Xarkovun kütləvi hücum zamanı yaralananların sayı 50-ni keçib, iki nəfər ölüb –YENİLƏNİB
Xarkovun Slobidski və Osnovyanski rayonlarına edilmiş kütləvi hücum nəticəsində yaralananların sayı 54-ə çatıb.
Yenixeber.org xəbər verir ki, yenilənmiş məlumatları Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti (FHDX) təqdim edib.
Məlumata görə, yaralılar arasında səkkiz uşaq var, iki nəfər ölüb.
Şəhərin meri İhor Terexov bildirib ki, ümumilikdə hücumda 17 “Şahid” tipli kamikadze pilotsuz uçuş aparatı istifadə edilib, onun sözlərinə görə, zərbələr çoxmərtəbəli və fərdi yaşayış evlərinə, uşaq meydançalarına, ictimai nəqliyyata və sənaye obyektlərinə dəyib.
Zərbələr nəticəsində yaşayış mənzillərində yanğınlar baş verib, binaların damları dağılıb, avtomobillər yanıb, partlayış dalğası pəncərələri sındırıb.
Rusiya Silahlı Qüvvələrinin dronlardan istifadə edərək Ukraynanın Xarkov şəhərinə kütləvi hücumu nəticəsində iki nəfər ölüb, daha 28 nəfər yaralanıb.
Bu barədə şəhərin meri İhor Terexov teleqramda məlumat yayıb.
“Artıq iki nəfərin həlak olması, 28 nəfərin yaralanması barədə məlumat var”, – o yazıb.
“RBK-Ukrayna”nın bildirdiyinə görə, hücum təxminən saat 00:30-da (Bakı vaxtı ilə 01:30) başlayıb. Rusiyanın hücumuna Osnovyanski və Slobidski rayonları məruz qalıb, zərbələr yanğınlara yol açıb.