Redaktor seçimi
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Günün xəbəri

“Müqəddəs taxt” uğrunda siyasi döyüş –Paşinyana qarşı yeni alyans

news content


Ölkənin birinci prezidenti və katolikosu birləşdirən məqam nədir?

Ermənistan Respublikasının birinci prezidenti Levon Ter-Petrosyan Eçmiədzinə baş çəkərək və bütün ermənilərin katolikosu II Qareginlə şəxsi görüş keçirib.
Yenixeber.org: Görüş zamanı eks-prezident ali patriarxa tam dəstəyini ifadə edib və eyni zamanda Ermənistan hakimiyyətinin 1700 illik (!) Erməni Apostol Kilsəsinə (EAK) “konstitusiyaya zidd müdaxiləsini” kəskin şəkildə qınayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan isə respublikanın birinci prezidenti ilə katolikos Qareginin görüşünə münasibət bildirib.
Levon Ter-Petrosyan Ermənistanda seçki saxtakarlığı ənənəsinin banisidir və təbii ki, özü kimi xalqın nifrətini qazanan başqa bir saxtakarı dəstəkləməlidir”, – deyə Paşinyan sosial şəbəkə hesabında yazıb.

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan da bu görüşə sərt reaksiya verib. O, özünün Telegram kanalında yazıb:
1 mart hadisələri zamanı nə sən, nə də sənin həmsöhbətin evinizdən çıxmadınız. Xalq sənin adını səsləyərək gülləbaran edilirdi, sən isə özünün gətirdiyi Koçaryan-Sarqsyan qatillərinin atəşi altında tərəfdarlarını tək qoydun. İrəvanın küçələrində ermənilərin qanı axanda sən ən sakit gecə keçirdiyini bildirdin. Sənə elə gəlir ki, nə edirsən et, səni Ermənistan müstəqilliyinin simvolu kimi xatırlayacaqlar və ucaldacaqlar. Amma sən ciddi şəkildə yanılırsan: zaman dəyişib, sən isə elə bir iz buraxmısan ki, artıq ya heç yad edilməyəcəksən, ya da uğursuz keçmişin bəlası kimi xatırlanacaqsan. Bəsdir artıq erməni xalqına nifrət bəsləyib, özünü hamıdan ağıllı və üstün saydın. Sən əxlaqsızlığın, müstəqilliyin iflasının, siyasi uğursuzluğun, xalqın ümid və gözləntilərinin, demokratiyanın və bütün uğursuzluqların rəmzinə çevrilmisən. Təpənin başındakı qara mağaranda təkbaşına qal və sənə görə həyatlarını itirən dostlarının adlarını xatırla”.

Bütün bunların fonunda maraqlı suallar yaranır: görəsən, Ermənistanın birinci prezidenti niyə belə addım atıb? O, Erməni Apostol Kilsəsi rəhbərliyi ilə Nikol Paşinyan arasında gərginliyin ən qızğın vaxtında katolikosla görüşüb. Üstəlik, Levon Ter-Petrosyan indiyədək Moskvaya xüsusi simpatiyası olan siyasətçi kimi tanınmayıb. Halbuki katolikos Qaregin məhz Kremlin adamı hesab olunur və Ermənistanda hakimiyyət dəyişikliyi, ölkənin yenidən Rusiyapərəst qüvvələrinin idarəsinə qaytarılmasını istəyən şəxs kimi tanınır. Maraqlıdır ki, vaxtilə Paşinyan da Ter-Petrosyanın ən yaxın silahdaşlarından biri olub.
Bəs nə baş verib ki, Levon Ter-Petrosyan kilsəyə və onun arxasında dayanan, Moskvanın iradəsinə tabe olmağa hazır olan müxalif düşərgəyə bu qədər nümayişkaranə şəkildə dəstək verib?

Suallarımızı Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin doktoru, polyak politoloq və qafqazşünas Konrad Zaştovt cavablandırıb.

Zaştovt bildirib ki, hazırda Ermənistan keçmişinə yenidən baxdığı, baş verən uğursuzluqlara görə günahkar axtardığı bir dövr yaşayır.
“Əslində, bu uğursuzluqlara görə bütün rəhbərlər – Ter-Petrosyandan başlayaraq, Koçaryan, Sarqsyan və Paşinyana qədər – məsuliyyət daşıyır. Məhz buna görə də, Ter-Petrosyanla Paşinyan arasında qarşıdurma başlayıb. Paşinyan dəfələrlə bəyan edib ki, müharibədəki məğlubiyyətə görə təkcə o deyil, bütün əvvəlki prezidentlər də məsuliyyət daşıyır. Əslində isə Paşinyan 2020-ci ildə müharibə başlayanda çox qısa müddət idi ki, baş nazir postunda idi”, – deyə ekspert vurğulayıb.

O, əlavə edib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra daha çox daxili islahatlar və sistem dəyişiklikləri ilə məşğul olub, Qarabağ məsələsinə isə kifayət qədər vaxt və diqqət ayırmayıb.

Ter-Petrosyanın Rusiyapərəst qüvvələr və katolikos Qareginlə ittifaqına gəlincə, politoloq bu məqamı belə izah edib:
“Unutmayaq ki, Ter-Petrosyan artıq 2013-cü ild Serj Sarqsyana qarşı müxalif mövqe tutduğu vaxtdan etibarən Rusiyapərəst siyasətçiyə çevrilib. Həmin vaxt Sarqsyan daha çox Qərbə inteqrasiya olunmaq və Ermənistanla Avropa İttifaqı arasında Assosiasiya Sazişi imzalamaq istəyirdi. Ümumiyyətlə, Ermənistan siyasəti olduqca dinamikdir və burda eyni siyasi fiqurlar hansısa bir dövrdə Qərbpərəst, digər dövrdə isə Rusiyapərəst ola bilirlər”, – deyə Konrad Zaştovt bildirib.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam