AHİK-də daxili intriqalar pik həddə çatır -General qızına "DUR" deyən olacaqmı?!
1 il ərzində 1 dəfə də olsun Həmkarlar İttifaqları haqqında Qanunu oxumağa vaxtı olmamış Sahib Məmmədovun başı qarışıb daxili intriqalara, qalmaqallara
Bu iddia Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında yaşananlarla bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır... Biz yazıda yer alan bu və diggər iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, yazını müəyyən düzəlişlərlə dərc edirik:
1 ildən artıqdır AHİK sistemi bərbad vəziyyətdə idarə olunur. Özünü islahatçı, qurucu, yenilikçi, dövlətə sədaqətli kadr kimi təqdim etməyə çalışan Sahib Məmmədov, günü-gündən etdiyi səhvlər artıq dözülməz hala çatıb. Siyasət üçün çox az müddət sayılan 1 il ərzində Sahib Məmmədovun buraxdığı kobud səhvlər, kadr məsələlərində buraxdığı səhvlər artıq dözülməz həddə çatıb. 1 il ərzində 1 dəfə də olsun Həmkarlar İttifaqları haqqında Qanunu oxumağa vaxtı olmamış Sahib Məmmədovun başı qarışıb daxili intriqalara, qalmaqallara. Həmkarlar İttifaqları sistemini inzibati struktur kimi idarə edən Sahib Məmmədov, atdığı heç bir addımı Konfederasiyanın Ali Orqanı olan Məclisdə müzakirə etmir. Belə ki, Qurultaylararası dövrdə Konfederasiyanın ali orqanı bütün üzv təşkilatların birbaşa və bərabər sayda nümayəndə göndərməsi prinsipi üzrə yaradılan Məclis sayılır. Bunun bariz nümunəsi kimi bu günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Turizm və Ekskursiyalar Şurasının sədri vəzifəsinə özünün müşaviri, AHİK sistemini və şəxsən sədr Sahib Məmmədovu öz şəxsi əsarəti altında saxlayan Nigar Vahabzadənin sədr TƏYİN OLUNMASI idi ! Bəli, məhz elə təyin olunması! Çünki etibarlı mənbələrdən aldığımız məlumata görə bununla bağlı AHİK Məclisinin açıq iclası keçirilməmiş, səsvermə olmamış, heç bir üzv təşkilat sədrinin razılığı olmamışdır. Sənədlər hazırlanandan sonra bağlı qapılar arxasında tək-tək dəvət olunmuş, sədr öz qohum-əqrəbası, dost-tanışından ibarət Məclis üzvləri öz imzalarını atmışdılar.
Nigar Vahabzadə özünü mükəmməl icraçı, işinin peşəkarı, hərşeyşünas kimi təqdim etməklə, Sahib Məmmədova birbaş təsirlərini günü-günü artırmaqdadır. Öz kurasiyasında bütüb tabe təşkilatları saxlayan bu xanım, AHİK sosial şəbəkə səhiəfələrinin fenomeninə çevrilib. Bundan əmin olmaq üçün sadəcə AHİK facebook səhifəsinə baxmaq kifayət edir ! Bəs bu xanım-müşavirə sual verən yoxdur ki, əgər tabe təşkilat sədrləri özləri öz işini bacarmırsa niyə onlar o vəzifələri tuturlar ?! Vəzifələri hansısa yollarla tutublarsa, niyə Nigar Vahabzadə olmadan bir sadə görüşü özləri müstəqil keçirə bilmirlər ?! Çünki kurasiya, nəzarət adı altında Nigar Vahabzadə özünü sədrə elə təqdim edir ki, o olmasa bütün işlər dolaşar, tabe təşkilat sədrləri bacarmaz ! Bununla sədrlə komanda arasında böyük bir Çin divarı hörməyi bacaran Nigar Vahabzadə özünü əvəzolunmaz kadr hiss etdirməyə nail olur.
Gün ərzində ən xırda bəhanələrlə dəfələrlə sədrin qəbuluna keçməyi bacaran Nigar Vahabzadə, Sahib Məmmədovun emosial xasiyyətini, dərhal reaksiya verən xüsusiyyətini tutaraq, özünün xoşuna gəlməyən şəxsləri bir göz qırpımında sədrə müxalifət elan edir, guya hamı sədrin əleyhinədir, bu şəxs hər şeyi görür, müəyyən edir və tədbir görmək üçün əlavə səlahiyyətlər alır.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata əsasən, cari ilin sonuna qədər AHİK geniş qurultayının keçirilməsi planlaşdırılır. Bununla bağlı artıq məkan seçimi və təşkilati işlər prosesi başlayıb. Nigar Vahabzadənin də bu qədər aktiv şəkildə proseslərə qoşulmasının səbəbi bu qurultayda 1-ci müavin postunu tutmaq iddiasıdır. Çünki 1-ci müavin postu artıq sədr postunun 1 addımlığı deməkdir. Bununla bağlı bütün AHİK sistemində çalışan şəxslər ən ali səviyyədə, Prezident Admnistrasiyası səviyyəsində bu məsələyə reaksiya veriləcəyinə və Nigar Vahabzadəyə dur deyiləcəyinə ümid edirlər. Çünki general qızının daxildə yaratdığı gərginlik artıq dözülməz hala çatıb.
Növbəti yazılarımızda Nigar Vahabzadənin 100 lərlə kadrları ixtisara saldırıb, əvəzinə hər yerə öz kadrlarını necə yerləşdirdiyini adlı siyahı ilə təqdim edəcəyik.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.