsində nə düşündüyünü belə ifadə edib: “Ümumiyyətlə, biznes sahibkarlar üçün yox, onların xidmətindən istifadə edən insanlar üçün mövcuddur”.

(“Die Welt”-Almaniya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam